MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə525/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   521   522   523   524   525   526   527   528   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

497 


O da bir faktdır ki, türkçülük kimi azərbaycançılıq da 

ilk növbədə, Azərbaycan türklərinin ideyası kimi yaranmışdır. 

Çünki  türkçülüyü  də,  onun  Azərbaycanda  yerli  forması  olan 

Azərbaycan  türkçülüyünü  yaradan  və  yaşadan  məhz  türk 

ideoloqları 

– 

M.Ə.Rəsulzadə, 



N.Yusifbəyli, 

M.B.Məmmədzadə olmuşdur. Bir sözlə, azərbaycançılıq milli 

ideya  kimi  türk  ideoloqları  tərəfindən  türkçülük  əsasında 

yaradılmışdır.  Bu  mənada  tarixçi  alim  Həsən  Həsənovun  o 

fikiri  ilə  razılaşırıq  ki,  azərbaycançılıq  türk  milli  düşüncəsi 

əsasında  qurulmuş  milli  ideologiyadır  (ideyadır):  «Biz 

türkəsilli  Azərbaycan  xalqıyıq,  dilimiz  türkəsilli  dildir, 

dinimiz  islam,  siyasi  durumumuz  müstəqil  dövlətçilikdir. 

Azərbaycançılıq  türkçülüyə  əsaslanmaqla  həm  dövlətimizin, 

həm  də  millətimizin  ideologiyasıdır,  bunlar  arasında  heç  bir 

ziddiyyət  yoxdur.  Niyə?  Ona  görə  ki,  bizim  xalqımızın 

ideologiyası  ilə  dövlətimizin  ideologiyası  arasında  heç  bir 

ziddiyyət  yoxdur  və  ola  da  bilməz.  Azərbaycançılıq 

türkçülükdən,  türkçülük  isə  Azərbaycan  xalqının  və  onun 

dövlətçilik  marağından  ayrı  bir  müstəqil  ideologiya  deyil» 

[99, 151]. 

Bütün bunların yekunu olaraq hesab edirik ki, hazırda 

azərbaycançılıq  türklərlə  yanaşı,  digər  azsaydlı  etnosları  və 

milli  azlıqları  birləşdirdiyi  üçün  milli  ideya  kimi  qəbul  edilə 

bilər. Çünki bu zaman sayca çoxluq və azlıq təşkil etməsindən 

asılı olmayaraq Azərbaycanda yaşayan bütün etnosların, milli 

azlıqların ortaq dəyərlərindən çıxış edilir. Ona görə də siyasi, 

iqtisadi,  dini,  fəlsəfi,  etik  və  s.  baxışlarından  asılı  olmayaraq 

bütün  azərbaycanlılar  azərbaycançılığı  qəbul  edə  bilərlər. 

Yadigar  Türkelin  sözləri  ilə  desək:  «Azərbaycançılıqda 

millətin  yaşam  tərzi,  əxlaqi,  dini  və  başqa  maddi-mənəvi 





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   521   522   523   524   525   526   527   528   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin