MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə544/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   540   541   542   543   544   545   546   547   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

516 



516 

sərvətimiz  olan  bu  dövlətin  təməl  fikri  kimi  baxmalıyıq” 

[194

c

, 579]. 



Bu mənada, eyni Vətəni və Dövləti paylaşan azərbay-

canlılar  milli  birliklərini  gücləndirməli,  Azərbaycanın  ərazi  

bütövlüyünə çalışmalıdırlar. Fikrimizcə, artıq neçə minilliklər 

konkret  bir  coğrafiyada,  yaşayan  həmin  ərazini  özünə  vətən-

yurd  hesab  edən,  xarici  istilaçı  qüvvələrə  qarşı  birgə  çıxış 

edən,  bir-birləri  ilə  qaynayıb-qarışan,  üstəlik  ortaq  tarixi, 

ədəbiyyatı,  mədəniyyəti  paylaşan  milli  ruhlu  azərbaycançılıq 

islamlaşmaq,  türkləşmək  və  müasirləşmək  «üçlüyü»nü  də 

inkar etmədən, yəni yalnız bu mənada bütün azərbaycanlıların 

gerçək bir ideologiyası ola bilər.  

Bəlli  olduğu  kimi,  tarixən  türklər  yaratdıqları  dövlətə 

yalnız  öz  dövləti  kimi  baxmamış,  onun  daxilində  həmişə 

rəngarənlik  olmuşdur.  Belə  ki,  türklər,  o  cümlədən 

Azərbaycan türkləri qurucusu olduqları dövlətlərdə heç zaman 

milli  üstünlüklərini  irəli  çəkməyiblər.  Yəni  hər  hansı  bir 

dövlətin  yaranmasında  aparıcı  rol  oynasalar  da,  dövlət 

yarandıqdan  sonra  onun  idarə  olunmasında,  yaxud  da  dövlət 

dilinin  müəyyənləşməsində  və  s.  məsələlərdə  heç  bir 

üstünlükdən,  hakim  mövqedən  çıxış  etməyiblər.  Çünki 

«hakim millət»,  «hakim sinif» faktoru həmişə türk xalqlarına 

yad  olmuşdur.  Məsələn,  Səlcuqlar,  Osmanlılar,  Səfəvilər, 

Qacarlar  və  başqa  türk  dövlətlərinin  dövründə  məhz  belə 

olmuşdur. 

Bu  gün  Azərbaycan  Respublikasının  əsas  nüvəsi 

Azərbaycan  türkləri  olmalarına  baxmyaraq,  «hakim  millət» 

statusuna  malik  deyildirlər.  Bu  baxımdan  tədqiqatçı  İbrahim 

Ağayev  alman  filosofu  F.Engelsə  istinadən  düzgün  qeyd 

edirdi ki, vaxtilə Osmanlı İmperiyasında türkləri hakim millət 





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   540   541   542   543   544   545   546   547   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin