MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə520/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   516   517   518   519   520   521   522   523   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

492 



492 

Ancaq sonralar Türkiyə mətbuatında və ədəbiyyatında 

bəzi  müəlliflər  Azərbaycan  türklərini  Azəri  türkündən  daha 

çox  «azəri»  adlandırır,  onu  türklükdən  fərqli  mənada 

verirdilər.  Bu  ayrı-seçkiliyə  qarşı  çıxan  tanınmış  türkoloq 

Əhməd Cəfəroğlu  yazırdı ki,  Azərbaycan və Türkiyə türkləri 

eyni  soyu  və  dili  paylaşdıqları  halda,  hər  iki  ölkədən  bəzi 

tədqiqatçıların türk mütəfəkkirlərini  «azəri»,  «türkiyəli» deyə 

iki  yerə  parçalamaları  yolverilməzdir:  «Bu  hər  bir  Azəri 

türkünü  nə  qədər  mütəəssir  eləyirsə,  eyni  dərəcədə  də  bir 

soydan olan, bir dili paylaşan iki qardaşın – Azəri və Anadolu 

türkünün  ortaq  ədəbiyyat,  dil  və  mədəniyyətini  parçalamağa 

rəvac  verir  və  təbii  ki,  məhz  bu  səbədən  də  hər  iki  tərəfdən 

olan  türkləri  əsla  məmnum  etməyəcəkdir.  Mirzə  Fətəli  əslən 

və nəslən bir türk olduğu halda onu Türkiyə mühitinə əcnəbi 

bir  müəllif  kimi  tanıtmaqdan  güdülən  məqsəd  nədir? 

Anlaşılması ən çətin olan məsələ də elə budur. Əgər məqsəd 

Azəri  türk  müəlliflərini  Anadolu  mühərrirlərinə,  Azəri 

türklərini  isə  Anadolu  türklərinə  əcnəbi  kimi  tanıtmaqdırsa, 

belə olan surətdə Füzuli və Nəsimi kimi böyük türk şairlərini 

də  sadəcə  «əcnəbi»  Azəri  mühitinə  daxil  edərək  onları 

ümumtürk  mədəniyyəti  sahəsindən  kənarda  saxlamaq 

lazımdır. Halbuki elə dünən Ulu Qazinin (Atatürkün) göstərişi 

ilə  Ankarada  toplanan  ilk  Türk  tarix  qurultayında  Türk 

birliyinin  ana  vətəni,  mənşəyi,  mədəniyyətinin  və 

ümumiyyətlə,  bütün  mövcudiyyətinin  qətiyyən  «ayrılıq  və 

qeyrilik»  güdülmədən  bir  küll  halında  araşdırılması  ilə  bağlı 

qərar verilmişdir» [63, 370]. 

Çox təəssüflər olsun ki, bü gün də Türkiyənin tanınmış 

siyasət,  incəsənət  və  elm  xadimləri  Azərbaycan  türklərinə 

yönəlik  «azəri»  anlayışından  istifadə  edirlər.  Bu  onu  göstərir 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   516   517   518   519   520   521   522   523   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin