MahġRƏ naği qizi çapar kazimli


Mahirə Nağı qızı, Çapar Kazımlı



Yüklə 113,22 Kb.
Pdf görüntüsü
səhifə13/17
tarix03.04.2017
ölçüsü113,22 Kb.
#13208
1   ...   9   10   11   12   13   14   15   16   17

Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
142 
Prof. K.Əliyevin bu qiymətli əsərinə tarixçi alimlərimiz də 
fikirlərini  bildirmişlər. Tarix  elmləri  namizədi  Maarif  Xalıqlı 
“Bütöv  Azərbaycan”  qəzetinin  18-24  iyul  2012-  ci  il  sayında 
dərc  etdirdiyi  “Poetika  məsələlərinə  yeni  baxıĢ”  məqaləsində 
Kаmran  Əliyevin  ədəbiyyatşünaslıq,  folklorşünaslıq  kredosunu 
belə  müəyyənləşdirir:  “Kamran  müəllim  ilk  növbədə  məşğul 
olduğu  elm  sahəsinin  yaranma  tarixinə  nəzər  salır,  etnopoetika 
sahəsinin  hələ  yeni  olduğunu,  yetərincə  tədqiq  olunmadığını 
göstərir  və  çəkinmədən  özü  bu  yeni  yolla  getməyə  qərar  verir. 
Yəni bir görkəmli alim kimi müəllif yeni bir yol açaraq folklor-
şünaslıqda, ədəbiyyatşünaslıqda bununla həm də  gələcək tədqi-
qatlara müasir elmi yanaşma metodu baxımından da əlverişli im-
kanlar açır. Əlbəttə ki, bütün böyük alimlər, görkəmli tədqiqat-
çılar özlərindən sonra gələcək tədqiqatçılara – gənc alimlər nəs-
linə  bu  cür  yeni  və  geniş  yollar  açmışlar.  Prof.  Kamran  Əliyev 
də məhz bu cür xoşbəxtliyə nail olmuş alimlərimizdəndir”. 
Tarixçi alim M. Xalıqlı prof. K. Əliyevin təhlil və tədqiq 
obyektlərini  lap  bünövrədən  götürdüyünü  “Kitabi-Dədə  Qor-
qud” və “Koroğlu” eposlarına zərifliklə, həssaslıqla, dəqiqliklə 
yanaşdığını, problemlərin spesifikasını müəyyənləşdirdiyini və 
yalnız  belə  işıqlandırmadan  sonra  bilavasitə,  müstəqil  surətdə 
qarşıya  qoyduğu  problemi  həll  etdiyini  və  elmi-nəzəri  ümu-
miləşdirmələrə  doğru-dürüst  nail olduğunu vurğulayır. O, belə 
qənaətə gəlir ki, Kamran müəllim istər “Kitabi-Dədə Qorqud”, 
istərsə  də  “Koroğlu”  eposunun  poetikasını  hərtərəfli  izləmiş, 
maraqlı  və  özünəməxsus  fikirlər  irəli  sürmüş  ,  indiyədək  filo-
loji arenada mövcud olmayan tapıntılar əldə etmişdir. 
Filologiya  üzrə  fəlsəfə  doktoru  Qalib  Sayılovun  “Əda-
lət” qəzetinin 05-12 iyul 2012-ci sayında dərc etdirdiyi “Alimin 
yeni kitabı” məqaləsində də prof. K.Əliyevin monoqrafiyası bü-
tün sanbalı, vüsəti ilə götürülür və kitab müəllifinin incə mətləb-
ləri dəqiqliklə göstərməsi, fikri sərrast ifadə etməsi bütün cəhət-
ləri ilə şərh edilir. Q. Sayılov məqalənin girişində göstərir ki, ki-
tabda Azərbaycan ədəbiyyatında, eləcə də mədəniyyət tarixində 

____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
143 
mühüm yer tutan “Kitabi-Dədə Qorqud” və “Koroğlu” eposları-
nın poetikasından bəhs olunur. Hər iki eposun geniş tədqiqatlara 
cəlb edildiyi, müxtəlif aspektlərdən izah edildiyi belə bir vaxtda 
bu mövzu öz aktuallığı, yeniliyi ilə diqqəti cəlb edir.  
Məqalədən aydın olur ki, Qalib Sayılov prof. K. Əliyevin 
bu monoqrafiyasını diqqətlə oxuyub. Elə buna görə də ədəbiy-
yatşünas alimin kitabda qaldırdığı problemləri incəliklərinə qə-
dər  izah  edir,  münasibətini  bildirir  və  sonda  fikirlərini  belə 
ümumiləşdirir: “Müəllif ayrı-ayrı ciddi problemlərin təhlilində, 
şərhində  öz  fikrini  əsaslandırmaq  üçün  dastanların  müxtəlif 
hissələrindən  gətirilən  nümunələrlə  ətraflı  məlumat  vermiş, 
hətta  bu  sahədə  araşdırma  aparmış  tədqiqatçıların  mübahisəli 
fikirlərinə,  bəzi  faktlara  öz  qəti  fikrini  bildirmişdir.  İki  böyük 
eposun  bəzi  xüsusiyyətlərinin  müəyyənləşdirilməsində,  onun 
poetik  sisteminin  təhlilini  vermək  baxımından  bu  kitab  alimin 
böyük uğurudur”. 
Filologiya  üzrə  fəlsəfə  doktoru  Oruc  Əliyev  “Ədəbiy-
yat” qəzetinin 21 aprel 2012-ci il sayında dərc etdirdiyi “Epos 
poetikasının  tədqiqi”  məqaləsində  ilk  öncə  prof.  K.Əliyevin 
yaradıcılığına qısa şəkildə ekskurs edir və bundan sonra alimin 
“Eposun poetikası: “Dədə Qorqud” və “Koroğlu” monoqrafiya-
sının geniş təhlilinə başlayır. Məqalə müəllifinin əksər fikirləri 
bizim  üçün  əlamətdar  göründü.  O,  doğru  olaraq  vurğulayır  ki, 
alim  “Dədə  Qorqud”  və  “Koroğlu”  dastanlarında  qəhrəmanlıq 
motivlərini  araşdırmaqla  bu  eposlarda  qaranlıq  qalan  bir  çox 
cəhətlərə  aydınlıq  gətirmişdir.  Oruc  Əliyevin  məqaləsində  ki-
tab  haqqında  hərtərəfli  mövqe  nümayiş  etdirilir.  Başqa  sözlə, 
məqalə  müəllifi  kitabda  qaldırılan  problemlərə  bircə-bircə 
münasibətini  bildirir  və  prof.  K.Əliyevin  fikirləri  ilə  öz  fikir-
lərini qarşılıqlı əlaqədə oxucuya təqdim edir. 
Bu  sətirlərin  müəllifləri  –  filologiya  üzrə  fəlsəfə  doktoru 
Mahirə  Hüseynova  və  araşdırıcı  Çapar  Kazımlı  “Bütöv 
Azərbaycan”  qəzetinin  16-22  may  2012-ci  il  sayında  dərc 
etdirdikləri  “Epos  poetikasına  dair  fundamental  monoqra-

Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
144 
fiya” adlı məqalədə prof. K.Əliyevi Azərbaycan filologiyasının 
inkişafı naminə ağlını və ziyasını qətrə-qətrə əridən, professio-
nal dəst-xətə malik, poetik və ictimai fikir tariximizin ayrı-ayrı 
maraqlı,  lakin  nisbətən  az  öyrənilmiş  səhifələrini  araşdıran, 
filologiyamızda  mübahisə  doğuran  vacib  və  aktual  məsələlərə 
vaxtında münasibət bildirən alim kimi səciyyələndirirlər və bu 
görkəmli  alimin  “Eposun  poetikası:  “Dədə  Qorqud”  və  “Ko-
roğlu”  moniqrafiyasını  elmi  inandırıcılığına,  mədəni  irsə  hör-
mət  və  etimadına  görə,  ən  başlıcası  milli  mövcudiyyətimizin 
tədqiqi baxımından misilsiz dərəcədə qiymətli əsər hesab edir-
lər. Müəlliflər məqalədə prof. K.Əliyevin həm “Dədə Qorqud”, 
həm  də  “Koroğlu”  eposlarının  poetikası  ilə  bağlı  tədqiqat  isti-
qamətlərini təyin edir və sonda belə qənaətə gəlirlər ki, bu gün 
mübaliğə etmədən deyə  bilərik ki,  bizim folklorşünaslar içəri-
sində  poetika  problemləri  ilə  ciddi  və  işgüzar  şəkildə  məşğul 
olan böyük alimlərimiz var. Prof. K. Əliyev də belələrindəndir. 
Biz  alimin  “Eposun  poetikası:  “Dədə  Qorqud”  və  “Koroğlu” 
monoqrafiyasını bu sahədə fundamental əsər hesab edirik. 
TanınmıĢ  tədqiqatçı  və  publisist  Ġslam  Sadığın  “Tə-
zadlar” qəzetinin 02. 08. 2012- ci il və 04. 08. 2012-ci il say-
larında dərc etdirdiyi “Təzə baxıĢ, yeni görüntülər”, həmçinin 
“Ədəbiyyat  qəzeti”nin  9  noyabr  2012-ci  il  sayında  dərc 
etdirdiyi  “Epos  poetikasına  təzə  baxış”  irihəcmli  məqalərində 
prof. Kamran Əliyevin bu əsəri yüksək dəyərləndirilir. Məqalə 
müəllifi  yazır:  “Dünya  epik  sənətinin  iki  zirvəsi,  iki  şah  əsəri 
olan “Dədə Qorqud” və “Koroğlu” eposları iki yüz ilə yaxındır 
ki,  Azərbaycandan  kənarda  və  Azərbaycanda  tədqiqat  obyekti 
kimi daim diqqət mərkəzindədir. Bu da onunla bağlıdır ki, hər 
iki  eposun  poetikası  çox  zəngindir,  tədqiqatçılar  üçün  açdığı 
imkanlar  geniş  və  tükənməzdir.  “Dədə  Qorqud”  və  “Koroğlu” 
eposları dönə-dönə öyrənilsə də, araşdırılsa da, onlara yenidən 
müraciət etmək, hər dəfə təzə fikir söyləmək mümkündür. Filo-
logiya  elmləri  doktoru,  professor  Kamran  Əliyevin  “Eposun 
poetikası: “Dədə Qorqud “ və “Koroğlu” kitabını tərəddüd et-

____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
145 
mədən məhz köhnə materiala  yeni tədqiqatçı baxışının bəhrəsi 
adlandırmaq olar”. İslam Sadıq bir mühüm məsələni də xüsusi 
olaraq  vurğulayır  ki,  ...nəinki  hər  bir  süjet,  motiv  və  obrazın, 
hətta  ən  kiçik  poetik  elementin  belə  oğuz  epik  təfəkküründən 
yarandığını,  yaxud  kənardan  alındığını,  onların  digər  oğuzna-
mələrdəн  boylanıb-boylanmadığını,  nüvəsində  Oğuz  düşüncə 
və  həyat  tərzini  səciyyələndirən  detalların  olub-olmadığını 
doğru-dürüst  müəyyənləşdirmədən  eposun  poetikası  haqqında 
sanballı  elmi  fikir  söyləmək  düzgün  deyil.  Hər  bir  məsələnin 
düzgün  həlli  onun  yolunun  düzgün  tapılmasından  asılıdır.  Se-
vindirici haldır ki, K.Əliyevin kitabında “Dədə Qorqud” məsə-
lələrinин həlli yolları düzgün tapılmışdır. 
İslam  Sadığın  məqaləsini  oxuduqca  hiss  edirsən  ki,  o, 
bununla  prof.  K.  Əliyevin  bu  kitabı  haqqında  oxucuda  tam 
təsəvvür  yaratmaq  məqsədi  güdmüşdür.  Məqalədə  söylənilən 
mülahizələrin,  fikirlərin  hər  biri  gözlərimiz  qarşısında  gözəl 
elmi panoram açır. İslam Sadığın söylədiyi aşağıdakı fikirlə biz 
də  tam  şərikik:  «Əsər  bütövlükdə  hər  iki  eposun  mətninə 
baxışın  yeniliyi,  tədqiqat  üslubunun  orijinallığı  və  söylənən 
fikirlərin  həm  elmiliyi,  həm  də  təzəliyi  ilə  seçilir.  Kitab 
qorqudşünaslığa və koroğluşünaslığa dəyərli töhfədir». 
 
2.YÜKSƏK DƏYƏRLƏNDIRMƏLƏR 
  
Prof. Kamran Əliyev 45 ildir ki, yazıb yaradır. O, ilk mə-
qaləsini  13  yaşında  olarkən  “Şərq  qapısı”  qəzetində  dərc  et-
dirib. Onun 45 illik yaradıcılığını yüksək elmi-estetik səviyyəli 
yaradıcılıq  hesab  etsək  yanılmarıq.  Bu  yaradıcılığın  ehtiva 
dairəsi çox genişdir. Alimin elmi təfəkkürünün diapazonu hər-
tərəfli, bədii-estetik zövqünün, bir insan kimi düşüncə və hiss-
lərinin  ehtiva  dairəsi  də  vüsətlidir.  Kamran  müəllim  haqqında 
yazan  müasirlərin  hər  biri  bu  fikirləri  bu  və  ya  digər  şəkildə 
ifadə  etmişlər.  Prof.  Abbas  Zamanov  «Ədəbiyyat  və  incəsə-
nət”  qəzetində  dərc  olunan  “Uğur  olsun”  məqaləsində  tələbə 

Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
146 
Kamranı  əli  qələmli,  sinəsi  sözlü,  elmi-nəzəri  cəhətdən  hazır-
lıqlı,  çalışqan,  ədəbiyyatımızı  sonsuz  məhəbbətlə  sevən  gənc 
kimi dəyərləndirir. 
Etibar  Tarverdiyev  30  il  bundan  əvvəl  yazdığı  məqa-
ləsində  Kamran  müəllimи  oxucuya  belə  təqdim  edir:  ”... 
ömrünün  29-cu  baharını  yaşayan  Kamran  müəllimin  ürək 
döyüntülərini  dinlədikcə  hiss  edirsən  ki,  bu  döyüntülər  elm 
aləminin ənginliklərində qanad çalmaq üçün çırpınır. Və bir də 
hiss edirsən ki, bu döyüntülər gələcəkdə neçə-neçə elmi əsərin 
nəbzi olacaqdır”. Həqiqətən də bu belə oldu. 
Vaxtilə  Sultan  Ġsmayılovun  Kamran  Əliyevin  gələcəyi 
haqqında uzaqgörənliklə söylədikləri də çin oldu: “ Biz əminik 
ki, gənc alim Kamran Əliyev gələcəkdə yeni ədəbiyyatşünaslıq 
şırımları açacaq, onun səsi, sözü yaradıcılıq zirvələrindən gələ-
cəkdir”.  
Əbülfəz  Əzimli Kamran müəllimi tilsimi qıran, mifi da-
ğıdan bir insan kimi oxucuya təqdim edir: “Kamranın  doktor-
luq müdafiəsində qarşıya çıxan çətinliklərdən biri də yaş məsə-
ləsi idi. 36 yaşında elmlər doktoru olmaq ölçüsünü qəbul etmək 
istəməyənlər  də  var.  İndiyədək  belə  bir  anlayış  yaranmışdı  ki, 
doktorluq  müdafiəsi  üçün  (filologiya  sahəsində)  heç  olmasa 
dissertantın 45-50 yaşı olmalıdır. Kamran bu mifi də dağıtdı ”.  
Filologiya üzrə fəlsəfə doktoru Əbülfəzl Tahiroğlu Əzimli 
“Hüseyn Cavidin sənətkar şəxsiyyəti və əbədi mövqeyi” məqa-
ləsində  prof.  K.Əliyevin  “Hüseyn  Cavid:  həyat  və  yaradıcılığı” 
monoqrafiyasının çağdaş ədəbiyyatşünaslıqda Cavidə, ümumən, 
romantizmə  sağlam  məntiqdən  yanaşma  tərzini,  xüsusi  elmi-
poetik  və  nəzəri  metodoloji  xüsusisiyyətlərə  malik  olduğunu 
meydana çıxarır. Məqalə müəllifi K.Əliyevin romantizmə müna-
sibətdə fərqli mövqedən çıxış etdiyini, onun ötən  əsrin 80-ci il-
lərindən  –  elmi  axtarışlarının  ilk  vaxtlarından  bəri  romantizmi 
tədqiqat  obyektinə  çevirdiyini,  bu  sahədə  davamlı  olaraq  axta-
rışlar apardığını, bir sıra səciyyəvi təhlil – təsniflər verdiyini və 
alimin  Hüseyn Caviddən bəhs  edən  bu monoqrafiyasının da  bu 

____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
147 
axtarışların,  elmi  tədqiqlərin  məhsulu  kimi  üzə  çıxdığını  gös-
tərir. Ə.T.Əzimli çox haqlı olaraq vurğulayır ki, prof. K.Əliyevin 
2008-  ci  ildə  nəşr  olunan  bu  monoqrafiyası  elmi  axtarışların 
ümumi  kontekstində  yeni  elmi  təsnif  və  yanaşmalarına  görə 
uğurlu  tədqiqat  əsəridir.  324  səhifəlik  monoqrafiyada  Hüseyn 
Cavidin həyatına,  ədəbi  yaradıcılıq  yoluna, bədii  mövqeyinə və 
sənətə  –  ədəbiyyata  dair  ideya-estetik  baxışlarına  vulqar  – 
sosialoji münasibətlərin – ittihamların siyasi-sinfi rəngləri, ümu-
milikdə,  böyük  sənətkarın  çoxnövlü  və  çoxşaxəli  əsərləri  ayrı-
ayrı hallarda, konkret və yığcam detallarla təhlil edilir. 
Məqalə müəllifi, demək olar ki, əksər abzaslarda “müna-
sibət,  yanaşma”  ifadələrini  işlədir  ki,  bu  da  özlüyündə  çox 
yaxşıdır. Ə.T.Əzimli bu yolla konkret olaraq prof. K. Əliyevin 
dahi Cavidin şəxsiyyət mövqeyi və poetikası ilə bağlı gördüyü 
işlərin əsl qiymətini verir. 
Əbülfəzl  Tahiroğlu  Əzimlinin  prof.  K.Əliyevin  “Hüseyn 
Cavid: həyat və yaradıcılığı” adlı monoqrafiyası haqqında yaz-
dığı  ikinci  məqaləsi  belə  adlanır:  “Romantizmin  tədqiqində 
yeni  səhifələr: bədii obrazların  –  ədəbi  şəxsiyyətlərin seçimin-
də  Cavid  mövqeyinin  səciyyəsi”.  O,  bu  məqaləsində  də  prof. 
K.Əliyevin böyük sənətkar Hüseyn Cavidin şəxsiyyəti ilə ədəbi 
mövqeyi  məsələsindəki  misilsiz  xidmətlərini  üzə  çıxarır. 
Alimin  bu  əsərini  ətraflı  surətdə  təhlil  edən  Ə.T.Əzimli  yazır 
ki, Kamran Əliyev “Hüseyn Cavid: həyat və  yaradıcılığı” adlı 
monoqrafiyasında  böyük  sənətkarın  yaradıcılıq  aləminin  xro-
noloji  inkişaf  xətlərini  izləyir,  onun  janr  stixiyasının  tipik  se-
çim və təyin xüsusiyyətlərini nəzərdən keçirir. Əsas məsələni – 
Böyüklüyün şəxsiyyət və sənətkar müstəvisindəki uyğunluqla-
rını açıqlamağa çalışır. 
Ə.T.Əzimli  monoqrafiyanın  bütün  hissələrini  əhatəli  şə-
kildə şərh edir və sonda belə qənaətə gəlir ki, Hüseyn Cavidin 
özü də böyük ədəbiyyatın nadir vücudlarından idi. K.Əliyev bu 
monoqrafiyasında Cavidin şəxsiyyəti ilə ədəbi mövqeyi məsə-
ləsini də bu aspektdən izah etməyə çalışmışdır. 

Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
148 
Arif Rəhimoğlu “Ömür karvanının qiymətli yükü” məqa-
ləsində  Kamran  Əliyevi  fədakar  insan,  sədaqətli  dost  kimi  sə-
ciyyələndirir:  “Kamranın  sədaqətli  dost kimliyi  çoxlarına örnək 
ola bilər. Elə bir dostu, elə bir yaxını, tanışı yoxdur ki, Kamranın 
təmənnasız köməyini görməmiş olsun. Kamran çoxları üçün dar 
günün dayağıdır. Çoxlarının ağır günlərində ilk irəli duranlardan 
biri  Kamran  olar.  Mənim  üçün  ən  önəmli  məsələlərdən  biri 
budur  ki,  Kamran  təkcə  ağır  gündə  dayaq  durmur,  həm  də  xoş 
gündə,  dostun,  yoldaşın  sevinc  günündə  gerçəkdən  sevinir, 
ürəkdən  şad  olur.  Dostun  uğuruna  şad  olub  sevincinə  ürəkdən 
şərik çıxmaq, dar gündə dərhal irəli durmaq Kamranın sədaqətli 
dost kimliyinin bəlirgin özəlliklərindən biridir”. 
Akademik  Kamal  Talıbzadə  “Heyrətamiz  özünəməx-
susluqların  araşdırılması”  məqaləsində  Kamran  müəllimin  “ 
Mirzə  Fətəlidən  Hüseyn  Cavidə  qədər” monoqrafiyasının  elmi 
əhəmiyyətindən  bəhs  edir  və  belə  qənaətə  gəlir  ki,  Kamran 
Əliyev bir alim kimi öz araşdırmalarında aforistik nəzəri ümu-
miləşdirmələrə nail olan tədqiqatçıdır. 
K.Əliyev  mənim  yetirdiyim  ən  sevimli  alimlərimizdən 
biridir  və  bilirəm  ki,  bundan  sonra  da  onun  qələmindən  xal-
qımız üçün belə elmi töhfələr çox çıxacaqdır. 
Prof.  ġamil  Qurbanov  “Romantizmin  tədqiqində  yeni 
addım”  məqaləsində  Kamran  Əliyevin  “  XX  əsr  Azərbaycan 
romantiklərinin ədəbi – nəzəri görüşləri” adlı monoqrafiyasının 
elmi  məziyyətlərini  daha  qabarıq  formada  diqqətə  çatdırır  və 
məqalənin  bir  yerində  yazır  ki,  monoqrafiya  aydın  və  yaxşı 
düşünülmüş  plan  üzrə  yetkin  qələm  sahibi  tərəfindən  yazıl-
mışdır.  Müəllif  tədqiq  obyekti  kimi  XX  əsr  romantiklərinin 
hamısını yox, bizim ədəbi-ictimai fikrimizin inkişafında müəy-
yən  rol  oynamış  M.  Hadi,  H.  Cavid,  A.  Səhhət,  A.  Şaiq  kimi 
cəmi  dörd  nəhəng  sənətkarı  götürmüş  və  milli  romantizm 
haqqındakı  bütün  mühakimələrini  bunların  elmi  və  bədii  irsi 
əsasında yürütməyə çalışmışdır.  
Akademik Məmməd Cəfər Cəfərov K.İ.Əliyevin filolo-

____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
149 
giya elmləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi 
“XX əsrin əvvəlləri Azərbaycan romantizminin obrazlar siste-
mi” mövzusunda dissertasiyası haqqında rəsmi opponent rəyin-
də  dissertantın  bu  əsərini  yeniliyi  ilə  fərqlənən  tədqiqat  hesab 
edir.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  akademik  M.C.Cəfərov 
Kamran  müəllimin  namizədilik  dissertasiyasını  da  yüksək 
qiymətləndirərək  yazırdı  ki,  tədqiqatçının  mövzunu  və  tədqi-
qata cəlb edilən materialı əhatəli qavramaq, əlqaləndirmək ba-
carığı,  fikir  və  mülahizələrinin  çevikliyi,  itiliyi  və  nəzəri  ha-
zırlığı çox yaxşı təsir buraxır. 
Prof.  Xeyrulla  Məmmədov  opponent  rəyində  K.Əliye-
vin  doktorluq  dissertasiyasını  ədəbiyyatşünaslığımızda  təzə 
addım və orijinal uğurlu hadisə kimi dəyərləndirir. 
Tanınmış ədəbiyyatşünas-alim Vilayət Quliyev “Yaşıdla-
rıma  sözüm  var...”  məqaləsində  K.Əliyevin  “  XX  əsr  Azər-
baycan romantiklərinin ədəbi-nəzəri görüşləri” kitabında qoyu-
lan  problemlərin  ilk  dəfə  ardıcıl  və  sistemli  şəkildə  araşdırı-
dığını diqqətə çatdırır. 
Prof. Əflatun Saraclı Kamran Əliyevin doktorluq disser-
tasiyasının  müzakirəsindəki  çıxışında  dissertantın  əsərinin  ye-
niliyini, dəyərini, orijinallığını bütün tərəfləri ilə üzə çıxarır. 
Arif  Əmrahoğlu  Kamran  Əliyevin  “Hüseyn  Cavidin 
şəxsiyyəti  və  poetikası”  kitabına  yazdığı  ön  sözdə  alimin  bu 
əsərinin Cavid sənətinin orijinallığını müəyyənləşdirmək baca-
rığının nəticəsi kimi ortaya çıxdığını vurğulayır. 
Muxtar  Ġmanov  “Ədəbi  görüşlər  romantizm  işığında” 
adlı  məqaləsində  K.Əliyevin  “XX  əsr  Azərbaycan  romantik-
lərinin  ədəbi-nəzəri  görüşləri”  əsərinin  elmi  əhəmiyyətindən 
danışır və alimin bu  əsərinin meydana çıxma səbəblərini kon-
kret  olaraq  göstərir:  “Kamran  Əliyev  XX  əsr  Azərbaycan  ro-
mantizminin  tədqiqi  ilə  ardıcıl  məşğul  olan  ədəbiyyatşünas-
larımızdan biridir. XX əsr Azərbaycan romantizminin poetikası 
kimi  ciddi  bir  mövzuda  axtarışlar  aparan  tədqiqatçı  bu  möv-
zunun  elmi  həllində  ilk  mərhələni  romantiklərin  ədəbi-nəzəri 

Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
150 
görüşlərini  araşdırmaqda  görmüşdür  və  nəticədə  “XX  əsr 
Azərbaycan  romantiklərinin  ədəbi-nəzəri  görüşləri”  monoqra-
fiyası meydana çıxmışdır. 
Ədəbiyyatşünas-alim  Vəli  Nəbiyev  öz  məqaləsini  “Ro-
mantizm:  problemlər,  mülahizələr”  adlandırır.  O,  burada  K. 
Əliyevin  “XX  əsr  Azərbaycan  romantiklərinin  ədəbi-nəzəri 
görüşləri” kitabı  haqqında fikir və mülahizələrini  yüksək  elmi 
səviyyədə əsaslandırır. 
Alxan  Məmmədov  “Realistlərlə  çiyin-çiyinə“  adlı  məqa-
ləsində  Kamran Əliyevi  Azərbaycan  romantizminin elmi-nəzəri 
əsaslarına yaxından bələd olan və onun incəliklərini araşdırmağa 
hazır və qabil bir alim kimi dəyərləndirir. “Cavidin şəxsiyyəti və 
poetikası”  adlı  башга  бир  məqaləsində  ися  K.  Əliyevin  “Hü-
seyn  Cavidin  şəxsiyyəti  və  poetikası”  kitabına  ən  isti  müna-
sibətini  aşağıdakı kimi bildirir: “Müəllif romantik  dramaturgiya 
və  tərcümə  problemləri ilə  yanaşı, Cavid sənəti  ilə onun  sənətə 
baxışları  məsələsinə  də  toxunaraq,  şairin  sənətə  nəzəri-estetik 
münasibəti  ilə  şəxsi  keyfiyyətləri,  vətəndaşlıq  məsuliyyəti 
arasında vəhdət görür. Cavid sənətinin və şəxsiyyətinin poetikası 
da bu müşahidə və araşdırmaların işığında canlanır”. 
Əbülfəz  Əzimli  “Romantik  tənqidin  elmi  tədqiqi”  adlı 
məqaləsində  K.Əliyevin  “XX  əsr  Azərbaycan  romantiklərinin 
ədəbi-nəzəri  görüşləri”  monoqrafiyasını  ədəbiyyatşünaslığımı-
zın əsas uğurlarından sayır. 
Füzulişünas alim Sabir Əliyev “Romantizm poetikasının 
tədqiqi”  məqaləsində  K.Əliyevin  “XX  əsr  Azərbaycan  roman-
tiklərinin  ədəbi-nəzəri  görüşləri”  monoqrafiyasını  Azərbaycan 
ədəbiyyatşünaslığında romantizm kimi mürəkkəb və mücərrəd 
bir  ədəbi-siyasi  fikir  yönünün  poetikasından  bəhs  edən  və  bu 
barədə yeni sözlə biliyimizi zənginləşdirən oxunaqlı və gərəkli 
kitab kimi dəyərlənirir. 
Namiq Babayev “Gərgin axtarışların nəticələri” adlı mə-
qaləsində  alimin  “XX  əsr  Azərbaycan  romantiklərinin  ədəbi-
nəzəri  görüşləri”  monoqrafiyasını  son  illərdə  romantik  sənət-

____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
151 
karlara həsr olunmuş ən sanballı əsərlər içərisində bu tədqiqatın 
xüsusi yeri, xüsusi çəkisi olduğunu diqqətimizə çatdırır. 
Prof.  ġamil  Vəliyev  “Yeni  monoqrafiya“  adlı  məqalə-
sində tədqiqatçının “XX əsr Azərbaycan romantiklərinin ədəbi-
nəzəri görüşləri” əsərində qaldırdığı problemlərin əhəmiyyətinə 
xüsusi  olaraq  diqqət  yetirir  və  alimin  bu  əsərinin  yüksək 
səviyyədə qələmə alındığını qeyd edir. 
YaĢar  Qasımzadə  “Ölüm  və  olum  əsrinin  vicdanı”  adlı 
məqaləsində  K.Əliyevin  “Hüseyn  Cavidin  şəxsiyyəti  və  poeti-
kası” kitabını oxuyarkən özünün qəlbində təsvirə sığmaz duy-
ğuların oyandığını yazır. 
Alim-jurnalist Bəhram Məmmədli “Mirzə Fətəlidən Hü-
seyn Cavidə  qədər”  məqaləsinin başlığına K.Əliyevin  eyniadlı 
kitabının adını çıxarır. Müəllif  məqaləsində alimin bu kitabını 
ədəbiyyat  xəzinəmizə  dəyərli  töhfə  hesab  edir  və  bu  əsər 
vasitəsilə ədəbiyyatımıza yeni nəfəsin gətirildiyini söyləyir. 
Məhərrəm Cəfərli və Hüseyn HəĢimlinin birgə yazdıq-
ları  “Cavid  dünyasına  səyahət”  məqaləsində  K.  Əliyev  ədə-
biyyatşünaslığımızın  öyrənilməmiş  problemlərinə  üz  tutan 
ciddi  və  məhsuldar  bir  tədqiqatçı  kimi  təqdim  olunur.  Alimin 
“Cavid möcüzəsi” kitabını əyani faktlarla təhlil edən müəlliflər 
yazırlar  ki,  Kamran  Əliyevin  elmi  tədqiqatlarında  ustad  ro-
mantik şair və dramaturq Hüseyn Cavidin ədəbi irsinin çağdaş 
elmi-nəzəri  təfəkkür  işığında  öyrənilməsi  aparıcı  xətlərdən 
biridir.  Alimin  Hüseyn  Cavidə  dair  araşdırmalarının  xüsusi 
çəki daşıdığını nəzərə alsaq, Kamran Əliyevin həm də istedadlı 
bir cavidşünas kimi tanındığını deyə bilərik.  
Yüklə 113,22 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin