Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
14
Quliyev zəngin yaradıcılığa malik ziyalılardan olmuşdur. O, öz
ədəbi-tənqidi məqalələrində, məruzələrində, çıxışlarında Azərbay-
can sovet ədəbiyyatı və teatrının ideya saflığı, bədii keyfiyyətləri,
sənətkarlıq müvəffəqiyyətləri uğrunda dönmədən çalışmışdır.
Mustafa Quliyev var qüvvəsini, istedadını, bacarığını Azərbaycan
sovet ədəbiyyatının inkişafına və yüksəlişinə, onun çoxmillətli
sovet ədəbiyyatı ailəsində layiqli yer tutmasına sərf etmişdir.
Tələbə Kamran Əliyev tədqiqat işində əsas diqqəti M. Qu-
liyevin yaradıcılığının önəmli tərəflərinə yönəldir. Klassik irsə
münasibət problemi, müasir nəsr və poeziya, dövrün dramatur-
giya və teatr məsələləri M. Quliyevi daim düşündürmüş və onları
özünəməxsus bir yol ilə həll etməyə çalışmışdır. Diplomçu
“Klassik irsə münasibət” adlanan hissədə haqlı olaraq göstərir ki,
M. Quliyevin yaşadığı dövrdə klassik irsə münasibət problemi
ədəbiyyatşünaslıq qarşısında duran əsas problemlərdən biri idi.
M. Quliyev elə bir dövrdə fəaliyyət göstərirdi ki, bu dövrdə M.
Füzulinin, M. P. Vaqifin, Q Zakirin, M. F. Axundovun, N. Vəzi-
rovun, Ə. Haqverdiyevin, S. Ə. Şirvaninin, M. Hadinin, H. Cavi-
din yaradıcılığı yanlış qiymətləndirilirdi. M. Quliyevin tənqidi
qeydlərində doğru cəhətlər şübhəsiz ki, çox idi, lakin yanlış cə-
hətləri də danmaq olmaz. Diplomçu bu ədəbiyyatşünas-tənqid-
çinin M. Füzuli, İ. Nəsimi, M. V. Vidadi, M. P. Vaqif, M. F.
Axundov, M. Ə. Sabir, C. Məmmədquluzadə, Ə Haqverdiyev, N.
Vəzirov və başqaları haqqında söylədiyi müddəalara ayrı-ayrılıq-
da münasibətini bildirir. O, bu münasibətlərində quru təriflər
söyləmək yolu ilə getmir, əksinə M. Quliyevin klassiklərin
əsərləri haqqında söylədiklərini ədəbi əsərlərə tətbiq edir və bu
meyarla həm tənqidçinin nə dərəcədə doğru-dürüst olduğunu,
həm də klassiklərin qiymətinin dərəcəsini müəyyənləşdirir.
M.Quliyevin ədəbiyyatdakı istiqamətlər haqqındakı müla-
hizələrinə də toxunmağı diplomçu məqsədəuyğun hesab et-
mişdir. M. Quliyevin bir məqaləsində deyilir ki, “...həyatın
bütün bu deyilən formalarına türk ədəbiyyatı dörd mühüm
axınla, istiqamətlə cavab verir: liberal, ziyalı-millətçi, inqilabi-
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
15
demokratik və başlanğıc halında olan yeni sovet ədəbiyyatı”.
Kамран Əliyev bu cür səciyyəni doğru hesab etsə də, “Ə.
Haqverdiyev, C.Məmmədquluzadə, N.Vəzirov, A.Şaiq – bu
qrup yazıçılar burjua cəmiyyətinə xidmət edir”-deyən tənqidçiyə
etirazыны билдирир və tənqidçinin N. Vəzirovun “Müsibəti-
Fəxrəddin”, C. Məmmədquluzadənin “Ölülər” pyeslərini dərin-
dən təhlil etmədiyinə görə tənqid edir, əsl həqiqəti üzə çıxarır.
Diplomçu bu tənqidçinin klassik irsə münasibətini çox
ardıcıl şəkildə izləmişdir. O, M. Quliyevin klassik irsə münasi-
bətini yalnız Azərbaycan ədəbiyyatı ilə məhdudlaşdırmır, onun
fransız materialistləri, rus klassikləri haqqındakı yazılarındakı
müəyyən məqamları da təhlilə cəlb eтмиш və fransız mate-
rialistləri Didro, Helbetsi, rus klassikləri Belinski, Çernişevski,
Dobrolyubov, L.Tolstoy, Piсarev haqqında yazdıqlarının
ümumi ideya istiqamətlərini meydana çıxarмышдыр.
Klassik irs deyəndə yalnız ədəbiyyat deyil, incəsənətin
müxtəlif sahələrinə də nəzər yetirməyi vacib hesab edən diplom-
çu haqlı olaraq göstərir ki, əsrlərdən bəri Şərq xalqlarının, eləcə
də azərbaycanlıların qanına, iliyinə işləmiş muğamat bu gün də
belə öz təsirini itirməmişdir. “Şur”un, “Çahargah”ın, “Rast”ın və
s. muğamların insan mənəviyyatına cahanşümul təsiri, onların
geniş musiqi diapozonu yaradan tar alətində çalınması həm də
Avropa xalqlarının nümayəndələrini həyəcana gətirir.
Kamran Əliyev tənqidçinin incəsənətin müxtəlif sahələ-
rinə həsr etdiyi yazılarına da ehtiramla yanaşır, hörmətlə tənqid
süzgəcindən keçirir. O, M. Quliyevin muğamata, tara müna-
sibətinin həm müsbət cəhətlərini, həm də yanlış mövqeyini cə-
sarətlə açıb göstərir.
Ədəbiyyatşünaslıq fəaliyyətində M.Quliyev şeir vəznlə-
rindən də söhbət açmışdır. Diplomçunun araşdırmalarından
məlum olur ki, M.Quliyev bu məsələyə birtərəfli yanaşmış,
“heca” və “əruz” vəznlərini inkar etmək dərəcəsinə qədər gəlib
çıxmışdır: “Heca qocalmışdır, o, poeziyaya kiçiklik, yekrənglik
gətirir. O, musiqi və ritmik cəhətdən kasıbdır. Bu ibtidai, sufist
Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
16
mövqedə biz dayanmamalıyıq. Yeni mübarizə, yüksəliş, inqi-
labi fırtınalar poeziyasını qədim “əruz” və “heca” çərçivəsinə
yerləşdirmək mümkün deyildir... Sufist “əruz” və ibtidai “he-
ca”nı biz rədd etməliyik”.
Kamran Əliyev tənqidçinin belə nəticəyə gəlməsini “yeni
mübarizə, yüksəliş, inqilabi fırtınalar”ın onun gözünü tutması
ilə əlaqələndirir və bunun düzgün olmadığını təkzibedilməz
faktlarla sübut edir. Bir tədqiqatçı olmaq etibarilə M. Quliyevin
klassik irsə münasibətində çox zaman marksisit mövqedən
çıxış etdiyini qeyd edən K. Əliyev onun klassik irsə olan müna-
sibətindəki bir sıra ciddi yanlışlıqların səbəblərini aşağıdakı
amillərlə bağlayır: “Bu yanlış mülahizələri şəxsən, ancaq onun
özünə aid olduğunu iddia etmək birtərəflilik və ədalətsizlik
olardı. Burada gərək ədəbi mühit, ictimai ziddiyyətlər nəzərdən
qaçırılmasın. Çünki ədəbi şəxsiyyətlər dövrün çərçivəsi və
tələbləri daxilində fəaliyyət göstəririr, bu və ya digər cəhətdən
ədəbi hadisələrə təkan verir. Məhz buna görə də M. Quliyevin
klassik irsə münasibətindəki bəzi yanlış nəticələr, heç şübhəsiz,
o zamankı ədəbi həyatda hökm sürən vulqar sosiologiya,
RPYC və APYC-nın fəaliyyətindəki qüsurlardan irəli gəlirdi”.
M.Quliyev müasirlərinin nəsri və poeziyası haqqında
ədəbi-tənqidi məqalələr yazır, ədəbi irsə böyük qayğı göstərir,
onun faydalı cəhətlərini özünəməxsus tərzdə təbliğ edirdi.
Kамран Əliyev tənqidçinin Süleyman Sani Axundovun, Seyid
Hüseynin, Cəfər Cabbarlının, Əbülhəsənin, S. Rüstəmin, Mika-
yıl Müşfiqin, Nazim Hikmətin yaradıcılığından bəhs edən mə-
qalələrini diqqətlə nəzərdən keçirir, tənqidçinin təhlil zamanı
daha çox hansı məziyyətlərə, hansı xüsusiyyətlərə üstünlük
verdiyini doğru-düzgün müəyyənləşdirir.
XX əsrin 20-ci və 30-cu illərində mövcud olan dramatur-
giya və teatrın bir çox dolaşıq və mübahisəli məsələlərinin ay-
dınlaşdırılmasında M.Quliyevin məqalələrinin böyük əhəmiy-
yəti vardır. Bunu nəzərə alan Kamran Əliyev tənqidçinin Cəfər
Cabbarlı, Hüseyn Cavid haqqındakı məqalələri üzərində geniş
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
17
dayanmağı məqsədəuyğun hesab etmiş, M.Quliyevin bu dra-
maturqların əsərlərinə münasibətini əhatəli şəkildə, elmi ümu-
miləşdirmələrlə təqdim etmişdir.
M. Quliyev öz zəmanəsinin teatrı haqqında da dəyərli fi-
kirlər söyləmişdir. Onun bir teatr tənqıdçisi kimi teatr tənqidi
qarşısında qoyduğu vəzifələr bu gün də aktual səslənir:
1. Kütlənin teatroya qarşı oyanmış marağından istifadə
edərək biz geniş əhali təbəqələrinin teatroya cəlbi ilə onların
taetroya gəlişini çoxaltmalıyıq.
2. Səhnədə qoyulan tərcümə və klassik pyeslər geniş və
populyar təfsirə möhtacdırlar.
3. Orijinal pyeslər yoxluğu üzündən bəzən məfkurəcə
naqis olan pyesləri qoymağa məcbur oluruq. Bu göstərilən
pyeslərin mənfi cəhətlərini açmaq və aydınlaşdırmaq lazımdır.
4. Nəhayət, teatro işini bütünlüklə mütəşəkkil idarə etməli
və onun müsbət bir şəkildə dəyişilməsinə və təkamülünə yar-
dım eдилməlidir.
Kamran Əliyev bütün bunlara əsaslanaraq göstərir ki,
Mustafa Quliyev dövrünün istər dramaturgiyası, istərsə də teat-
rı barədə danışarkən, gələcək həyatı nəzərdə tutmuş, öz fi-
kirlərinin nə qədər ömür edəcəyi qayğısına qalmışdır. O çalış-
mışdır ki, bütün yazılarında ədəbiyyatın və bu fonda cəmiy-
yətin inkişafına xidmət etsin.
Beləliklə, cəsarətlə deyə bilərik ki, 38 il bundan əvvəl tə-
ləbə Kamran Əliyev Azərbaycan tənqidi fikir tarixində öz yeri,
öz səsi və nəfəsi olan Mustafa Quliyev haqqında qiymətli bir
mənbə yarada bilmişdir. Bu mənbə elmi dəyərinə görə tarixin
bütün dövrlərində öz əhəmiyyətini qoruyub saxlayacaqdır.
Nəhayət, onu da qeyd etməyi vacib bilirik ki, diplom işin-
də məntiqi ardıcıllığa ciddi fikir verildiyinə görə, Kamran Əli-
yev irəli sürdüyü orijinal mülahizələri ilə oxucunu öz ardınca
aparmağı bacarmışdır. Elə buna görə də tədqiqatçının ilk qələm
məhsulu olan bu tədqiqatını onun elmi yaradıcılığının başlan-
ğıc mərhələsi də hesab etmək olar.
Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
18
ƏDƏBĠ MÜDDƏALARIN ĠġIĞINDA
APARILAN TƏDQĠQAT
Azərbaycan ədəbiyyatı tarixində XX əsr yeni bir dövrün
başlanğıcı hesab olunur. Bu dövrdə həyatın bütün sahələrində
olduğu kimi, ədəbiyyatşünaslığımızda da böyük bir dəyişiklik
əmələ gəlmiş, bu sahənin mühüm problemləri M. Hadi, H.
Cavid, A. Səhhət, A. Şaiq və
başqaları tərəfindən həll edil-
məyə çalışılmışdır. Bu ro-
mantiklərin bədii yaradıcılıq-
larının öyrənilməsi ilə yana-
şı, onların ədəbi-nəzəri müla-
hizələrini təhlil və şərh et-
mək də müasir ədəbiyyatşü-
naslığımızın qarşısında du-
ran ən mühüm vəzifələrdən
biri idi. Bunu nəzərə alan
Kamran Əliyev 1985-ci ildə
“XX əsr Azərbaycan roman-
tiklərinin ədəbi-nəzəri görüş-
ləri” adlı monoqrafiyasını
çap etdirir.
Bu
monoqrafiyada
Azərbaycan yazıçı-romantik-
lərindən M. Hadinin, H. Cavidin, A. Səhhətin və A. Şaiqin
ədəbi fikirləri, elmi mülahizələri və ədəbiyyatşünaslıqla bağlı
nəzəri müddəaları tədqiqat obyekti seçilmişdir. Əsərdə K.
Əliyev bu problemə iki cəhətdən yenilik gətirmişdir. Akademik
Məmməd Cəfər Cəfərovun təbirincə desək, müəllif “ temanı
faktik material, tədqiqat obyekti predmeti cəhətindən xeyli zən-
ginləşdirmişdir. O mənada ki, tədqiqata romantiklərin əvvəlki
tədqiqlərdə əhatə edilməyən bir çox yazılarını da cəlb etmişdir.
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
19
İkinci və daha mühüm bir yenilik ondan ibarətdir ki,
Kamran Əliyev romantiklərin ədəbi-nəzəri fikirlərini onların
bədii yaradıcılığı ilə, ədəbi təcrübə ilə əlaqədar bir şəkildə
tədqiq edib, onların nəzəri görüşləri və əsərləri arasındakı
uyğunluğu müəyyən etməyə xüsusi fikir vermişdir”.
K.Əliyev gərgin zəhmət sərf edərək monoqrafiyada qar-
şısına qoyduğu məqsədə uğurla nail ola bilmişdir. Belə ki, o,
əsas məqsəd kimi bu romantiklərin ədəbi görüşlərinin ideya-
estetik şərhini vermiş və bu görüşlərin qabaqcıl, mütərəqqi ma-
hiyyətini doğru-düzgün izah etmişdir. Araşdırıcı bunun üçün
aşağıdakı vəzifələri müəyyənləşdirmişdir:
– XX əsr Azərbaycan romantiklərinin ədəbi-estetik gö-
rüşlərinin səciyyəsini, romantik tənqidin mənbələrini və ümumi
xarakterini vermək.
– Onların mülahizələrinin ictimai-siyasi, fəlsəfi baxışları
və mənsub olduqları ədəbi cərəyanın estetikası ilə nisbətini
aşkara çıxarmaq.
– XX əsr Azərbaycan romantiklərinin realist ədəbiyyata,
realist tənqidə meyllərini, onunla əlaqəsini öyrənmək.
– Romantik tənqidin məşğul olduğu əsas problemləri,
malik olduğu ideya xüsusiyyətləri, sənətkarlıq tələbləri, mürtə-
ce fikirlərə qarşı mübarizələrini izah etmək.
Bu vaxta qədər XX əsr Azərbaycan romantiklərinin ədə-
bi-nəzəri görüşləri haqqında akad. M. Cəfər, prof. K. Talıbza-
də, prof. Ə. Mirəhmədov, ədəbiyyatşünas alimlərdən İ. Orucə-
liyev və S. Musayev bəhs etmişlər. Kамран Əliyev monoqra-
fiyada bu alimlərin romantiklər barədəki mülahizələrini hər-
tərəfli şəkildə təhlilə cəlb edir və onların elmi dəyərini üzə
çıxarır. Yeri gəldikcə mövzu ilə bağlı unudulmuş, diqqətdən
kənarda qalmış məsələlərə də münasibətini bildirir, tənqid
etməyi də unutmur. Tədqiqatdan aydın olur ki, heç bir alim XX
əsr Azərbaycan romantiklərinin ədəbi-nəzəri görüşləri barə-
sində ayrıca elmi əsər yazmağı öz qarşısına məqsəd qoyma-
mışdır. Yuxarıda adlarını sadaladığımız ədəbiyyatşünaslarımız
Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
20
tərəfindən mövzunun işlənməsi zəruriliyi diqqət mərkəzində
olmasına baxmayaraq, indiyədək yenə də bu haqda müstəqil
tədqiqat əsəri yazılmamışdır.
K.Əliyev doğru olaraq yazır ki, Azərbaycan sovet ədəbiy-
yatşünaslığında ayrı-ayrı yazıçıların ədəbi-tənqidi görüşləri ba-
rəsində namizədlik dissertasiyaları yazılmışsa da, bunu XX əsr
Azərbaycan romantiklərinə şamil etmək olmaz. O da inkaro-
lunmaz faktdır ki, eyni cərəyana mənsub bir qrup yazıçının
ədəbi-nəzəri görüşləri Azərbaycan ədəbiyyatşünaslığında küll
halında tədqiq olunmadığından bu iş sözün həqiqi mənasında
tamamilə yenidir.
Monoqrafiyada XX əsr Azərbaycan romantiklərinin ədəbi
görüşlərindəki mühüm fakt göstəriciləri müqayisə edilmiş,
sənətkarların fərdi mülahizələri meydana çıxarılmış və XX əsr
Azərbaycan romantizmi üçün bunların səciyyəviliyi ilk dəfə
müəyyənləşdirilmişdir.
XX əsr Azərbaycan romantizm nəzəriyyəsində sənətdə
həqiqət axtarıcılığı, folklora münasibət, dil və mətbuat haqqın-
da, sənətkarın burjua cəmiyyətində rolu və mövqeyi, yara-
dıcılıq azadlığı konsepsiyası və romantik tənqidiн janrları ilk
dəfədir ki, tədqiqat obyekti seçilmiş və toplu halında öyrə-
nilmişdir.
Alim onu da göstərir ki, tədqiq olunan sənətkarların ədə-
bi-estetik görüşlərinin formalaşması, yeni ədəbiyyat uğrunda
mübarizələri və habelə romantizmin bəzi nəzəri-estetik prinsip-
ləri, ədəbiyyatın həyatala əlaqəsi, ədəbiyyatın ideyalılığı, bur-
jua cəmiyyətində sənətkarın taleyi, sənətkarın vətəndaşlıq bor-
cu kimi məsələlər ədəbiyyatşünaslığımızda müxtəlif münasi-
bətlərlə izah olunsa da, geniş və hərtərəfli təhlil olunmağından
biz bu məsələləri ilk dəfə olaraq problem səviyyəsində həll
etməyə çalışmışıq.
XX əsr Azərbaycan romantikləri M. Hadi, H. Cavid, A.
Səhhət və A. Şaiqin ədəbi nəzəri mülahizələri həm bədii əsər-
lərində, həm də ayrı-ayrı məqalələrində əks olunmuşdur. On-
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
21
ların bədii nümunələrdə dedikləri ədəbi fikirlər məqalələrdə de-
yilənlərdən heç də az əhəmiyyət kəsb etmir. Bəlkə də, XX əsr
Azərbaycan romantizm nəzəriyyəsi üçün xarakterik cəhətlərdən
biri bədii problemlərin bədii formada həll edilməsidir. K.
Əliyev məsələnin bu tərəfinə xüsusi hal kimi baxmış, araş-
dırmanı bu istiqamətdə aparmağı vacib hesab etmişdir.
M. Hadinin, H. Cavidin, A. Səhhətin və A. Şaiqin öz ədə-
bi mülahizələrini şeir dili ilə verdiyini göstərən alim bu mü-
lahizələrin təkcə ayrı-ayrı şeirlərdə deyil, bəzən şeirin müəyyən
bir misrasında da öz əksini tapdığını və belə misraların isə
təsadüfi olmadığını qeyd edir.
Tədqiqatçı XX əsr romantiklərindən olan M. Hadinin
“Qələm”, “Qələm nə söyləyir”, “Şair, hücreyi-işтiğalı və
düşüncələri”, H. Cavidin “Nəcmi-keysudar “, “İbtilayi-qəram“,
“Şeir məftunu”, A. Səhhətin “Şair, Şeir pərisi və Şəhərli”,
“Şərarə”, “Şair”, “Sabir, ey şairi-dühapərvər”, A. Şaiqin “Sa-
bir”, “Bu da bir şeri-faniyi digəran”, “Böyük xadim” və s. şeir-
lərini bu qəbildən sayır və romantiklərin ədəbi nümunələrini
tədqiqata daha geniş arenada cəlb edir, onların açıq, aydın və
sərrast mülahizələrini təhlil edir. M. Hadinin “Məmməd Səid
Ordubadi cənablarına açıq məktub”, “Xurafat içində həqiqət”,
“Qəzetlərimiz, mühərrirlərimiz”, “Osmanlı mətbuatından par-
laqlıq”, “Seyid Əzim və asarı”, “Abbas Səhhətin üfuli-əbədisi “
və. s; H. Cavidin “Müharibə və ədəbiyyat”, “Bir-iki söz”,
“Cavablara cavab yaxud ikinci və son rica”, “ Mirzə Abdulla
Məhəmmədzadə, A. Sur yaxud Abdulla Tofiq” və .i a; A. Səh-
hətin “Təzə şeir necə olmalıdır”, “Sabir”, “Sabirin tərcümеyi-
halı “ və.s; A. Şaiqin “Dilimiz və ədəbiyyatımız” , “Üdəba və
şairlərimizin halı”, “Abbas Səhhət”, “Hacı Seyid Əzim
Şirvani” , “Mirzə Ələkbər Sabirin tərcümeyi-halı “ və habelə
20-ci illərdə yazdığı bir çox məqalələr tədqiqat üçün alimə çox
zəngin material vermişdir.
Prof. Ş. Qurbanov monoqrafiyanı təhlil edərkən alimin
elmi axtarışlarının mühüm cəhətlərinə diqqət yetirərək yazır ki,
Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
22
ictimai-siyasi mübarizələr, inqilablar dövrü hesab olunan XX
əsrin oyanma prosesində boğucu mühitdən xilas üçün mütə-
rəqqi Azərbaycan romantiklərinin mövqeyini aydınlaşdıran
müəllif belə bir doğru fikrdədir ki, onları başqa xalqların eyni
yaradıcılıq üsulundan fərqləndirən aşkar cəhətlər vardır. Bir
çox xalqların ədəbiyyatında, xüsusən fransız, alman, ingilis və
rus romantizmi realizmin yaranmasına xidmət etdiyi və bir
növ, öz yerini yeni yaradıcılıq metoduna verdiyi halda, bizdə
romаntizm bir cərəyan kimi meydana gələndə realizm az qala
bir əsrlik yaradıcılıq təcrübəsinə malik idi. Odur ki, tədqiq olu-
nan dövrdə Azərbaycan romantizmi tənqidi reaılizmlə müvazi
inkişaf etmiş, ona xüsusi rəğbət və meyl göstərmişdir. Təsadüfi
deyildir ki, bizim romantiklərin bəzilərində açıq-aşkar üslub
ikiliyi mövcud idi. Bununla da romantizm və realizm bir-birinə
qaynayıb qarışmış, çox vaxt biri digərini əvəz etmişdir. Bu da
müəllifin doğru olaraq dediyi kimi, milli özünəməxsusluqdan
və dövrün sənətkar qarşısına qoyduğu vətəndaşlıq vəzifələrini
dərindən dərk etmək və onun məsuliyyətini daşımaq meylindən
irəli gəlirdi.
Monoqrafiyada əldə olunan nəticələr də bir çox cəhətdən
həddən artıq maraqlı və faydalıdır. Müəllif göstərir ki, XX əsr
Azərbaycan romantiklərinin ədəbi-estetik görüşlərinin formalaş-
ması klassik Azərbaycan Şərq fəlsəfəsi və ədəbi-bədii fikri,
həmçinin Avropa, rus romantizmi ilə bağlı olmuşdur. Bu bağ-
lılıq onu sübut edir ki, ideyalar sistemi çox zəngin olan Azər-
baycan romantizmi ilə birgə bu romantizmin nəzəriyyəsi də
ümumdünya romantik nəzəri fikrinin hissələrindən biridir. Həm-
çinin XX əsr Azərbaycan romantiklərinin Şərq və milli ədə-
biyyatlarla əlaqədar söylədikləri mülahizələri onların ədəbi
görüşlərindəki spesifikliyi meydana çıxararaq romantik nəzəri
fikiriн, romantik tənqidin milli müəyyənliyini qoruyub saxlayır.
Monoqrafiyadakı digər elmi nəticələrdən biri də tam
dolğundur. Müəllif müəyyənləşdirir ki, XX əsr Azərbaycan ro-
mantiklərinin ədəbi-nəzəri görüşləri əksər hallarda romantiz-
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
23
min estetik tələblərinə uyğun gəlmiş və müvafiq şəkildə inkişaf
etmişdir. Onlar elmi fikirlərini bədii təcrübədəki nailiyyətləri
əsasında söyləmiş və özlərini bir daha romantik sənətkar kimi
təsdiq etmişlər. Bütün yaradıcılıqları boyu romantik metodla
yazan M. Hadi və H. Caviddən fərqli olaraq realizmə gəlib
çıxan A. Səhhət və A. Şaiq nəzəri görüşlərində də bu istiqaməti
müdafiə etmiş, hətta öz məqalələrində romantizm və realizm
əlaqələrinin öyrənilməsi mərhələsinin başlanğıcını qoymuşlar.
Nəticələr bunlarla bitmir. Müəllif oxucunun diqqətinə
onu da çatdırır ki, XX əsr Azərbaycan romantizminin poetika
məsələləri ilk dəfə olaraq bu monoqrafiyada tədqiq olunur.
Tədqiqat prosesində aydınlaşır ki, bu araşdırma romantiklərin
ədəbi müddəalarının işığında aparılmışdır. Əlbəttə, müəllif
düzgün mövqe tutmuşdur. Əks təqdirdə romantizmin estetik
tələbləri unudular və yanlış mülahizələr meydana çıxa bilərdi.
Monoqrafiyada romantiklərin sənətkar taleyi və yaradı-
cılıq azadlığı haqqında olan mülahizələr də oxucuda geniş tə-
səvvür yaradır. Müəllif aydınlaşdırır ki, bu məsələlər bilavasitə
burjua cəmiyyəti ilə sənətkar arasında olan təzadın qabarıq
şəkildə meydana çıxarılması üçün lazım olan cəhətlərdəndir.
XX əsr Azərbaycan romantiklərinin bu barədəki mülahizələri
onların öz tərcümeyi-halları , öz yaradıcılıqları ilə sıx bağlıdır.
Kamran Əliyev tədqiqat prosesində mümkün olan çox-
saylı elmi ədəbiyyatı kifayət qədər saf-çürük etmiş, fikirlərinin
isbatı üçün onlardan lazımi şəkildə istifadə edə bilmişdir.
Müəllifin bu kitabının çapının üstündən 27 ildən artıq vaxt
keçir. Bu zaman ərzində alimin bu əsəri ədəbiyyatşünaslarımız
üçün faydalı olmuş və faydalı olaraq qalacaqdır.
Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
24
ALĠM DÜġÜNCƏSĠNĠN ĠTĠLĠYĠ
İstedadlı tənqidçi, ədəbiyyatşünas alim Kamran Əliyevin
atası İmran Salah oğlunun əziz xatirəsinə ithaf etdiyi “Hüseyn
Cavidin şəxsiyyəti və poetikası” kitabı 1997-ci ildə işıq çapdan
çıxıb. Zəngin bədii faktlar və ensiklopedik məlumatlar, araşdır-
malar
üzərində
qurulan,
müəllifin aydın, səlis, elmi
arqumentləri ilə oxucunu dü-
şündürən bu kitabının da mə-
ziyyətləri əvəzsizdir. Mono-
qrafiya 4 bölmədən ibarətdir.
Bu bölmələrin hər birinin el-
mi əsasа малик, ardıcıl, ori-
jinal nümunələri oxucuda ge-
niş və əhatəli təsəvvür ya-
radır. Başqa sözlə, əsər güclü
ədəbi faktlar üzərində qurul-
duğundan elmi təhlil və şərh-
lərə daha çox üstünlük veril-
diyindən o, intellektual sə-
viyyəyə malik bir alim qə-
ləminin məhsulu kmi diqqəti çəkir. Alimin qələm dostu Alxan
Bayramoğlu da düzgün olaraq göstərir ki, “Hüseyn Cavidin
şəxsiyyəti və poetikası” kitabı H. Cavidin sənət xəzinəsindən
tədqiqatçı diqqəti ilə seçilən məziyyətlər toplusunu xatırladır.
Bu məziyyətlərin biri Cavid şəxsiyyətinin bütövlüyünü, saf-
lığını və müdrikliyini özündə əks etdirən, digəri həmin vəh-
dətdən yaranan sənətkar böyüklüyünün sirlərini bizə göstər-
məyə, açmağa çalışır. K.Əliyev birinci növbədə Cavidin bir
sənətkar kimi əzəmət və möhtəşəmliyinin sirlərini araşdıraraq,
belə qənaətə gəlir ki, onun şəxsiyyəti ilə yaradıcılığı həmişə
vəhdətdə olmuşdur.
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
25
Kitabın ən maraqla oxunan bölmələrindən birincisi “Şəx-
siyyətin bütövlüyü” adlanır. Bu bölmədə toplanmış məqa-
lələrdə H. Cavid şəxsiyyətinin və yaradıcılığının bütövlüyü
təhlil edilir, dahi şair və dramaturqun yaradıcılıq təkamülü, bir
sənətkar kimi hansı mərhələlərdən keçdiyi göstərilir. Şübhəsiz,
Cavid haqqında çox yazılmışdır və yazılanlar heç də bu
görkəmli söz ustadının bütün xidmətlərini ifadə etmir. Kamran
Əliyevin Cavid haqqında dediyi ən ümumi və dəyərli fikirlərin
hər biri qiymətlidir. Bunlardan birinə diqqət yetirək: “Hüseyn
Cavidin Azərbaycan ədəbiyyatı tarixində yerini və mövqeyini
müəyyənləşdirənlər birinci növbədə onun mənzum dram
yaratmaq fəaliyyətindən bəhs edirlər. Doğrudan da, belə bir
ədəbi faktdan qaçmaq mümkün olmadığı kimi, başqa bir incə
mətləbi də unutmaq olmaz. Unutmaq olmaz ki, Hüseyn
Cavidin xidməti onun adının sadəcə olaraq “mənzum dram”
istilahı ilə yanaşı çəkilməsində deyildir. Bu böyük sənətkarı
şöhrətləndirən söz, əsərlərindəki mövzu və ideya, mətləb və
qayə, obrazlar və bədii mühit elə səviyyəyə qaldırılmışdır ki,
artıq H. Cavidin ayrıca, xüsusi dramaturgiya yolundan danış-
mağa xeyli dərəcədə imkan yaranmışdır”.
Monoqrafiyaйа “Romantik dramaturgiya” başlığı altında
daxil edilmiş “Hüseyn Cavid və xalq dramı”, “Hüseyn Cavid
dramaturgiyasında romantik qəhrəman”, “Məhəbbətdir ən
böyük din”, “Ağac, dəniz və insan”, “Romantik dramaturgiya
və bədii tərcümə”, “Romantik teatrın addımları” адлы mə-
qalələr də güclü məntiqi xarakter daşıyır və K. Əliyevin Ca-
vidşünaslıqdakı əvəzsiz xidmətlərini əks etdirir.
Elmi fəaliyyətə başladığı vaxtlardan K. Əliyevi demək
olar ki, H. Cavidlə bağlı bütün məsələlər düşündürmüşdür.
Odur ki, kitaba “H. Cavid dramaturgiyasında məkan”, “H. Ca-
vid və bədii zaman” məqalələrinin salınması oxucunu tam razı
salır. Alim, H. Cavid yaradıcılığındakı hadisələrin baş verdiyi
yerləri, məkanları və zamanları müqayisə edir və hər biri üçün
xas olan ümumi cizgiləri aşkara çıxarır.
|