www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
494
494
mənəviyyatından uzaqlaşdırmaqdır. Bu mənada, həmin
məsələ ilə bağlı təkcə Türkiyə türklərini suçlamaq doğru
olmazdı. Belə ki, hətta Güney Azərbaycan türkləri bəzi
hallarda Quzey Azərbaycan türklərini «şurəvi», quzeylilər isə
güneyliləri «iranlı», «tat» adlandırırlar. Halbuki hər ikisi
türkdür, türklüyü təmsil edirlər.
Şübhəsiz, Azərbaycan türklərinin «tatar», «azəri»,
«tat», «şurəvi», «iranlı» adlandırılması onların təbii istəyi ilə
deyil, Sovet-Rus və İran-Fars rejimlərinin apardıqları siyasət
nəticəsində meydana çıxmışdır. Sadəcə, istər içimizdə, istərsə
də kənarda bir çoxlarını hazırda bu anlayışların necə meydana
çıxmasından daha çox, ondan necə istifadə etməsi maraqlan-
dırır. Fikrimizcə, son zamanlar «azəri» anlayışının geniş
mənada təbliğ olunması da bunun tərkib hissəsidir.
Belə anlaşılır ki, hələlik «azərbaycanlı» kimliyinə və
«Azərbaycan dili»nə toxunmamaqla yanaşı, buna paralel
olaraq «azəri» kimliynin və «azəri dili»nin formalaşdırılması
prosesinə başlanmışdır. Xüsusilə, bəzi telekanalların və
kütləvi informasiya vasitələrinin (qəzetlərin, portalların və s.)
bu məsələ də fəallıq göstərməsi «azəri» anlayışının təbliğinin
sistemli şəkildə baş verdiyini göstərir. Artıq bəzi alimlərin
əsərləri ilə yanaşı, dövlətin rəsmi nəşrlərində «azəri»
kimliyindən və dilindən bəhs olunması da buna bariz örnəkdir.
Məsələn, 2011-ci ildə Azərbaycan Respublikasının Dövlət
Statistika Komitəsi tərəfindən iki dildə (Azərbaycan türk dili
və ingilis dilində) nəşr olunan «Müstəqil Azərbaycan – 20 il»
kitabında dövlət dili həm «azərbaycan», həm də «azəri»
adlandırılmışdı [160, 99].
Bu o deməkdir ki, artıq «azərbaycanlı» kimliyi və
«Azərbaycan dili»nə paralel olan, ilk baxışda ona daha yaxın
|