MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə517/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   513   514   515   516   517   518   519   520   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

489 


azərbaycançılıq  ona  görə  qıcıq  yaratmır  ki,  onun  adında  milli 

kimlik  öz  əksini  tapmır.  Əgər  taparsa  onda  azərbaycançılıq  da 

türkçülük kimi şovinizm mənasında yozulacaq.  

Bu baxımdan azərbaycançılığın cəlbedici olmasında əsas 

məsələ kimi onun başlıca prinsipinin  «azərbaycanlı» kimliyi və 

«Azərbaycan  dili»  ilə  bağlı  olduğu  ifadə  edilir,  bununla  da 

dolayısıyla türk kimliyini və türk dilini ifadə etməməsi göstərilir. 

Başqa  sözlə,  bəzi  tədqiqatçılara  görə  (R.Mehdiyev, 

Ə.Daşdəmirov  və  b.)  «azərbaycanlı»  kimliyi  və  «Azərbaycan 

dili»nin mövcudluğu imkan verir ki, yalnız Azərbaycan türkləri 

deyil,  Azərbaycanın  azsaylı  etnosları    (talış,  ləzgi,  tat  və  b.) 

özünü bu kimliyə və dilə aid etsinlər. Əslində bu dolayısıyla da 

olsa,  «azərbaycanlı»  kimliyi  və  «Azərbaycan  dili»  ilə  yanaşı, 

özünü  başqa  kimlikdə  və  dildə  görənlərin  varlığını  təsdiq  edir. 

Bu  mənada,  bəziləri  azsaylı  etnosların  ikili  kimliyini 

(azərbaycanlı-talış,  azərbaycanlı-ləzgi  və  s.)  və  ikili  dilini 

(Azərbaycan  dili-talış  dili  və  s.)  normal  qəbul  etdikləri  halda, 

milli  çoxluğun  –  Azərbaycan  türklərinin  eyni  statusla 

(azərbaycanlı-türk, Azərbaycan dili-türk dili) çıxış etməsinə bir o 

qədər  də  dözümlü  yanaşmırlar.  Halbuki  bu  statuslar,  yəni 

azərbaycanlı-türk  kimliyi,  Azərbaycan  dili-türk  dili  bir  medalın 

iki üzüdür. Çünki burada nə qədər qəribə olsa da, bir millətin iki 

adı və iki dili var. Əslində isə azərbaycanlı adlanan millət  türk 

milləti,  Azərbaycan  dili  türk  dilidir.  Belə  olduğu  təqdirdə, 

yalnız  türk millətinin  və türk dilinin üstündən xətt çəkilərək 

uyğun  olaraq  «azərbaycanlı»  milləti  və  «Azərbaycan  dili»ni 

müdafiə etmək doğru deyildir.  

Bizə  elə  gəlir  ki,  məhz  bu  faktı  nəzərə  alaraq  son 

illərdə Azərbaycanda «azərbaycanlı» kimliyi və «Azərbaycan 

dili»  ilə  paralel  «azəri»  kimliyi  və  «azəri  dili»nin  təbliğatına 





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   513   514   515   516   517   518   519   520   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin