MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə519/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   515   516   517   518   519   520   521   522   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

491 


anlayışından  geniş  istifadə  edilməyə  başlandı.  Məsələn, 

Azərbaycan  türk  mütəfəkkirlərindən  Səməd  Vurğun,  Rəsul 

Rza  və  başqaları  əsərlərində  «Azəri  yurdu»  [225

a

,  101], 



«Azəri  oğlu»  [224

b

,  127;  195



a

,  172],  «Azəri  xalqı»  [195

a



177],  «Azəri  dili»  [195



a

,  161]  anlayışlarına  müraciət 

etmişlərdir. 

Hətta, 


1960-cı 

illərdə 


AKP 

MK-nın 


rəhbərlərindən  Şıxəli  Qurbanov  Azərbaycan  türklərinin 

«azəri» milləti olmasını geniş şəkildə təbliğ etmişdir.  Bunun 

təsiri altında Fikrət Qoca «Azəriyəm» (1966), Məmməd Araz 

«Azəri  qızı»  (1968)  isə  şeirlərini  qələmə  almışdır  [138

a

,  16; 


25

a

,  218].  F.Qoca  yazırdı:  «Od  oğluyam,  alovlardan 



doğuldum,  Alovlana-alovlana,  İlk  bahardan  doğuldum,  Lalə 

kimi  yana-yana.  Onunçün  də  baxışımın,  Odlara  var  bənzəri. 

Azəriyəm,  azəri»  [138

a

,  16].  Həmin  dövrdə  «azəri»  milləti 



nəzəriyyəsinə  qarşı  çıxan  Xəlil  Rza  isə  şeirlərindən  birində 

bunu, qədim bir millətin başına açılan oyun kimi ifşa etmişdir: 

«Dəb  düşdü  bir  arada  «Azər»,  «Azəri»  sözü.  Şadlandırmaq 

istədi guya qəzetlər bizi… Mən çırpıram bu sözü maskalanmış 

üzlərə.  Mən  nifrət  bəsləyirəm  saxtakarın  dilində  odu  keçmiş 

sözlərə [195

c

, 84]. 


Sovet-Rus və İran-Fars ideoloqlarının «azəri» nəzəriy-

yəsi o qədər geniş ölçülü olmuşdur ki, 1920-1930-cu illərdən 

başlayaraq  Türkiyədə  də  Azərbaycan  türklərinə  münasibətdə 

bu anlayışdan geniş istifadə edilməyə başlandı. Doğrudur, ilk 

vaxtlarda  Türkiyədə  «azəri» sözü tək işlədilmir, əksər halda 

«azəri  türkü»,  «azəri  türkcəsi»  anlayışları  ilə  bir  yerdə 

çəkilirdi.  Məsələn,  Azərbaycan  milli  ideoloqu  Məhəmməd 

Əmin Rəsulzadənin Türkiyədə nəşr etdiyi jurnal «Azəri türk» 

adlanırdı.  Mühacirətdəki  milli  şairimiz  Almas  İldırım 

şeirlərində «Azəri türk» ifadəsini işlədirdi [116, 150].  





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   515   516   517   518   519   520   521   522   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin