MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə547/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   543   544   545   546   547   548   549   550   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

518 



518 

Özəlliklə, 1990-cı illərdə milli dillin və milli kimliyin 

müəyyənləşməsi  kimi  önəmli  məsələlərdə  ziddiyyətlərin 

meydana  çıxması  yalnız  kimin  haqlı  kimin  isə  haqsız  olması 

ilə  bağlı  olmamışdır.  Bu,  ilk  növbədə  iki  illik  Azərbaycan 

milli  ideyası  ilə  (Azərbaycan  Cümhuriyyəti)  70  illik  «Sovet 

Azərbaycanı»  (Azərbaycan  SSR)  arasında  ideya  savaşının 

müstəqillik  dövründə  davamı  idi.  Azərbaycan  milli  ideyasını 

müdafiə  edənlər  haqlı  olaraq  hesab  edirdilər  ki,  Azərbaycan 

Cümhuriyyətinin  varisi  kimi  çıxış  edən  Azərbaycan 

Respublikası  sələfinin  üçrəngli  bayrağını,  dövlət  himnini, 

dövlət  gerbini  və  başqa  mühüm  atributlarını  sorğu-sualsız 

qəbul etdiyi kimi, milli dil və milli kimlik məsələsində də eyni 

mövqeyi  ifadə  etməlidir.  Yəni  milli  dilin  adı  ilə  bağlı  hər 

hansı  referendumun  keçirilməsi  nəinki  doğru  deyil,  eyni 

zamanda  bu  imperiyanın  göstərişi    ilə  dəyişdirilmiş  bir 

millətin yenidən doğma dilinə dönmək istəyinə qarşı yenidən 

«sovet ideologiyasından» çıxış etməkdir.  

Ancaq  70  illik  «Sovet  Azərbaycanı»  ideyasından 

qurtula bilməyənlər bu milli atributlara, xüsusilə də milli dilin 

adına  münasibətdə  heç  də  eyni  mövqeyi  müdafiə  etmirdilər. 

Fikrimizcə,  bu  milli  atributlar  arasında  milli  dilin  adına 

münasibətdə  onların  daha  çox  dirəniş  göstərmələri, 

Azərbaycan dövlətinin rəsmi dilinin Türk dili olmasına etiraz 

etmələri  heç  də  təsadüfi  olmamışdır.    Şübhəsiz,  bu  ilk 

növbədə  70  illik  «Sovet  Azərbaycanı»  ideyasından  qurtula 

bilməməyin  nümunəsi  idi.  «Azərbaycan  dili»  ideyasını 

müdafiə  edənlər  onu  da  yaxşı  anlayırdılar  ki,  hələ  xalqın 

əksəriyyətinin  nə  türk  dili,  nə  də  türk  dilini  Azərbaycan 

Cümhuriyyətinin  dövlət  dili  kimi  qəbul  etdirən  milli 

ideoloqlarla bağlı aydın təsəvvürləri yoxdur. Bunun əvəzində, 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   543   544   545   546   547   548   549   550   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin