Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
74
təhlil faktdan başlayır”-deyən müəllif kitabdakı elmi faktları
dərindən təhlilə cəlb edir və ustadının bu əsərini klassik irsi
araşdırmağın, klassik irs barədəki axtarışlara münasibətin
layiqli nümunəsi olduğunu göstərir.
Kamran Əliyev orijinal dəsti-xəttə, bənzərsiz üsluba ma-
lik alimlərimizdəndir. Müşahidələrimiz göstərir ki, o, əsər-
lərində tez-tez məntiqi suallar qoyur və məntiqi baxımdan da
bu sualları cavablandırır. Bizcə, bu, alimin üslubunu təyinləyən
cəhətlərdən biridir. Budur, alimin “Əməl dostluğu” məqalə-
sində 2 sualla üzləşirik: birincisi, əməl dostluğu ideyası Abbas
Zamanovun dünyagörüşünə haradan sızıb gəlmişdir ?
Cavab: “Öncə, həmin ideyaya Abbas müəllimin əsl həyat
təcrübəsinin nəticəsi kimi baxmaq lazımdır. Məsələ burasın-
dadır ki, 1960-cı ildə Azərbaycan MEA-nın Rəyasət Heyətinin
yerləşdiyi binanın geniş iclas salonundakı bir tədbirdə Abbas
Zamanov tarixi çıxışı ilə qədim Azərbaycan torpağı olan
Naxçıvanı bədnam qonşulara vermək istəyənlərə qarşı üsyan
səsini ucaldır. Gözlənilmədən atılan bu qeyri-adi addım öz
lazımi müsbət təsirini göstərir, amma həmin çıxış Abbas müəl-
lim kimi vətənpərvər insana o qədər də asan başa gəlmir. Ona
qarşı təqib və təzyiq maşını işə düşür və Abbas müəllimə sovet
sisteminin ən ağır bir cəzası verilir; onu partiya sıralarından
xaric edirlər. Totalitar rejimdə hər hansı insanın bu vəziyyətə
düşməsi 37-ci illərin təkrarına bənzəyirdi və fürsət gözləyən
bədxah insanlar tərəfindən Abbas Zamanov üçün arzuolunmaz
ölümlə çarpışma meydanı açılır. Bütün bunlara qarşı bir addım
belə geri çəkilməyən Abbas müəllim bu qeyri-bərabər döyüşdə
orta əsr cəngavərlərini və xalq dastan qəhrəmanlarını xatırladır.
Bəli, o əzablı və keşməkeşli günləri heç vaxt unutmaq mümkün
olmasa da , Abbas Zamanov dastan qəhrəmanı kimi bu qeyri-
bərabər döyüşdə qalib gəlir və unudulmaz şəxsiyyətə çevrilir”.
İkincisi, bəs ötən əsrin 60-cı illərinin başlanğıcında Ab-
bas Zamanovun fövqalədə hadisəyə çevrilən bu tarixi çıxışının
energetik mənbəyi nə idi?
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
75
Abbas Zamanovun ötən əsrin 50-ci illəri ilə bağlı tərcü-
meyi-halının real mənzərəsini verən Kamran müəllim bu sualı
da doğru olaraq belə cavablandırır: xalq sevgisi, ziyalılıq
etalonu, mübarizlik keyfiyyəti və döyüşkənlik xarakteri. Əs-
lində bütün bunlar həm də Abbas Zamanovun xatırladığımız
məşhur çıxışının energetik mənbələri idi!
Professor Abbas Zamanov 50 il yorulmaq bilmədən ya-
zıb-yaratmışdır. Kamran müəllim özünün “Müasirləri Abbas
Zamanov haqqında” məqaləsində ustadının eyniadlı kitabını
görkəmli alimin öz sözü və öz dili ilə ona qoyulmuş layiqli bir
abidə hesab edir. Kamran müəllimin təqdimatından belə aydın
olur ki, respublikamızın ən nəhəng alimlərindən akademik İsa
Həbibbəyli Abbas müəllimi Azərbaycanda yaşayan dünya ada-
mı kimi, xalq yazıçısı Əzizə Cəfərzadə fədakar şəxsiyyət kimi,
xalq yazıçısı Anar bənzərsiz insan kimi, xalq yazıçısı Elçin
tükənməz həyat eşqi olan bir şəxsiyyət kimi, akademik Bəkir
Nəbiyev elm fədaisi, yorulmaz müəllim, qeyrətli vətəndaş ki-
mi, professorlar Yaşar Qarayev və Şamil Salmanov insanları,
nəsilləri və əsrləri bir-biri ilə görüşdürən şəxsiyyət kimi, Alma-
niyada yaşayan Əhməd Şmide böyük dostum kimi, Azərbaycan
MEA-nın müxbir üzvü Tofiq Hacıyev millətin böyük oğlu
kimi, professor Yusif Seyidov cəsarətli adam kimi, professor
Pənah Xəlilov igid, fədakar vətənpərvər, sözün yüksək məna-
sında əsl millətçi vətəndaş, həm də ölkədən-ölkəyə keçən mə-
dəniyyət, mənəviyyat yükünün möhtəşəm dayağı kimi, pro-
fessor Əli Yavuz Akpinar təmizlik, düzlük, həqiqət etalonu
kimi, professor Şamil Qurbanov möhkəm bir şəxsiyyət kimi,
professor Xeyrulla Məmmədov “qayğı” sözünün çərçivəsinə
sığmayan insan kimi, professor Qəzənfər Paşayev əlçatmaz
şəxsiyyət kimi, professor Qara Namazov təəssübkeş, vətənpər-
vər, türksevər və xeyirxah insan kimi, Türkiyə Radiosunun
Azərbaycan bölməsinin rəhbəri Seyfəddin Altaylı mübarək
şəxsiyyət kimi, professor İsmayıl Vəliyev qətiyyətli şəxsiyyət
kimi, professor Nizaməddin Şəmsizadə qeyrət, mərdlik və
Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
76
cəsarət məktəbi kimi, tarix elmləri namizədi Ataxan Paşayev
əzizimiz, müəllimimiz kimi dəyərləndirmişlər. Bunlardan əlavə
Sirus Təbrizlinin “Azadlığa toxum əkir”, Xeyrulla Əliyevin
”Azərbaycanın elm və mədəniyyət səfiri”, İsmixan Bayramo-
vun “Alov saçan sətirlər”, Şamil Zamanın “Bizim Abbas
müəllim“, Xanəli Kərimovun “Yerin məlum, Abbas müəllim”,
Nazim Rizvanın “Su gələr arxa gedər, insan qalar dünyada”,
Bəxtiyar Məmmədzadənin “A. F. Zamanov: fəal mövqe, aktiv
ömür”, Qulam Sadıqzadənin ”Xeyirxah insan, yorulmaz təd-
qiqatçı”, Gülşən Əliyevanın “Vətəndaş alimin qeyrəti və cəsa-
rəti”, Azər Abdullayevin “Abbas Zamanov cəsarəti”, Əli Şa-
milin “Reallığı nəzərə alan insan”, Ağasən Bədəlzadənin “O,
insan münasibətlərini adiləşdirirdi”, Zahirə Bilal qızının
“Kövrək xatirə”, Lalə Əliyevanın “Nə yaxşı ki, siz vardınız,
Abbas müəllim...”, Musa Quliyevin “Abbas Zamanov həqiqi
vətənpərvər və görkəmli alimdir” məqalələrini nəzərdən keçi-
rən Kamran Əliyev bunların ən dərin səmimi hisslərlə ifadə
edildiyini göstərir.
K.Əliyev Abbas Zamanovun həyat və yaradıcılığının öy-
rənilməsində xüsusi xidmətləri olan filologiya üzrə fəlsəfə dok-
torları Fərqanə Kazımova və Gülgün Rzayevanın da gördüyü
işləri bir qədər geniş şəkildə üzə çıxarır və yüksək qiymətlən-
dirir.
Abbas Zamanov yaşadığı ömür ərzində övlada övlad payı-
nı, nəvəyə nəvə payını, tələbəyə tələbə payını, müəllimə müəl-
lim payını, dosta dost payını, qələmdaşa qələmdaş payını, ən
başlıcası isə millətə millət payını heç vaxt əsirgəməyib. Bu
paydan Kamran Əliyevin də qismətinə düşən doktorluğudur,
professorluğudur, kitablarıdır, məqalələridir. Çünki Kamran
müəllimin özünün dediyi kimi, Abbas Zamanov olmasaydı, mən
də qeyri -sadəcə kənd müəllimləri içərisində yaddan çıxmışdım.
Nəsillərin mənəvi tərbiyəsində bu etirafın əvəzsiz ro-
lundan danışmaq elə bilirik artıqdır.
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
77
EPOS POETĠKASINA DAĠR
FUNDAMENTAL MONOQRAFĠYA
Filologiya elmləri doktoru, professor Kamran Əliyev
Azərbaycan filologiyasının inkişafı naminə ağlını və ziyasını
qətrə-qətrə əridən, professional dəst-xətə malik, poetik və ic-
timai fikir tariximizin ayrı-ayrı maraqlı, lakin nisbətən az öy-
rənilmiş səhifələrini araşdı-
ran, filologiyamızda mübahi-
sə doğuran vacib və aktual
məsələlərə vaxtında münasi-
bət bildirən alimlərimizdən-
dir. Obyektiv gerçəkliyə söy-
kənən alim 15 fundamental
monoqrafiyanın, 200-dən ar-
tıq elmi və elmi-publisitik
məqalənin müəllifidir. Bu
görkəmli alimin 2011-ci ildə
işıq üzü görən “Eposun poe-
tikası: “Dədə Qorqud” və
“Koroğlu”
monoqrafiyası
(Elmi redaktoru: filologiya
elmləri doktoru, professor
İsrafil Abbaslı) inandırıcılı-
ğına, mədəni irsə hörmət və etimadına görə, ən başlıcası milli
mövcudiyyətimizin tədqiqi baxımından misilsiz dərəcədə qiy-
mətlidir.
Sözügedən monoqrafiyada “Dədə Qorqud” və “Koroğlu”
eposlarının poetikası elmi-mədəni inkişafımızın zəruri amili
kimi araşdırılmışdır. “Dədə Qorqud” eposunun poetikasından
danışan alim əvvəlcə doğru olaraq “etnopoetika” anlayışına
aydınlıq gətirmiş, bu anlayışın dünya elmi fikrində son dərəcə
yeni olduğunu və bir elm kimi onun açdığı imkanların hələlik
Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
78
kifayət qədər öyrənilmədiyini göstərmişdir. Alim düzgün ola-
raq yazılı ədəbiyyat nümunələri ilə müqayisədə folklor örnək-
lərinin etnopoetika müstəvisini tam aşkarlamaq üçün daha çox
xammal ehtiyatlarına malik olduğuniu vurğulamış, ən qədim və
ilk türk şeirinin köklərini “Dədə Qorqud” eposunun səhifələ-
rində axtarmışdır. O, belə düşünür ki, ən qədim və ilk türk şeiri
qoşa misralı şeirdir. Elə buna görə də elmi mənbələrdəki ilk
şeirin qısa şeirlər olduğu fikrini də tamamilə məqbul sayır.
Alim fikrində haqlıdır. Çünki ibtidada çox bəsit bir dərəcədə
olan dil birdən-birə mürəkkəb parçalı vəznləri yarada bilməzdi
(Abid Əmin). İnsanların həqiqət və xəyal haqqındakı bilik və
təsəvvürləri zaman-zaman artıb çoxaldıqca, onların arzu və
emosiyalarının yeni-yeni çalarları yarandıqca, tarix gələcəyə
doğru irəlilədikcə şeirimiz də qoşamisralılıqdan çoxmisralılığa
doğru irəliləmişdir. “Dədə Qorqud” eposunun zəngin örnəkləri
əsasında şeirimizin qədim poetikasını bütün təfsilatı ilə araş-
dıran alim belə nəticəyə gəlir ki, məhz qoşa atın yanaşı getməsi
təsəvvüründən qoşa bənd-iki dördlük doğula bilərdi. Bu gör-
kəmli alim tam qətiyyətlə bildirir ki, türk etnosu öz həyat tərzi,
qəhrəmanlığı, fəaliyyət dairəsi və hətta o dünyası üçün ata
borclu olduğu kimi, poetik təffəkürünün formalaşması üçün də
məhz ata borcludur.
Uzun illərdir ki, “Dəli Domrul” boyunun digər boylarla
və bütövlükdə eposun özü ilə əlaqə və təmasının zahirən zəif
görünməsi təbii olaraq qorqudşünaslıqda bir çox mübahisələrə
səbəb olmuşdur. Şübhə doğuran məqamlar, mülahizə və fər-
ziyyələrlə bağlı məsələlərə realist mövqedən yanaşan alim
nəyin mülahizə, nəyin fərziyyə, nəyin isə həqiqət olduğunu
elmi dəlil və inandırıcılıqla sübut etməyi çox gözəl bacar-
mışdır. Belə ki, o, qorqudşünaslıqda mübahisə və fərziyyələrə
rəvac verən faktlar və dəlilləri diqqətə çatdırır, sonra isə “Dəli
Domrul” boyunun “Dədə Qorqud” eposunun strukturundan -
süjetindən, kompozisiyasından, poetik elementlərindən ayrıl-
maz və təcridolunmazlığını əсaslı arqumentlərlə isbat edir.
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
79
Monoqrafiyanı oxuduqca hiss edirsən ki, “Dədə Qorqud”
eposunun daha qabarıq görünən bütün məsələləri barədə xeyli
məqalə və kitablar çap edilməsinə baxmayaraq, bu sahədə bir
çox aktual problemlırin təhlili və izahı hələ də öz tədqiqatını
gözləyir. “Xalq təfəkkürünün və xalq istəyinin təcəssümü olan
“Dədə Qorqud“ eposunu həm qəhrəmanlıq abidəsi, həm də
tədqiqat obyekti kimi bütün dövrlərin eposu” hesab edən prof.
K. Əliyev eposun poetikasında səciyyəviliyi və qeyri-adiliyi ilə
seçilən Təpəgözün sirrinin hələ də qorqudşünaslıqda kifayət
qədər açılmadığını göstərir və bunu nəzərə alaraq o, Təpəgözün
dastana gəlişini və gedişini əks etdirən və “Basatın Təpəgözü
öldürdüyü boy” kimi tanınan bu boydan həm Qalın Oğuz elinin
özünə, həm mifik dünyaya, həm də eposun strukturuna və
poetika sisteminə nəzər yetirir, bir çox elmi mülahizələri
heyrətamiz dərəcədə dəqiqləşdirir və konkretləşdirir. Tədqiqat-
çı haqlı olaraq Təpəgözün əsl mahiyyətinin üzə çıxarılmasını
onun mənşəyinin və poetikasının, yəni hər iki məqamın düzgün
təyin edilməsində görür. O, bu yolla gedərək Təpəgözün epo-
sun poetikasında tutduğu yer və mövqeyi, daşıdığı funksiyanı
çox dürüst şəkildə izləmiş, elmi ümumiləşdirmələrini həqiqət
donunda oxucuya təqdim etmişdir.
“Dədə Qorqud” eposunun əbədiyaşarlığı, möhtəşəmliyi,
zənginliyi, dolğunlğu, keyfiyyət genişliyi barədə danışılası,
tədqiq ediləsi məsələlər çoxdur. Bunlardan biri də eposda öz
geniş bədii ifadəsini tapan qəhrəmanlıq motivləridir. Eposdakı
bu motivlər barədə mötəbər elmi mülahizələr söylənilmiş,
bunlar uzun illər boyu müxtəlif aspektlərdən öyrənilmişdir. La-
kin indiyəcən eposun gənc qəhrəmanı Uruzla bağlı müəyyən
məsələlərə lazımi diqqət göstərilməmişdir. Eposda üç boyun
iştirakçısı olan Uruz müxtəlif döyüşlərdə qələbə çalmaq əvə-
zinə, dəfələrlə məğlub olur, hətta əsir də düşür. Bəs konkret
olaraq bu gözlənilməzlik həm eposun strukturu, həm də Oğuz
eli üçün hansı mahiyyət kəsb edir? Bəs igidlik göstərən Oğuz
bəyinə Dədə Qorqudun gəlib ad vermək ənənəsi baxımından
Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
80
Uruzun payına nə düşür? Şübhəsiz ki, bəlli bir faktdır ki, Dədə
Qorqud başqa boylarda götdüyümüzün tamam əksinə olaraq
Uruza gəlib ad vermir. Bəs nə üçün? Bu məntiqi ortaya çıxaran
prof. K. Əliyev özü də bunları müxtəlif aspektlərdən elmi ba-
xımdan dolğun şəkildə cavablandırır. Bizcə, alimin aşağıdakı
ümumiləşdirilmiş fikrinə nəzər salmaqla məsələnin mahiyyə-
tini tam dərk etmiş olarıq: “... eposla bağlı epik ənənə daha çox
hakimiyyət şəcərəsinin təsiri ilə yaranan ənənədir. Uruz isə hər
şeydən qabaq, eposda epik ənənənin qoruyucusudur. Həyatda
sayılıb seçilən nəsil ənənəsi, yəni şəcərəsi olan və həyatda
şəcərəsini qorumağı bacaran eposda da epik ənənəni qorumağa
daha çox səlahiyyətlidir. Belə bir səlahiyyət sahibi məhz Uruz-
dur, çünki Uruz Qazan xanın oğlu, Bayındır xanın nəvəsidir!”
Qorqudşünaslıqda ən aktual problemlərdən biri də bəzi
obrazların digər qəhrəmanlarla müqayisədə az öyrənilməsidir.
Prof. K. Əliyev belə hesab edir ki, dastanda qəhrəmanla bağlı
hadisələri düzgün oxumaq, qəhrəmanı olduğu kimi dəyərlən-
dirmək, qəhrəmanın şəxsiyyətində və fəaliyyətində ehtiva olu-
nan xalq fikrini və düşüncəsini tam dəqiqliyi ilə tapmaq və
aşkara çıxarmaq folklorşünaslığın ana vəzifəsidir.
Eposda Dirsə xan oğlu Buğac obrazının mövqeyinə digər
eposşünaslara nisbətən daha geniş müstəvidə aydınlıq gətirən
alimin fikirləri yenidir və bizcə, digər obrazlar da elmi uğurlar
işığında eposşünaslıqda bu qaydada öyrənilməlidir.
“Dədə Qorqud” eposunun poetikasını öyrənərkən eposda-
kı qəhrəman Oğuz igidləri ilə yanaşı daha qabarıq formada
görünən və bəzi mətləblərin ideya daşıyıcısı olan Burla xatun,
Banuçiçək, Selcan xatun obrazlarından da yan keçmək olmaz.
Prof. K. Əliyev müxtəlif boylarda nəql edilən hadisə və əhva-
latlarla bağlı olan bu xanımların eposun mətnində öz funk-
siyaları müqabilində necə təsvir və təqdim olunmasını dəqiqlik
və obyekivlik meyarı ilə saf çürük edir.
“Dədə Qorqud“ eposundakı boyların istər süjet strukturu,
istərsə də onların bir-biri ilə sıx əlaqəli formalarının öyrənil-
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
81
məsi tədqiqatçıdan böyük məharət tələb edir. Elə buna görə də
prof. K. Əliyev boylar arasındakı yaxınlıq və əlaqələri yüksək
səviyyədə qabartmış, onların təhlil və şərhini əyani formada
Beyrək obrazı ilə bağlı məsələlərdə bir daha bütün aydınlığı ilə
nümayiş etdirmişdir. Alimə görə, “Dədə Qorqud”eposunun
poetikasının, oradakı bədii strukturunun doğru və düzgün açı-
lışı Beyrək obrazının təhlilindən xeyli dərəcədə asılıdır.
Tədqiqatçı monoqrafiyada Beyrəyin həyatı və taleyini digər
döyüşkən qəhrəmanlarla müqayisə etmiş, həmin qəhrəmanlarla
Beyrək arasında nəzərə çarpacaq dərəcədə oxşar və fərqli
məqamları dürüst şəkildə ortaya çıxara bilmişdir.
Mürəkkəb, çoxlaylı obraz strukturuna malik olan “Ko-
roğlu” eposunun poetikasının da müəyyən məqamlarının ciddi
elmi araşdırmaya ehtiyacı var idi. Məsələn, götürək, igidliyin
mahiyyət və məzmununun rəmzi kimi eposda işlənən “dəli”
anlayışını. Alim bu anlayışa mifopoetik aspektdən yanaşaraq
göstərir ki, eposda “dəli” anlayışı üç məqamı ehtiva edir: bi-
rincisi, igidlik; ikincisi, axmaqlıq; üçüncüsü, igidliklə ax-
maqlığın qovuşuğu.
Eposun mətnində “dəliqanlılıq”, “dəli nərə”, “dəlisov-
luq”, “dəli könül” kimi anlayışların doğurduğu mənaları tədqi-
qatçı düzgün kodlaşdırmış, Korğlunun öz könlünü “dəli könül”
adlandırması onun dəli nərəsinə, dəli-dolu igid kimi tanınma-
sına, bəzən dəlisovluq eləməsinə və bütövlükdə dəlilər dəlisi
olmasına da tam uyğun gəldiyini göstərmişdir.
Prof. K. Əliyev “Koroğlu” eposunun poetikasının müəy-
yən elementlərini yüksək professionallıq və istedad meyarları
ilə üzə çıxarır. Onun eposda ilk dəfə say etibarilə beşinci qolda
- “Koroğlunun Ərzurum səfəri” qolunda görünən Aşıq Cünun
obrazı ilə bağlı düşüncələri də ciddi əhəmiyyət kəsb edən mə-
sələlərdəndir. Ərzurumlu Cəfər paşanın xidmətində duran Aşıq
Cünunun Çənlibelə gəlişinin əsas səbəbini açıqlayan alim bu
aşığın eposun poetikasında son dərəcə zəruri funksiyaların da-
şıyıcısı olduğunu və eyni zamanda igidlərin - dəlilərin yanında
Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
82
bir dəli aşığın da olmasını Koroğlunun bitkin və mədəni cə-
miyyətin təmsilçisi kimi dəyərləndirir
Prof. K. Əliyev “Koroğlu” eposunun poetikasını bir neçə
istiqamətdə araşdırmışdır. Bu istiqamətlərdən biri də eposda
bədii məkanın xarakteri məsələsidir. Tədqiqatçı eposda simvol-
ların, işarələrin, ifadələrin, sözlərin altında yaşayan məkanları
xaraktercə üç mühüm məqamla təyinləyir: real məkan, ara
məkan və ideal məkan. Real məkan paşaların hakim olduğu
İstanbul, Ərzincan, Rum, Qars, Toqat və başqalarıdır. İdeal
məkan isə heç vaxt dəyişmir. Bu, Çənlibeldir. Real məkanla
ideal məkan arasında keçid xarakteri daşıyan bir ara məkan da
mövcuddur ki, bu, konfliktin həlli məkanıdır.
“Koroğlu” eposunun aparıcı xüsusiyyətlərindən biri də
igidliyin və qəhrəmanlığın təntənəli şəkildə ifadəsidir. Bu ifa-
dəetmənin əksər məqamlarını çözələyən prof. K.Əliyevin epos-
dakı fiziki gücün semantikası ilə bağlı araşdırmaları da çox
maraqlıdır və əminik ki, fiziki güclə bağlı bu mənalandırmalar
eposşünaslıqda zəruri bir problemin həlli kimi qarşılanacaqdır.
Folklor poetikasından danışan prof. K. Vəliyev 26 il bun-
dan əvvəl həyəcan siqnalı çalaraq qeyd edirdi ki, son vaxtlar
folklorçularımız arasında bu termin geniş yayılmış olsa da,
əksər hallarda düzgün işlədilmir. Adında “poetika” termini olan
əksər yazılarda poetikanın heç bir ciddi problemindən söhbət
getmir. Nəticədə isə belə bir yanlış təsəvvür yaranır ki, guya
bizdə folklor poetikasına aid xeyli əsər var. Əslində isə bu
sahənin öyrənilməsi faktik olaraq indi başlanır. Bir sözlə,
“poetika” terminini yeri gəldi-gəlmədi işlətmək yox, poetika
problemlərini öyrənmək gərəkdir.
Bəli, bu gün mübaliğə etmədən deyə bilərik ki, bizim
folklorşünaslar içərisində poetika problemləri ilə ciddi və işgü-
zar şəkildə məşğul olan böyük alimlərimiz var. Prof. K. Əliyev
də belələrindəndir. Biz alimin “Eposun poetikası: “Dədə
Qorqud” və “Koroğlu” monoqrafiyasını bu sahədə fundamental
tədqiqat əsəri hesab edirik.
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
83
TƏNQĠDĠN POETĠKASININ
DƏRĠN QATLARININ TƏDQĠQĠ
Bu gün elmi ictimaiyyətin yüksək qiymətləndirdiyi
alimlərdən biri olan Kamran İmran oğlu Əliyev düz 38 il bun-
dan əvvəl professor Abbas Zamanovun elmi rəhbrliyi ilə “Mus-
tafa Quliyevin ədəbi-tənqidi görüşləri” mövzusunda diplom işi
yazmışdı. Bu elmi iş tələbə
tərəfindən demək olar ki,
bütün istiqamətlərdə tədqiq
olunmuş,
eyni
zamanda
Mustafa Quliyevin müxtəlif
qəzet və jurnallarda çıxan
məqalələrinin biblioqrafiyası
da hazırlanıb diplom işinə
əlavə edilmişdir. Elmi işin
səviyyəsini yüksək qiymət-
ləndirən A. Zamanov yazırdı
ki, K. Əliyevin diplom işi
universitet təhsilini başa çat-
dıran istedadlı bir tələbənin
ilk müvəffəqiyyətli qələm
təcrübəsidir. Müdafiəyə bu-
raxılmasını məsləhət gördü-
yümüz bu diplom işinə əsaslanaraq ümid etmək olar ki, əgər
tələbə K. Əliyevə lazımi qayğı göstərilsə, gələcəkdə o, yaxşı
bir tədqiqatçı ola bilər. Bəli, bütün qayğılarla əhatə olunan K.
Əliyev elmi rəhbərinin ümid və etimadını ömrün enişlı-yoxuşlu
yollarında, vaxt-zaman dolaylarında layiqincə doğrultdu. 1976-
1979-cu illərdə Azərbaycan MEA-nın Nizami adına Ədəbiyyat
İnstitutunun aspiranturasında oxudu. 1980-ci ildə namizədlik,
1990-cı ildə doktorluq dissertasiyası müdafiə etdi.
Alimin müxtəlif illərdə çap etdirdiyi “XX əsr Azərbaycan
Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
84
romantiklərinin ədəbi-nəzəri görüşləri”, “Hüseyn Cavidin şəx-
siyyəti və poetikası”, “Mirzə Fətəlidən Hüseyn Cavidə qədər”,
“Cavid möcüzəsi”, “Azərbaycan romantizminin poetikası”,
“Azərbaycan romantizminin nəzəriyyəsi”, “Romantizm və
folklor”, “Teoriya azerbaydjanskoqo romantizma”, “Hüseyn
Cavid”, “Abbas Zamanov olmasaydı” adlı elmi əsərlərinin, abi-
turiyentlər üçün “Ədəbiyyat”, “Azərbaycan dili” adlı dərs
vəsaitlərinin, “Sədərək döyüşləri” adlı publisistik əsərinin və
eyni zamanda 200-dən artıq elmi və elmi-publisistik məqalə-
sinin hər birinin sözün həqiqi mənasında filologiyamızda xü-
susi yeri, xüsusi çəkisi var.
Ədəbi tənqidə dair orijinal, saнballı əsərləri bu alimin ol-
duqca zəhmətsevərliyindən, işgüzarlığından, qibtəediləcək ya-
radıcılıq enerjisinə malik olduğundan xəbər verir. Bu ensik-
lopedik biliyə malik filoloq-alimin yenicə çap etdirdiyi “Tən-
qidin poetikası” (Bakı, “Elm və Təhsil”, 2012, 208 səh) (Elmi
redaktoru: Arif Əmrahoğlu) kitabında da tənqidin poetikasının
dərin qatlarına yetərincə nüfuz etməni, həmin tədqiqat pred-
metində çoxlarının görə bilmədiyi incəlikləri, sirləri tapıb üzə
çıxarma qabiliyyətini görürük. Alim öz yaradıcılıq tendensi-
yasına sadiq qalaraq bu əsərində də ədəbi tənqidin ən əsas, ən
dəyərli məsələlərini müasir elmi tələblər səviyyəsində araşdır-
mışdır. Prof. K. Əliyev monoqrafiyada ilkin olaraq özünəməx-
sus bir maraq və narahatlıqla ədəbi tənqiddə bədiilik məsələ-
sinə diqqəti yönəldir və bunun dərindən öyrənilməsini zəruri
hesab edir. Son vaxtlar tənqidçilər və oxucular arasında geniş
yayılmış “tənqid özünü az öyrənir” etirafına elmi müsətivədə
aydınlıq gətirən alimin düşüncələri olduqca məntiqli səslənir və
eyni zamanda tənqidin elm və ya sənət növü olması barədəki
mövcud mübahisələrlə əlaqədar tədqiqatçının analitik təhlili
xüsusi maraq doğurur. Alimin fikrincə, maraqlı odur ki, tən-
qidin elm və ya sənət sahəsinə daxil olması fikri üzərində da-
yananların əksəriyyəti elə məhz tənqidçilərin özləridir. Bəs ne-
cə olmuşdur ki, tənqidçilərin bir qrupu tənqidi elm hesab edir,
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
85
digər qrupu incəsənətin bir növü? (Həm elm, həm də sənət
kimi qəbul edənlər də vardır). Belə ikitərəflilik (ikitirəlik) tən-
qidçilərin fərdi görüşlərindən irəli gəlir. Əslində onların hamısı
tənqidi yüksək səviyyədə mənalandırmaq istəyirlər. Aydındır
ki, hər hansı peşə ilə yaxından tanış olanlar, onun rolunu, ma-
hiyyətini aşağı salmaq istəməzlər. Fikir ayrılığı da məhz elə bu
yüksək mənalandırma məqsədindən doğur: elmi sənətdən üstün
tutanlar tənqidi elm sahəsi kimi qəbul edir, yaxud əksinə, sənəti
elmdən yüksək tutanlar tənqidi sənət aləminə daxil edirlər.
Ədəbi tənqiddə bədiilikdən danışmaq da elə məhz bu məsələ-
lərdən danışmaq deməkdir.
Prof. K. Əliyev monoqrafiyada çox vaxt ədəbi tənqidin
kifayət qədər diqqət yetirmədiyi sahələri bir küll halında öyrənir,
ədəbi tənqidin bədiilik anlayışına daxil olan cəhətləri ayrı-
ayrılıqda faktlar və dəlillər əsasında süzgəcdən keçirir və belə
nəticəyə gəlir ki, ədəbi tənqiddə bədiilik problemi “tənqidçi-
yazıçı-oxucu“ mövzusunun müəyyən tərəfidir. Belə ki, bədiilik-
tənqidçinin sadə və aydın dildə yazmasına çağırışdır; bədiilik-
oxucunun tənqidçi fikrini və yazıçı ideyasını dərindən, hərtərəfli
dərk etməsinə köməkdir; ən nəhayət, bədiilik – tənqidin sənət-
karlıq imkanlarının genişlənməsi və zənginləşməsi deməkdir.
Təbii olaraq, “Tənqidin poetikası” adlanan bu kitab müəl-
lifin müxtəlif illərdə qələmə aldığı məqalələridir. Kitaba daxil
edilmiş “Ədəbi tənqiddə bədiilik“, “Romantik tənqid və Sa-
bir”, “F. Köçərli tənqidinin sənətkarlıq məsələləri”, “Seyid
Hüseyn-görkəmli tənqidçi və yazıçı”, “Hüseyn Cavid və ədəbi
tənqid”, “Əli Nazimin tənqidçilik sənəti”, “Mir Cəlal Paşayev –
tənqidçi və nəzəriyyəçi alim”, “Feyzulla Qasımzadənin Azər-
baycan ədəbiyyatşünaslığının inkişafındakı rolu”, “Kamal Ta-
lıbzadə – təmkinli elmi yaradıcılıq”, “Ədəbi-tənqidin fikrin im-
kanları”, “Yazıçının tənqidçiyə ehtiyacı var” məqalələrini bir-
birilə birləşdirən, bir axara salan, eyni bir məqsədə yönəldən
güclü bir xətt olmaqla bərabər, ədəbi tənqiddə bədiilik proble-
minin əndazə çərçivəsində müəllif tərəfindən obyektiv həlli var.
|