dili” adlı dərs vəsaiti də
(Elmi redaktoru: filologiya
elmləri namizədi
İsmayıl
Əhmədzadə, filologiya elm-
ləri doktoru Muxtar Kazı-
moğlu; Rəyçilər: filologiya
elmləri namizədi Telman
Həsənov, filologiya elmləri
namizədi Ataəmi Mirzəyev)
ümumtəhsil məktəbləri şa-
girdlərinin, xüsusilə ali mək-
təblərə hazırlaşanların və
Azərbaycan dili təlimi ilə
məşğul olan müəllimlərin
işini xeyli asanlaşdırır, onlara test tapşırıqlarının üzərində əməli
işləmələrinə kömək edir. Vəsait Azərbaycan Respublikası Tə-
ləbə Qəbulu üzrə Dövlət Komissiyasının tərtib etdiyi ali
məktəblərə qəbul proqramına uyğun olaraq orta məktəblər
Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
122
üçün Azərbaycan dili dərslikləri əsasında yazılmışdır.
Azərbaycan dilinin tədrisi prosesində müəllim şagirdlərə
proqramın tələb etdiyi biliklərin tam mənimsənilməsini, yəni
qavranılmasını, başa düşülməsini və möhkəmləndirilməsini tə-
min etməlidir. Sistematiklik prinsipi əsasında yazılmış prof.
K.Əliyevin “Azərbaycan dili“ adlı köməkçi vəsaiti də bu ba-
xımdan çox əhəmiyyətlidir. Vəsait elə yazılmışdır ki, onu oxu-
yanda Azərbaycan dilinin bütün bölmələrinin həqiqi mənzərəsi
göz qarşısında canlanır. Vəsaitin “Fonetika” bölməsində danı-
şıq səsləri, əlifba, sait və samit səslərin növləri, sait və samit
səslərin tələffüzü, ahəng qanunu, heca, vurğu haqqında zəruri
elmi məlumatlar verilir və sonda fonetik təhlil qaydası gös-
tərilir.
Vəsaitin “Leksika” bölməsi də xüsusi maraq doğurur.
Burada da şagirdlərə mənimsədiləcək məsələlər ardıcıllıqla əks
olunur. Müəllif “Leksika” bəhsinə daxil olan “Sözün leksik və
qrammatik mənası”, “Sözün həqiqi və məcazi mənası”,
“Omonimlər”, “ Sinonimlər” , “Antonimlər”, “Ümumişlək və
ümumişlək olmayan sözlər”, “Frazeoloji birləşmələr”, “Əsl
Azərbaycan sözləri və alınma sözlər” mövzularını elə izah edir
ki, bu da abituriyentlərin həmin məsələləri tam dərk etməsinə
şərait yaradır.
Vəsaitin “Sözün tərkibi. Söz yaradıcılığı” bölməsində
“Kök və şəkilçi”, “Sadə və düzəltmə sözlər”, “Söz yaradıcılı-
ğının ünsürləri”, “Eyniköklü sözlər”, “Mürəkkəb adların yazı-
lışı” kimi məsələlər son dərəcə əhatəli və dolğun izah olunur.
Prof. K.Əliyev vəsaitin “Morfologiya “bölməsində qram-
matika və nitq hissələri haqqında ümumi məlumat verir. Bun-
ların ardınca əsas nitq hissələrini ardıcıl olaraq şərh edir. İsim,
onun quruluşca növləri, ümumi və xüsusi isimlər, tək və cəm
isimlər, mənsubiyyətə görə dəyişmə, şəxsə görə dəyişmə, isim-
lərin hallanması kimi məsələlər müəllifin şərhi ilə abituriyent-
lərin müstəqil işləməsini düzgün uzlaşdırır. Say, onun quruluş-
ca növləri, mənaca növləri, isimləşməsi, əvəzlik və onun
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
123
mənaca növləri, fel, onun quruluşca növləri, təsdiq və inkar
fellər, təsirli və təsirsiz fellər, qrammatik məna növləri, felin
zamanları, təsriflənən formalar(şəkillər), təsriflənməyən forma-
lar, idi, imiş hissəcikləri, zərf və onun quruluşca və mənaca
növləri, omonimliyi kimi məsələlərin alim tərəfindən şərhi
keçilmiş biliklərin şagirdlərin hafizəsində bir daha canlandırıb
sistemə salmaq və möhkəmləndirmək məqsədi daşıyır.
Vəsaitin “Köməkçi nitq hissələri” bölməsində qoşma,
bağlayıcı, ədat, modal sözlər, nida barədə verilən məlumatlar
Azərbaycan dili dərslərində keçilənlərin şagirdlərin hafizəsində
daha da möhkəmlənməsinə xidmət edir.
Müəllif “Sintaksis” bölməsində söz, söz birləşməsi və
cümlə, söz və söz birləşmələrinin oxşar xüsusiyyətlərini, cüm-
lələrlə bağlı xüsusiyyətləri, söz birləşməsi və cümlənin oxşar
və fərqli xüsusiyyətlərini diqqətə çatdırır. Bu bölmədə izah
olunan ismi birləşmələr (təyini söz birləşmələri), feli birləş-
mələr, sintaktik əlaqələr, cümlə və onun məqsəd və intonasiya-
ya görə növləri, cümlə üzvləri, baş üzvlər (mübtəda, xəbər),
ikinci dərəcəli üzvlər (tamamlıq, təyin, zərflik), əlavələr, həm-
cins üzvlər, ümumiləşdirici sözlər, həmcins mübtədalar, xitab,
ara sözləri, sadə cümlə, cümlənin şəxsə görə növləri, şəxsli
cümlələr, qeyri-müəyyən şəxsli cümlələr, ümumi şəxsli cüm-
lələr, şəxssiz cümlələr, adlıq cümlələr, söz-cümlə, mürəkkəb
cümlə və onun növləri, tabesiz mürəkkəb cümlələr və bu cüm-
lələrin tərkib hissələri arasındakı məna əlaqələri, tabeli mürək-
kəb cümlələr, baş və budaq cümlə, budaq cümlənin növləri –
mübtəda budaq cümləsi, xəbər budaq cümləsi, tamamlıq budaq
cümləsi, təyin budaq cümləsi, zərflik budaq cümlələri, şərt bu-
daq cümləsi, qarşılıq-güzəşt budaq cümləsi, vasitəsiz və vasi-
təli nitq, sitatlar abituriyentin bilik səviyyələrini inkişaf etdirir.
Vəsaitin “Dil və dilçilik“ bölməsində verilən dil haqqında
ümumi məlumat, dilin funksiyaları, yazı, dilçilik və onun elm-
lər içərisində yeri, Azərbaycan dili, türk dilləri ailəsi, Azərbay-
can dilinin morfoloji quruluşu, dil və mədəniyyət, dil və xalqın
Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
124
tarixi, Azərbaycan dilinin quruluşu kimi mövzuların şərhi ana
dilimizin dərindən öyrənilməsi üçün zəngin imkanlar verir.
Vəsaitin “Nitq mədəniyyəti” , “Ədəbi dilin normaları”,
“Üslubiyyat”, “Azərbaycan ədəbi dilinin üslubları” , “Əməli
yazı nümunələri” bölmələrindəki təqdim olunan materiallar
şagirdlərə tam orta məktəblərdə Azərbaycan dilindən verilən
biliklərin möhkəm mənimsənilməsinə kömək edir.
Beləliklə, vəsaitdə təqdim olunan materiallar abituriyent-
lər tərəfindən asan mənimsənilir. Vəsaitdə dilimiz haqqında
elmi təsəvvürlər dürüstləşdirilir və dərinləşdirilir. Burada veri-
lən elmi məlumatlar abituriyentlərin nitq və təfəkkürünün inki-
şafına yaxından kömək edir. Bir sözlə, kitabda verilən elmi ma-
teriallar hafizələrdə uzun müddət qalır, yaddaşlardan silinmir.
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
125
MÜASĠRLƏRĠ PROF. KAMRAN ƏLĠYEV
HAQQINDA
1. BĠR KĠTABIN ƏKS-SƏDASI
Filologiya elmləri doktoru, professor Kamran Əiyevin
“Eposun poetikası: “Dədə Qorqud” və “Koroğlu” (Elmi redak-
toru: filologiya elmləri doktoru, professor İsrafil Abbaslı) mo-
noqrafiyasının çapından bir ildən çox vaxt keçir. Bu bir il
ərzində müxtəlif elm və sənət adamları ilə bu və ya digər şə-
kildə fərdi görüşlərimiz olub. Bu görüşlərimizdə söhbətlərimizi
çox vaxt ədəbiyyatşünaslığımızın elmi–nəzəri məsələləri
üzərində kökləmişik. Söhbətlərimizdə eyni zamanda təzəcə
çapdan çıxan əsərlər də müzakirə obyektinə çevrilib. İstedadına
və təfəkkür qabiliyyətinə şübhə etmədiyimiz elm və sənət
adamları yekdilliklə vurğulayıblar ki, prof. K. Əliyevin “Epo-
sun poetikası: “Dədə Qorqud” və “Koroğlu” monoqrafiyası
Azərbaycan ədəbi-elmi fikrində yeni bir hadisədir.
Alimin “Dədə Qorqud” və “Koroğlu” adlı iki hissədən
ibarət olan monoqrafiyasında hər iki eposla bağlı aparılan təd-
qiqatlar ümumiləşdirilir, bu vaxta qədər araşdırılmayan mə-
sələlər tədqiqat predmeti kimi götürülür.
“Dədə Qorqud” eposunun poetikasını bütün incəliklərinə
qədər mükəmməl şəkildə tədqiq və təhlilə cəlb edən alim
əvvəlcə etnopoetika məsələlərinə aydınlıq gətirir. Məlum olur
ki, “etnopoetika” anlayışı dünya elmi fikrində son dərəcə
yenidir və bir elm kimi onun açdığı imkanlar hələlik kifayət
qədər öyrənilməmişdir. Eyni zamanda, həmin anlayışın ehtiva
etdiyi məna və məzmun hələ bu termin ortaya çıxmamışdan
çox-çox əvvəl bir çox tədqiqatçıların diqqətindən yayınmamış-
dır. Təəssüf ki, bu diqqət bəzən ötəri, bəzən dolayı, bəzən də
hiss edilməz dərəcədə olub, gizli formada özünü göstərmişdir.
Aydın məsəslədir ki, bədii düşüncə birdən-birə doğulmur
Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
126
və reallığa çevrilən bədii fakt və nümunələr də birdən-birə
yaranmır. Onun təkamülü və formalaşması xeyli vaxt və zaman
tələb edir. Bununla bərabər, bədii düşüncənin məzmun və ifadə
planı aid olduğu etnosun təbiətindən kənarda deyil. Əslində,
etnopoetika bədii düşüncə ilə etnosun təbiəti arasındakı əlaqə
və təması öyrənən, bu əlaqə və təmasın xüsusiyyət və əlamət-
lərini meydana çıxaran bir elm sahəsi kimi qavranılır.
Alim onu da xatırladır ki, yazılı ədəbiyyat nümunələri ilə
müqayisədə folklor örnəkləri etnopoetika müstəvisini tam
aşkarlamaq üçün daha çox xammal ehtiyatlarına malikdir.
Başqa sözlə, folklor irsi ilə etnopoetika arasındakı məsafə
yazılı ədəbiyyatla etnopoetika arasındakı məsafədən çox-çox
qısadır və xalq yaradıcılığı nümunələri bədii düşüncə ilə
etnopoetika arasında ən qısa körpüdür.
“Dədə Qorqud” eposunda qədim türk şeirinin qısa həcm-
liliyi, az hecalılığı çoxlu sayda nümunələr əsasında elmi və
nəzəri aspektlərdən ardıcıllıqla izlənilir. Aydın olur ki, ən qədim
və ilk türk şeiri qoşa misralı şeirdir. Hətta vəzn baxımında da ilk
şeirin qısa şeirlər olduğu fikrini də prof. K. Əliyev təsdiqləyir:
“Heca vəzni meydana çıxarkən əvvəlcə onun qısa ahənglər
doğuran vəznləri vücuda gətirmişdir. Bu vəznlər üç ilə yeddi
arasındadır. İlk dəfə qısa vəznlərin vücuda gəlməsi pək təbii idi.
Çünki çox vaxt bəsit bir dərəcədə olan dil birdən-birə güc və
mürəkkəb parçalı ( duvaqlı) vəznləri yaratmazdı” (Əmin Abid).
Şeirimizin qədim köklərini dərindən araşdıran alim uzun
illər nəsr formasında oxuculara təqdim olunan parçaların
asanlıqla nəzmə çevrilə bilmə imkanlarını üzə çıxarır və
bunları şərtləndirən amillərə xüsusi diqqət yetirir. Belə qənaət
hasil edilir ki, türk poetik fikrinin inkişaf tarixində bir misra
digər bir misranı axtarıb tapmaqla qoşa misralı ilkin şeiri
yaradırsa, qoşa misra da öz tayını tapıb dördlük formasını təsbit
edir. Ümumiyyətlə şeirin formalaşmasında heca, bölgü və
misra baxımından olmasa da, qafiyə baxımından müəyyən
mürəkkəblik вardır. Prof. K. Əliyev bу qənaətin ardınca həmin
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
127
qafiyə sisteminin mənzərəsini də təsvvürümüzdə canlandırır.
Azərbaycan və ümumtürk şeirinin yaranma və formalaş-
ma tarixini və onun strukturunu dərindən araşdıran tədqiqatçı
maraqlı bir sual meydana çıxarır: atın hansı cəhəti türk şeiri
üçün əsas olmuşdur? Alim sualı belə cavablandırır :… atın
qulaqları düşməni sezmək üçündür, atın yalı boynu qəhrəmanın
sarılması üçündür, atın beli qəhrəmanın minməsi üçündür, atın
quyruğunun tükü yay hazırlamaq üçündür, atın südü içilmək,
əti isə yeyilmək üçündür və s. Yəni bir az çılpaq desək, atın
bütün əzalarının türk cəmiyyətindəki funksiyası aydın və
bəllidir. Bu halda türk şeiri üçün atda olan ehtiyatlardan yalnız
ayaqlar və atın yerişi qalır. Bizcə, elə məhz türk şeirinin
formalaşması atın ayaqlarına və yerişinə borcludur”. Prof. K.
Əliyev atın ayaqlarının və yerişinin türk şeir formalarının
yaranması üçün əsas olduğunu, yorğa yerişdən qoşa misranın,
dördnala çapışdan dördlüyün, yortmadan doğan ritmdən çarpaz
qafiyənin yarandığını incəliyinə qədər izah edir. Əlbəttə, alimin
bu fikri də ədəbiyyatşünaslığımızda yenidir və respublika elmi
ictimaiyyəti bu məsələni diqqət mərkəzində saxlamalıdır.
Prof. K. Əliyevin “Dədə Qorqud kitabı”nın ayrı-ayrı boy-
larının etnopoetik cəhətdən təhlili də xüsusi maraq doğurur.
“Dəli Domrul” boyunun etnopoetik təhlilini verən alim göstərir
ki, bu boyuн eposun strukturundakı mövqeyinin zahirən
dayanıqlı görünməməsi она bir növ qəribəlik gətirir. Başqa
sözlə, “Dəli Domrul “ boyu digər boyların arasında son dərəcə
tək-tənhadır. Onda belə bir sual meydana çıxır: “Dəli Domrul”
boyunun tənhalığı nədən törəyir? Alim bu tənhalığı, başqa
sözlə, boyun eposla fərqlilik göstəricilərini diqqətimizə çatdırır
və buna görə “Dəli Domrul” boyunun “Dədə Qorqud” eposu-
nun strukturundan çıxarıb atmağı, onu “oyundan kənar” duru-
ma salmağı, bir sözlə, dastanı bu boysuz təsəvvür etməyi ağla-
sığmaz hesab edir. Bunun ardınca alim “Dəli Domrul” boyu-
nun epos strukturunda zərurət olmasını sübut edən əsas dəlilləri
ortaya çıxarır və fikirlərini elmi arqumentlərlə əsaslandırır.
Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
128
Monoqrafiyanı oxuduqca hiss edirsən ki, “Dədə Qorqud”
eposunun daha qabarıq görünən bütün məsələləri barədə xeyli
məqalə və kitablar çap edilməsinə baxmayaraq, bu sahədə bir
çox aktual problemlərin təhlili və izahı hələ də öz tədqiqatını
gözləyir. “Xalq təfəkkürünün və xalq istəyinin təcəssümü olan
“Dədə Qorqud” eposunu həm qəhrəmanlıq abidəsi, həm də
tədqiqat obyekti kimi bütün dövrlərin eposu” hesab edən prof.
K. Əliyev eposun poetikasında səciyyəviliyi və qeyri-adiliyi ilə
seçilən Təpəgözün sirriniн hələ də qorqudşünaslıqda kifayət
qədər açılmadığını göstərir və bunu nəzərə alaraq o, Təpəgözün
dastana gəlişini və gedişini əks etdirən və “Basatın Təpəgözü
öldürdüyü boy” kimi tanınan bu boydan həm Qalın Oğuz elinin
özünə, həm mifik dünyaya, həm də eposun sturkturuna və
poetik sisteminə nəzər yetirir, bir çox elmi mülahizələri hey-
rətamiz dərəcədə dəqiqləşdirir və konkretləşdirir. Tədqiqatçı
haqlı olaraq Təpəgözün əsl mahiyyətinin üzə çıxarılmasını
onun mənşəyinin və poetikasının, yəni hər iki məqamın düzgün
təyin edilməsində görür. O, bu yolla gedərək Təpəgözüн epo-
sun poetikasında tutduğu yer və mövqeyi, daşıdığı funksiyanı
çox dürüst şəkildə izləmiş, elmi ümumiləşdirmələrini həqiqət
donunda oxucuya təqdim etmişdir.
“Dədə Qorqud” eposunun əbədiyaşarlığı, möhtəşəmliyi,
zənginliyi, dolğunluğu, keyfiyyət genişliyi barədə danışılası,
tədqiq ediləsi məsələlər çoxdur. Bunlardan biri də eposda öz
geniş bədii ifadəsini tapan qəhrəmanlıq motivləridir. Eposdakı
bu motivlər barədə mötəbər elmi mülahizələr söylənilmiş, bun-
lar uzun illər boyu müxtəlif aspektlərdən öyrənilmişdir. Lakin
indiyəcən eposun gənc qəhrəmanı Uruzla bağlı müəyyən məsə-
lələrə lazımi diqqət göstərilməmişdir. Eposda üç boyun iştirak-
çısı olan Uruz müxtəlif döyüşlərdə qələbə çalmaq əvəzinə,
dəfələrlə məğlub olur, hətta əsir də düşür. Bəs konkret olaraq
bu gözlənilməzlik həm eposun strukturu, həm də Oğuz eli üçün
hansı mahiyyət kəsb edir? Bəs igidlik göstərən Oğuz bəyinə
Dədə Qorqudun gəlib ad vermək ənənəsi baxımından Uruzun
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
129
payına nə düşür? Şübhəsiz ki, bəlli bir faktdır ki, Dədə Qorqud
başqa boylarda gördüyümüzün tamam əksinə olaraq Uruza
gəlib ad vermir. Bəs nə üçün? Bu məntiqi ortaya çıxaran prof.
K. Əliyev özü də bunları müxtəlif aspektlərdən elmi baxımdan
dolğun şəkildə cavablandırır. Bizcə, alimin aşağıdakı ümumi-
ləşdirilmiş fikrinə nəzər salmaqla məsələnin mahiyyətini tam
dərk etmiş olarıq...” eposla bağlı epik ənənə daha çox hakimiy-
yət şəcərəsinin təsiri ilə yaranan ənənədir. Uruz isə hər şeydən
qabaq, eposda epik ənənənin qoruyucusudur. Həyatda sayılıb
seçilən nəsil ənənəsi, yəni şəcərəsi olan və həyatda şəcərəsini
qorumağı bacaran eposda da epik ənənəni qorumağa daha çox
səlahiyyətlidir. Belə bir səlahiyyət sahibi məhz Uruzdur, çünki
Uruz Qazan xanın oğlu, Bayandır xanın nəvəsidir!”
Qorqudşünaslıqda ən aktual problemlərdən biri də bəzi
obrazların digər qəhrəmanlarla müqayisədə az öyrənilməsidir.
Prof. K.Əliyev belə hesab edir ki, dastanda qəhrəmanla bağlı
hadisələri düzgün oxumaq, qəhrəmanı olduğu kimi dəyərlən-
dirmək, qəhrəmanın şəxsiyyətində və fəaliyyətində ehtiva olu-
nan xalq fikrini və düşüncəsini tam dəqiqliyi ilə tapmaq və
aşkara çıxarmaq folklorşünaslıqda ana vəzifədir.
Eposda Dirsə xan oğlu Buğac obrazının mövqeyinə digər
eposşünaslara nisbətən daha geniş müstəvidə aydınlıq gətirən
alimin fikirləri yenidir və bizcə, digər obrazlar da elmi uğurlar
işığında eposşünaslıqda bu qaydada öyrənilməlidir.
“Dədə Qorqud“ eposunun poetikasını öyrənərkən epos-
dakı qəhrəman Oğuz igidləri ilə yanaşı daha qabarıq formada
görünən və bəzi mətləblərin ideya daşıyıcısı olan Burla xatun,
Banuçıçək, Selcan xatun obrazlarından da yan keçmək olmaz .
Prof. K. Əliyev müxtəlif boylarda nəql edilən hadisə və əhva-
latlarla bağlı olan bu xanımların eposun mətnində öz funk-
siyaları müqabilində necə təsvir və təqdim olunmasını dəqiqlik
və obyektivlik meyarı ilə saf-çürük edir.
“Dədə Qorqud” eposundakı boyların istər süjet strukturu,
istərsə də onların bir-biri ilə sıx əlaqəli formalarının öyrənil-
Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
130
məsi tədqiqatçıdan böyük məharət tələb edir. Elə buna görə də
prof. K. Əliyev boylar arasındakı yaxınlıq və əlaqələri yüksək
səviyyədə qabartmış, onların təhlil və şərhini əyani formada
Beyrək obrazı ilə bağlı məsələlərdə bir daha bütün aydınlığı ilə
nümayiş etdirmişdir. Alimə görə, “Dədə Qorqud” eposunun
poetikasının, oradakı bədii strukturun doğru və düzgün açılışı
Beyrək obrazının təhlilindən xeyli dərəcədə asılıdır. Tədqiqatçı
monoqrafiyada Beyrəyin həyatı və taleyini digər döyüşkən
qəhrəmanlarla müqayisə etmiş, həmin qəhrəmanlarla Beyrək
arasında nəzərə çarpacaq dərəcədə oxşar və fərqli məqamları
eposda dürüst şəkildə ortaya çıxara bilmişdir.
Mürəkkəb, çoxlaylı obraz strukturuna malik olan “Koroğ-
lu” eposunun poetikasının da müəyyən məqamlarının ciddi elmi
araşdırmaya ehtiyacı var idi. Məsələn, götürək, igidliyin mahiy-
yət və məzmununун rəmzi kimi eposda işlənən “dəli” anlayışını.
Alim bu anlayışa mifopoetik aspektdən yanaşaraq göstərir ki,
eposda “dəli” anlayışı üç məqamı ehtiva edir: birincisi, igidlik;
ikincisi, axmaqlıq; üçüncüsü, igidliklə axmaqlığın qovuşuğu.
Eposun mətnində “dəliqanlılıq”, “dəli nərə”, “dəlisov-
luq”, “dəli könül” kimi anlayışların doğurduğu mənaları təd-
qiqatçı düzgün kodlaşdırmış, Koroğlunun öz könlünü “dəli
könül” adlandırması onun dəli nərəsinə, dəli- dolu igid kimi
tanınmasına, bəzən dəlisovluq eləməsinə və bütövlükdə dəlilər
dəlisi olmasına da tam uyğun gəldiyini göstərmişdir.
Prof. K. Əliyev “Koroğlu” eposunun poetikasının müəy-
yən elementlərini yüksək professionallıq və istedad meyarları
ilə üzə çıxarır. Onun eposda ilk dəfə say etibarilə beşinci qolda
“Koroğlunun Ərzurum səfəri” qolunda görünən Aşıq Cünun
obrazı ilə bağlı düşüncələri də ciddi əhəmiyyət kəsb edən
məsələlərdəndir. Ərzurumlu Cəfər paşanın xidmətində duran
Aşıq Cünunn Çənlibelə gəlişinin əsas səbəbini açıqlayan alim
bu aşığın eposun poetikasında son dərəcə zəruri funksiyaların
daşıyıcısı olduğunu göstərir. İgidlərin – dəlilərin yanında bir
dəli aşığın olması isə Koroğlunu bitkin və mədəni cəmiyyətin
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
131
təmsilçisi kimi dəyərləndirir.
Prof. K. Əliyev “Koroğlu” eposunun poetikasını bir neçə
istiqamətdə araşdırmışdır. Bu istiqamətlərdən biri də eposda
bədii məkanın xarakteri məsələsidir. Tədqiqatçı eposda sim-
volların, işarələrin, ifadələrin, sözlərin altında yaşayan məkan-
ları xaraktercə üç mühüm məqamla təyinləyir: real məkan, ara
məkan və ideal məkan. Real məkan paşaların hakim olduğu
İstanbul, Ərzincan, Rum, Qars, Toqat və başqalarıdır. İdeal
məkan isə heç vaxt dəyişmir. Bu, Çənlibeldir. Real məkanla
ideal məkan arasında keçid xarakteri daşıyan bir ara məkan da
mövcuddur ki, bu, konfliktin həlli məkanıdır.
“Koroğlu” eposunun aparıcı xüsusiyyətlərindən biri də
igidliyin və qəhrəmanlığın təntənəli şəkildə ifadəsidir. Bu
ifadəetmənin əksər məqamlarını çözələyən prof. K.Əliyevin
eposdakı fiziki gücün semantikası ilə bağlı araşdırmaları da çox
maraqlıdır və əminik ki, fiziki güclə bağlı bu mənalandırmalar
eposşünaslıqda zəruri bir problemin həlli kimi qarşılanacaqdır.
Biz prof. K.Əliyevin “Eposun poetikası: “Dədə Qorqud”
və “Koroğlu” monoqrafiyasının nələrə qadirliyini, çoxcəhətlili-
yini beləcə dəyərləndirdik. Əlbəttə ki, bunlar çox azdır. Kam-
ran müəllimin qələmini qiymətləndirən, istedadına, zəhmət-
keşliyinə, milli mədəniyyətimizə bağlılığına yaxşı bələd olan
elm adamları da mənəvi sərvətimizin ehtiva vüsətini əyani şə-
kildə özündə təcəssüm etdirən bi orijinal və çox lazımlı kitab
haqqında müxtəlif mətbu orqanlarda dəyərli fikirlər söyləyib-
lər. Götürək, tarixçi-etnoqraf alimimiz Xəliyəddin Xəlillinin
“Kredo” qəzetinin 30 iyun və 7 iyul 2012-ci saylarında dərc
etdirdiyi “Ġctimai elmlərin yenidən yaradılması istiqamətin-
də yeni bir addım” məqaləsini. Bu məqaləni diqqətlə oxuduq-
dan sonra, doğrusu, daxili bir razılıq, daxili bir fərəh hissi
keçirdik. Ona görə bu hissləri keçirdik ki, Xəliyəddin müəllim
həm ictimai elmlərin yenidən yaradılması, həm də Kamran Əli-
yevin sözügedən monoqrafiyası barədə dəyərli fikirlər söyləyir.
Tarixçi və etnoqraf alim Xəliyyəddin Xəlilli “İçtimai
|