MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə548/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   544   545   546   547   548   549   550   551   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

519 


sıralarımızda  dünyaya  azərbaycanlı  kimliyində  gəldiyini  və 

«Azərbaycan dili»ndə danışdığını zənn edənlər var. Şübhəsiz, 

belə  düşünənləri  milli  dil  və  millilik  kimlik  məsələsində 

“Azərbaycan dili”nə yönəltmək bir o qədər çətin deyildi.  

Sovet ideologiyasından tamamilə xilas ola bilməməyin 

nəticəsidir  Milli  Məclisdə  təsdiq  edildikdən  sonra  sabiq 

prezident  Əbülfəz  Elçibəyin  imzası  ilə  1992-ci  ilin  dekabrın 

22-də  Azərbaycan  Respbulikasında  dövlət  dlilinin  türk  dili 

olması  ilə  bağlı  Qanunun  qəbuluna  [216

b

]  etiraz  etməyən 



Azərbaycan  xalqının  əksəriyyəti,  1995-ci  ildə  keçirilən 

ümumxalq  səsverməsi  zamanı  milli  dilin  necə  adlandırılması 

məsələsində  «türk  dili»nə  deyil,  «Azərbaycan  dili»nə  səs 

verdi.  Halbuki,  özünü  Azərbaycan  Cümhuriyyətinin  bütün 

mənalarda (siyasi, hüquqi, mənəvi, iqtisadi, ərazi və s.) qanuni 

varisi kimi dünyaya bəyan etmiş Azərbaycan Respublikası və 

onun 

vətəndaşlarının 



ilk 

növbədə, 

onun 

vaxtilə 


müəyyənləşdirdiyi ideyalardan çıxış etməsi gərəkirdi.  

Ümumiyyətlə, bir millətin dilinin və kimliyinin adı elə 

bir  məsələdir  ki,  fikrimizcə,  onu  referendum  yolu  ilə 

birdəfəlik həll etmək mümkün  deyildir. Özəlliklə də, 70 illik 

müstəmləkə həyatı yaşamış (hələ ondan öncə də təxminən bir 

o  qədər  buna  məruz  qalmış),  bununla  da  milli  mənlik  şüuru 

zədələnmiş hər hansı millət azadlığa qovuşduqdan çox az bir 

müddətdən  (4  il)  sonra  referendumla  milli  özünütəyinin 

müəyyənləşdirilməsi  mübahisəli  bir  məsələdir.  Belə  ki,  artıq 

babalarının  etnik  kimliyinin  və  dilinin  türk  olmasını  əsasən 

unutmuş, daha doğrusu unutdurulmuş və  yenicə keçmiş milli 

şüur yaddaşını bərpa etmək istəyən bir cəmiyyət üçün bu cür 

önəmli  məsələdə  qəti  qərarını  verməsi  inandırıcı  deyildir. 

Çünki  milli  şüur  yaddaşını  bərpa  edə  bilməyən,  70  il  öncəki 





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   544   545   546   547   548   549   550   551   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin