Fəlsəfə elmləri namizədi Nigar Cərulla qızı “Seçılmiş-
lər” adlı məqaləsində Kamran Əliyevi ana dilimizin bütün
çalarlarından, zəngin söz xəzinəsindən bacarıqla istifadə edən
filoloq – alim kimi səciyyələndirir.
Kamran Əliyev eyni zamanda iki oxunaqlı povestin müəl-
lifidir. “Yalquzaq” və “Vağzal”. Təfəkkürünün improvizasiyası
elmi əsərlərində zəngin olduğu kimi, onun bədii təhkiyəsi də heç
Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
152
kimə bənzəmir, zənginliyi ilə seçilir. Şövqlə, ehtirasla qələmə
alınmış bu bədii əsərlərdə ədəbi hadisələr dəqiq və sərrast
şəkildə təcəssümünü tapır. Müəllifin bu bədii əsərləri barədə də
Kamran Əliyevin müasirləri tutarlı fikirlər söyləmişlər. Prof.
Muxtar Kazımoğlu “ Hər kəsin öz işi”, ədəbiyyatşünas alim
Vaqif Yusifli “Bir povest haqqında”, jurnalist BöyükkiĢi
Heydərli “İlanların naləsi”, filologiya elmləri namizədi Hacı
Eyvaz Eminalıyev “Yalquzaq bəlası”, filologiya elmləri
namizədi Süleyman Hüseynov “Yalquzaq insanların arasında-
dır” məqalələrində və T. Mustafayevin Kamran İmranoğluna
ünvanladığı açıq oxucu məktubunda onda həyati müşahidə
qabiliyyətinin yüksək səviyyədə olduğu göz önünə gətilir.
Filologiya üzrə fəlsəfə doktoru Mahirə Hüseynova və
tədqiqatçı-publisist Çapar Kazımlının birgə yazdıqları “Tən-
qidin poetikasının dərin qatlarının tədqiqi” adlı məqalə alimin
2012-ci ildə çap etdirdiyi “Tənqidin poetikası” kitabının təh-
lilinə həsr olunub. Məqalədə deyilir ki, prof. Kamran Əliyevin
bu kitabında da tənqidin poetikasının dərin qatlarına yetərincə
nüfuz etməni, həmin tədqiqat predmetində çoxlarının görə
bilmədiyi incəlikləri, sirləri tapıb üzə çıxarma qabiliyyətini
görürük. Alim öz yaradıcılıq tendensiyasına sadiq qalaraq bu
əsərində də ədəbi tənqidin ən əsas, ən dəyərli məsələlərini
müasir elmi tələblər səviyyəsində araşdırmışdır.
Filologiya üzrə fəlsəfə doktoru Mahirə Hüseynova və
araşdırıcı Çapar Kazımlının “Elm, təhsil və həyat” qəzetinin 23
noyabr 2012-ci il sayında dərc etdirdikləri “Parlaq ömür səhi-
fəsi” məqaləsində prof. Kamran Əliyev istedadlı alim, pedaqoq,
geniş dünyagörüşlü, fenomen şəxsiyyət kimi səciyyələndirilir.
Prof. K. Əliyev haqqında dərc olunmuş məqalələrin əksə-
riyyəti tədqiqat xarakterlidir. Belə xarakterə malik məqalələrdən
biri də prof. ġ.Vəliyevin Azərbaycan SSR Elmlər Akademi-
yasının xəbərləri (Ədəbiyyat, dil və incəsənət seriyası), 1986, №
4 jurnalında dərc etdirdiyi “Azərbaycan romantizminə dair yeni
tədqiqat” məqaləsidir. Məqalə müəllifinin fikrincə, K.Əliyevin
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
153
“XX əsr Azərbaycan romantiklərinin ədəbi-nəzəri görüşləri”
monoqrafiyasında ilk dəfə olaraq romantik ədəbi tənqidin janrı
məsələsinə toxunulur. Romantik tənqidin problematik janr (yəni
ədəbi problemlər qoyulan məqalə), sənətkar portreti, məktub və
cavab, elegiya kimi janr formalarının müəyyənləşdirilməsi,
şübhəsiz ki, gələcəkdə Azərbaycan ədəbi tənqidinin janr nəzəriy-
yəsinə dair yeni tədqiqlərə təkan verəcəkdir.
Prof. Yavuz Axundov və ədəbiyyatĢünas alim Hüseyn
HəĢimov özlərinin “Demokrattik ideyaları yayanlar” adlı mə-
qalələrində Kamran Əliyevin onun ustadı prof. Abbas Zama-
novla birgə tərtib etdikləri “Molla nəsrəddinçi şairlər” kitabının
elmi əhəmiyyətindən söz açır, kitabın maraqla qarşılandığını
söyləyirlər.
İstedadlı publisist, tanınmış qələm sahibi Flora Xəlilzadə
“Azərbaycan” qəzetində dərc etdirdiyi “Gələcəyə üz tutan ro-
mantizm” məqaləsində K.Əliyevin “Azərbaycan romantizmi-
nin poetikası” kitabını Azərbaycan ədəbiyyatında romantizmin
bədii təsirini öyrənmək istəyənlərə, o cvümlədən bütün ədə-
biyyatşünaslar üçün qiymətli töhfə olacağını diqqətə çatdırır.
Filologiya elmləri doktoru Kamil Hüseynoğlu “Ro-
mantizmin romantikası“ adlı məqaləsində K.Əliyevin “Hüseyn
Cavid: həyatı və yaradıcılığı” kitabının zəngin elmi faktlarla
dolu olduğunu qeyd edir və məqalənin sonunda belə qənaətə
gəlir ki, alimin bu kitabı çoxillik araşdırmaların nəticəsi kimi
ortaya çıxmış bir tədqiqatdır.
Seyfəddin Rzasoy “Dədə Qorqud” jurnalında dərc etdir-
diyi “Etnoqrafik düşüncənin romantizm və folklor kodları”
məqaləsində prof. K.Əliyevin “Romantizm və folklor” mono-
qrafiyasının orijinal elmi mülahizələr, dəyərli fikirlər və maraq-
lı yanaşmalarla zəngin olduğunu söyləyir. Məqalə müəllifi
yazır: “Bu maraqlı tədqiqat ciddi elmi-nəzəri əhəmiyyətə ma-
likdir. Onun elmi dəyərini ilkin müşahidələr olmaqla aşağıdakı
kimi ümumiləşdirmək mümkündür:
1. “Romantizm və folklor” monoqrafiyası Azərbaycan
Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
154
folklorşünaslığı və ümumifiloloji düşüncənin aktual proble-
minə həsr olunmuş dəyərli tədqiqatdır.
2. Tədqiqatın elmi nəticələrinin mükəmməlliyinin arxasında
müəllifin nəzəri bilikləri və araşdırıcılıq qabiliyyətindən başqa,
uzun illəri əhatə edən elmi-nəzəri (baqaj) durur. K.Əliyev
romantizm və folklor düşüncə sistemlərinin müqayisəli təhlil kon-
tekstinə zəngin yaradıcılıq təcrübəsi nəticəsində gəlib çıxmışdır.
3. Monoqrafiyanın “Romantizm və folklor” probleminə həsr
olunması folklorşünaslığımız üçün əlamətdar hadisədir. Çünki
“bədii düşüncənin folklor qaynaqları” Azərbaycan ədəbiyyatşü-
naslığında tez-tez hallandırılan mövzu olsa da, bunun əksi “ro-
mantizmin folklor kontekstində öyrənilməsi” elmimiz üçün ta-
mamilə yenidir. Ona görə də əsər ümumi halda filoloji uğurdursa,
konkret olaraq Azərbaycan folklorşünaslığının nailiyyətidir”.
Aydın Kərimov öz məqaləsinin adını “Özünü tapmış
insan“ qoymuşdu. Məqalədə Kamran Əliyev şəxsiyyətinin bü-
tün tərəfləri aydın əks olunur. Məqalə müəllifi yazır: ” Kam-
ranın şəxsiyyətinə bələd olanlar bilir və mən də bildim ki, o,
həyatı Cavid qəhrəmanları, romantiklər qədər sevir. Ona görə
ki, bu qəhrəmanlar kimi o da həyatı, yaşamağı idealının ger-
çəkləşməsi vasitəsi, arzularınıın reallaşması forması kimi başa
düşür. Böyük ideyalarla yaşamayan, böyük olaylara həsr olun-
mayan həyat məzmunlu ola bilməz. Böyük adamlar böyük-
böyük danışanlar deyil, böyük idealın daşıyıcıları olanlardır, –
deyir. O, köhnəliyi ona görə tənqid etmir ki, o, köhnədir. Yeni-
liyi də ona görə təqdir etmir ki, yenidir. Yeninin də, köhnənin
də məzmununda özünü, öz arzularını axtarır.
Kamranı sevənlər bilir və mən də qəti bilirəm ki, o, bö-
yük arzularla yaşayıb adi insani sevincə sevinməyi, uğurlu bir
sözə, qonşunun şad gününə, dostun xoş üzünə baxıb xoşbəxt
olmağı bacarır. Biz hamımız mübaliğəsiz və mübahisəsiz bi-
lirik ki, Kamran müəllim dostlar arasında təkcə boy-buxununa
və yaşına görə böyük deyil”.
Filologiya elmləri namizədi Nəzakət Əzizova “Ayağı
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
155
torpaqda, fikri Tanrıda olan alim” adlı məqaləsində Kamran
İmranoğlunun “Cavid möcüzəsi” əsərini tam bir inamla yaz-
dığını vurğulayır və nəzərimizə çatdırır ki, bu da onun öz daxili
aləmi ilə zahiri dünyasının təmiz, saf, uyğun vəhdətindədir.
Kamran müəllimin yazdıqları həmişə elmidir, həyatidir, diridir.
Filologiya elmləri doktoru Məhərrəm Cəfərli və yazıçı
Rafiq Babayevin birgə qələmə aldıqları “Cavid taleyində ilahi
sevgi” məqalələrində prof. K.Əliyevin “Hüseyn Cavid: həyatı
və yaradıcılığı” monoqrafiyası ilahi sevgi barədə bütün za-
manların yaddaşlara yazılacaq solmaz həqiqətləri kimi səciy-
yələndirilir.
Azərbaycan Müəllimlər İnstitutunun əməkdaşı Əli Əliye-
vin “ Hüseyn Cavid XX əsr Azərbaycan romantizminin tarixi
taleyidir” məqaləsində Kamran Əliyevin “Hüseyn Cavid: həyat
və yaradıcılığı” monoqrafiyasının yeni təfəkkür, yeni düşüncə
prizmasından işıqlandırıldığını diqqətimizə çatdırılır.
Ağsaqqal jurnalistimiz Cavad Cavadlı “Elmi axtarışlara
həsr olunmuş ömür” məqaləsində K.Əliyevin “Mənim ədəbi hə-
yatım” kitabında toplanmış yazılara münasibətini bildirir və
haqlı olaraq göstərir ki, bu yazıları oxuyandan, öyrənəndən sonra
filologiya elmləri doktoru, professor Kamran Əliyevin hey-
rətamiz yaradıcılığı oxucuda məmnunluq hissi yaradır. Onun
insani keyfiyyətləri də ünsiyyətdə olduğu adamlarda qibtə do-
ğurub. Sadəlik, mehribanlıq, səmimiyyət onun canına hopub.
Cəfər Əliyevin “Onun amalı elmə xidmətdir” adlı məqalə-
sində Kamran müəllimin portret cizgiləri bütün tərəfləri ilə
çızılır: “Alim ömrü daim axtarışda keçən, elmi kəşflərlə dolu
olan bir ömürdür. İti fəhm duyğusu, fərdilik axtarışları, elmi
prosesə göstərilən fəal, ayıq, təravətli münasibət elm adamının
xarakterlərini səciyyələndirən ilkin xüsusiyyətlərdəndir. Əsl alim
ədalət və əxlaq həqiqətlərinə, insan səadəti və azadlıq, işıqlı bir
fikir naminə fədakarlığa, mənəvi məsuliyyət hissinə sədaqəti
özündə qoruyub saxlamalıdır. Elmin zirvələrinə doğru addım-
layan bir şəxs bütün məqamlarda xalqının, millətinin xoş gə-
Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
156
ləcəyi naminə çalışmalı, əsas məqsədi isə qüvvət, gözəllik,
həqiqət, biliyə sahiblik haqqı və səlahiyyəti ilə bağlı olmalıdır».
Söylənilən bütün bu fikirləri prof. K. Əliyevə şamil edən
məqalə müəllifi davam edərək yazır ki, şəxsiyyəti, xidmətləri
və imzası ilə elmi ictimaiyyətə yaxşı məlum olan ziyalı,
filologiya elmləri doktoru, professor, Azərbaycan MEA Folklor
İnstitutunun aparıcı elmi işçisi, müdafiə və elmi şurasının üzvü,
Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən
ixtisaslaşdırılmış müdafiə şurasının, Nizami adına Ədəbiyyat
Muzeyi elmi şurasının və Azərbaycan Yazıçılar Birliyinin üzvü
Kamran Əliyevin xarakterində bariz şəkildə öz əksini tapır.
Fasiləsiz işləmək, yeniliyə qovuşmaq, elmi fikrin ən
narahat axtarışları, ziddiyyətləri, ən nəhayət, uğurları barədə
bitkin söz demək , haqqın müdafiəsində durmaq, miqyaslı və
predmetli təhlil aparmaq alimin üslub fəaliyyətini təşkil edən
əsas amillərdəndir. Bu insanın elmi, yaradıcı fəaliyyəti ilə ya-
xından tanış olduqca bir daha bəlli olur ki, alimin öz tədqiqat-
ları sahəsində fəal mövqeyi, bütöv konsepsiyası görkəmli alim-
lər tərəfindən böyük maraqla qarşılanır və yüksək qiymətlən-
dirilir, açılmamış neçə-neçə yeniliklər üçün mənbə olur.
Filologiya elmləri namizədi Hacı Eyvaz Eminalıyev
“Heyrətamiz özünəməxsusluqlarla dolu ömür” məqaləsində
prof. K.Əliyevi xalqımızın maddi- mənəvi sərvəti kimi təqdim
edir və yazır ki, «istedad kimi sadəlik, səmimilik də Tanrı
tərəfindən bəxş olunmuş əvəzsiz nemət, xoşbəxtlikdir. Bütün
ömrünün mənasını insanlara təmənnasız xidmətdə görən belə
insanlar əslində xalqın maddi-mənəvi sərvətidir. Kamran müəl-
lim belə şəxsiyyətlərdəndir”.
Ədəbiyyatşünas alim ġamil Vəliyev “Azərbaycan roman-
tizminin poetikası” adlı məqaləsində prof. Kamran Əliyevin “
Azərbaycan romantizminin poetikası” monoqrafiyasını geniş və
hərtərəfli təhlilə cəlb edir. Müəllif məqalədə K. Əliyevin araş-
dırma tendensiyasına xüsusi diqqət yetirərək yazır ki, ilk dəfə
olaraq bu fundamental monoqrafiyada Azərbaycan roman-
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
157
tizminin obrazlar aləmi maraq doğurur, araşdırma obyektinə
çevrilir. Müəllif özünəqədərki tədqiqatçılardan fərqli olaraq ic-
timai-siyasi prinsiplərə və sosioloji təhlilə yox, bədii-estetik dü-
şüncəyə, analitik mövqeyə əsaslanır, romantizmi sovet meyarları
ilə araşdırmaya yox, ideya-estetik dəyərləri ilə qiymətlən-
dirməyə üstünlük verir. Ən vacib məqam isə bundan ibarətdir ki,
Azərbaycan sovet ədəbiyyatşünaslığının marksist-leninçi meto-
dologiyası ənənələrini təkzib edən tədqiqatçı idealist esteti-
kasının prinsiplərindən faydalanır, idealizmi “təfəkkür ağacında
barsız çiçəyə” bənzətmir, əksinə onun milli mühitdəki nümu-
nələri üzərində çoxsaylı elmi müşahidələri ilə diqqəti cəlb edir.
PaĢa Əlioğlu “Hüseyn Cavid dünyasına səyahət” məqa-
ləsində prof. K.Əliyevin “Hüseyn Cavid: həyatı və yaradıcı-
lığı” monoqrafiyasına çox böyük dəyər verir. Məqalə müəllifi
kitabda hər bir məsələnin dəqiq ifadə edildiyini çatdırır.
Tədqiqatçı Alxan Bayramoğlu “Ədəbiyyat qəzeti”ndə
dərc etdirdiyi “Romantizmin realist tədqiqatçısı” məqaləsində
prof. K.Əliyevin tədqiqatçılıq obyektini, istiqamətini və üsulunu
belə təyin edir: “ Professor Kamran Əliyev XX əsrin əvvəlləri
Azərbaycan ədəbi-ictimai fikir tarixinin mühüm sahəsini –
romantizm ədəbi məktəbini özünə əsas tədqiqat obyekti seç-
mişdir. Özündən əvvəl bu sahədə akademiklərdən M.C. Cəfərov,
Ə.Mirəhmədov, K.Talıbzadə, professor M.Əlioğlu, Ə.İbadoğlu,
Z.Əkbərov və başqa nüfuzlu alimlər geniş araşdırmalar aparıb,
fundamental elmi tədqiqat əsərləri yazmış olsalar da, K. Əliyev
Azərbaycan romantizminin problemlərini araşdırmaqdan, burada
yeni söz deyə bilib-bilməyəcəyindən qorxmadığı kimi milli
ədəbiyyatşünaslığımızda orijinal tədqiqatları yeni izlər saldı.
Bunu K.Əliyevin istedad, qabiliyyət, işgüzarlığı ilə yanaşı
seçdiyi tədqiqatçılıq istiqaməti və üsulu da təmin etdi”.
Fəlsəfə doktoru Firuz Mustafa “Romantizmin tədqiqinə
həsr olunmuş dəyərli kitab və kitabın müəllifi haqqında bir neçə
söz” məqaləsində prof. Kamran Əliyevin “Azərbaycan romantiz-
minin poetikası” kitabının bir sıra məziyyətlərindən danışır və
Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
158
qeyd edir ki, iki hissədən ibarət olan yeni kitabda nəsr, poeziya
və dramaturgiyada romantik qəhrəmanın səciyyəvi xüsusiyyət-
ləri geniş təhlilə cəlb olunmuş, ümumiləşdirmələr aparılmışdır.
Cəlal Qasımov və Məhərrəm Cəfərov K. Əliyev haq-
qında şərikli yazdıqları məqalənin sərlövhəsində onu “Elmin
və insanlığın doktoru” adlandırırlar. Kamran müəllimin 50 il-
lik ömür və yaradıcılıq yolunu qısaca xülasə edən qələm sa-
hibləri yazırlar ki, Orxan və Aytəkin Əliyevlərin birgə tərtib
etdiyi “Kamran Əliyev: Mənim ədəbi həyatım” kitabında ali-
min müasir Azərbaycan ədəbiyyatşünaslığında yeri və mövqeyi
geniş verilib. Bu kitab bir tərəfdən övladların ata qarşısında
mənəvi borcunu ödəmək haqqı və 50 yaşlı alimə ən böyük hə-
diyyədirsə, eyni zamanda həm də Kamran müəllimin övladları
və xalqı qarşısında 50 ildə gördüyü işlərin hesabatıdır. Kitabda
alimin şəxsən tanıdığı və tanımadığı adamlar tərəfindən onun
elmi, bədii-publisist yaradıcılığı bir çox cəhətlərdən işıqlan-
dırılır. Bu yaradıcılıq işığında alimin şəxsiyyəti də bütün tərəf
və cəhətləri ilə aydın görünür. Onun yaradıcılığı və şəxsiyyəti
inteлlekt “mən”in qanadlarında zirvəyə yüksəlir, elə həmin
məkanda da öz bütövlüyünü və təsdiqini tapır.
Filologiya elmləri namizədi Eyvaz Eminalıyev “Cavid-
şünaslıqda yeni addım” məqaləsində prof. Kamran Əliyevin
“Hüseyn Cavid: həyatı və yaradıcılığı” monoqrafiyasını cavidşü-
naslıqda uğurlu bir addım hesab edir, kitabın mühüm məqam-
larını saf-çürük edir və belə qənaətə gəlir ki, bu gün milli ədə-
biyyatımızda romantizmin ən aktual problemlərini uğurla öyrə-
nən prof. K.Əliyevin elmi ictimaiyyətə və geniş oxucu auditori-
yasına təqdim etdiyi “Hüseyn Cavid: həyatı və yaradıcılığı“ mo-
noqrafiyası çox böyük marağa səbəb olmuşdur. Monoqrafiya bu
sahədə təzə addım və orijinal uğurlu hadisə kimi dəyələndirilir.
Bəli, həyat davam edir və həyat davam etdikcə prof.
Kamran Əliyev yazıb yaradır. O, yazdıqca biz də onun yaradı-
cılığından bəhrələnə-bəhrələnə zənginləşirik. Yaradıcılıq yolla-
rında hörmətli professorumuza tükənməz enerji arzulayırıq!
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
159
QAYNAQLAR
ĠLK MƏQALƏLƏR
“Şərq qapısı” qəzeti, 26 fevral 1966-cı il, № 48.
“İşıqlı yol” qəzeti, 7 aprel 1966-cı il, № 19.
“İşıqlı yol” qəzeti, 26 aprel 1966-cı il,
№ 25.
Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
160
“Şərq qapısı”. 4 iyun 1966-cı il.
“İşıqlı yol” qəzeti, 10 avqust 1966-cı il, № 56.
“İşıqlı yol” qəzeti, 28 avqust 1966-cı il, № 61.
“İşıqlı yol” qəzeti, 11 iyul
1966-cı il , № 47.
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
161
“İşıqlı yol” qəzeti, 5 dekabr
1966-cı il, № 121.
“İşıqlı yol” qəzeti, 10 sentyabr
1966-cı il, № 65.
“İşıqlı yol” qəzeti, 28 oktyabr
1966-cı il, № 78.
Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
162
Xəbərlər. “İşıqlı yol” qəzeti, 3 fevral 1967-ci il, № 15.
“İşıqlı yol” qəzeti, 10 aprel
1967-ci il, № 35.
“İşıqlı yol” qəzeti, 17 mart 1967-ci il.
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
163
“İşıqlı yol” qəzeti, 12 may 1967-ci il, № 49.
“İşıqlı yol” qəzeti, 23 may 1967-ci il, № 54.
Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
164
“İşıqlı yol” qəzeti, 24 iyun 1967-ci il.
“Şərq qapısı” qəzeti, 29 iyun
1967-ci il, № 150
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
165
“İşıqlı yol” qəzeti, 6 avqust 1967-ci il.
“İşıqlı yol” qəzeti, 26 iyul
1967-ci il, № 74.
Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
166
“İşıqlı yol” qəzeti, 14 avqust 1967-ci il.
(M.Rəcəbovla birlikdə)
“İşıqlı yol” qəzeti, 8 sentryabr 1967-ci il.
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
167
“İşıqlı yol”
qəzeti, 21 yanvar
1968-ci il, № 7.
“İşıqlı yol” qəzeti, 5 noyabr 1967-ci il, № 111.
Dostları ilə paylaş: |