31
Tədqiqatların nəticələrinin
təhlili göstərmişdir ki, bütün
hallarda işçi agentin verilmə tezliyi artdıqca maye sərfinin və
psevdaşişmə qatının hündürlüyü əvvəlcə artmağa başlayır və
maksimum qiymət aldıqdan sonra azalır.
Həmçinin bütün hallarda
həm maye sərfinin, həm də qumun qalxma hündürlüyünün
maksimum qiyməti əyilmə bucağının 30
0
qiymətinə təsadüf etmişdir.
Beləliklə, müəyyən edilmişdir ki, qazın verilməsinin elə tezliyi
var ki, bu zaman maye sərfi və qumun
psevdaşişmə hündürlüyü
maksimum həddə çatır. Eyni zamanda, psevdaşişmənin nisbi
hündürlüyünün maksimal qiyməti ilə əyilmə bucağı arasında
asılılıqdan məlum olmuşdur ki, bu halda da əyilmə bucağı artdıqca
psevdaşişmə qatının nisbi hündürlüyünün maksimal qiyməti artmağa
başlayır və maksimum qiymətə çatdıqdan sonra azalır.
Bununla
yanaşı, psevdaşişmənin nisbi hündürlüyünün maksimal qiyməti
əyilmə bucağının 30
0
qiymətinə uyğun gəlir.
Həmçinin, müəyyən edilmişdir ki,
maksimum maye sərfi
psevdaşişmənin nisbi hündürlüyünün maksimal qiymətinə uyğundur.
Bu onunla izah edilir ki, qum dənəcikləri mayedə elə vəziyyət alır ki,
bu zaman maye axınına göstərilən müqavimət ən az olur, bununla da
qum təbəqəsinin keçiriciliyi və məsaməliliyi artır.
Eyni zamanda, maye sərfinin maksimal qiyməti ilə liftin əyilmə
bucağı arasındakı asılılıq da maksimumun α = 30
0
qiymətinə uyğun
olduğunu göstərir.
Aparılan
eksperimentlərin
nəticəsinə
əsasən
maili
istiqamətlənmiş hasilat quyularının iş rejimini tənzimləmək
imkanı yaranmışdır. Alınan nəticələrdən istifadə edərək işçi
agentin quyuya verilmə şəraitini tənzimləməklə quyu lüləsinin
süzgəc hissəsində qumun çökərək tıxac əmələ gətirməsinin qarşısını
almaq mümkün olmuşdur.
Nəticələr göstərmişdir ki, qum
dənələrinin quyu lüləsində uzun müddət asılı vəziyyətdə qalması
(çökməməsi) üçün ən yaxşı şərait işçi agenti quyuya fasilələrlə
verdikdə yaranır. Bundan əlavə, qum təzahürlü quyuların
istismarında qazın fasilələrlə verilməsi psevdaşişmə qatının
strukturunu yaxşılaşdırmaqla yanaşı,
eyni zamanda liftin
məhsuldarlığının yüksəlməsinə səbəb olur və bütün hallarda işçi
agentin sərfinin azalması müşahidə olunur.
32
Neft Daşları yatağınında tətbiq edilən bu texnologiya işçi
agentin fasilələrlə verilməsinin qaz xəttini açıb-bağlamaq
yolu ilə
həyata keçirilməsinə əsaslanır. Maili istiqamətlənmiş qazlift
quyularının həlqəvi fəzasına işçi agentin fasilələrlə verilməsi
nəticəsində başmaqla lülənin süzgəc hissəsi arasında
yerləşən qum
tərkibli qaz-maye qarışığına dalğalarla təsir baş verir. Bununla da
maksimum qum tıxacı yığılan zonaya rəqsi təsir prosesi təmin edilir.
Qumlu qaz-maye qarışığına bu cür təsir qum dənəciklərinin
birləşərək sıxlaşmasına imkan vermir və onun mayedə asılı
vəziyyətdə qalmasına şərait yaradır,
nəticədə qum təzahürlü
quyunun normal işi təmin olunur.
Dostları ilə paylaş: