www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
507
gələcəyini satanlar nəvələrinin miras sahibi olaraq rifah içində
yaşayacaqlarını zənn edib sevinməsinlər» [117, 172].
Bütün bunlar o deməkdir, XXI əsrin Türk əsri olmasını
istəməyən kifayət qədər xarici qüvvələr var ki, onlar türk
dövlətlərinin güclənməsini və birləşməsini (yəni hər hansı
birlikdə birgə hərəkət etməsini) istəmirlər. Bunun üçün də,
Türkiyəyə münasibətdə klassik forma kimi «parçala və hökm
sür!» ideolojisini həyata keçirməyə çalışırlar. Hər halda, ötən
əsrin əvvələrində olduğu kimi, XXI əsrin əvvəllərində də türk
dövlətlərində baş verən prosesləri təsadüfi saymaq mümkün
deyildir. Əksinə bu proseslər müəyyən bir ssenari üzrə davam
etdirilməkdədir.
Özəlliklə, XXI əsrin “Türk əsri” olması şüarının
fonunda baş verənlər heç də ürəkaçan deyildir. Belə ki,
türkçülüyün dayaq mərkəzləri olan Türkiyə və Azərbaycanda
üzdə türksevərlik, ancaq mahiyyət etibarilə türksüzləşdirmə
prosesinin getdiyi bir dövrdə bu şüar öz mənasını və
əhəmiyyətini itirir. Çünki Türkiyə və Azərbaycanda baş verən
türksüzləşdirmə prosesi fonunda bu şüardan əleyhimzə
istifadə edirlər. Bu səbəbdəndir ki, ən ali səviyyədə -
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin
dilindən belə dəfələrlə bu şüar səsləndirilsədə bunu
qulaqardına, görməməzliyə vuranlar var. Ona görə də hesab
edirik ki, hazırda sözün həqiqi mənasında XXI əsrin “Türk
əsri” olmasından çox türksüz “Türk əsri”nin reallaşması meyli
özünü açıq şəkildə büruzə verir.
Bizə elə gəlir ki, antitürk dairələrin Azərbaycanda və
Türkiyədə türksüz “Türk əsri” ssenarisini pozmaq üçün milli
şüurumuza yeridilən və indinin özündə də bu və ya digər
formada yaşadılan saxtalaşdırılmış tarixdən, ədəbiyyatdan,
|