MaiLİ İSTİqaməTLƏNMİŞ quyularin səMƏRƏLİ İSTİsmarini təMİn edən profiLLƏRİn və yeni texnoloji optimallaşdirma təDBİRLƏRİNİN



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə2/20
tarix23.12.2022
ölçüsü1,03 Mb.
#77619
1   2   3   4   5   6   7   8   9   ...   20
A-referat-az

R.M. Məmmədov



 İŞİN ÜMUMİ XARAKTERİSTİKASI 
Mövzunun aktuallığı.  
Dəniz şəraitində və digər çətin coğrafi ərazilərdə neft 
yataqlarının yüksək templə işlənməsi və istismarının həyata 
keçirilməsi nəzərdə tutulur. Çünki belə mürəkkəb şəraitlərdə 
hidrotexniki qurğuların – estakada və meydançaların materiallarının 
xidmət müddəti ərzində yatağın işlənməsi başa çatmadıqda vaxtı 
keçmiş qurğu və avadanlıqların sonrakı təmir-bərpa işləri üçün külli 
miqdarda vəsait sərf edilməlidir.
Eyni zamanda, belə şəraitdə iqtisadi tələblərə uyğun olaraq neft 
yataqlarının işlənməsi quyuların bir meydançadan qrup (kust) halında
maili profillə qazılaraq həyata keçirilir.
Quyu gövdəsinin vertikaldan kənara çıxması (inhirafı) və 
profilin yer təkində müxtəlif forma alması istismar göstəricilərinin 
kəskin dəyişməsinə səbəb olur. Belə ki, ayrı-ayrı istismar üsullarında 
profilin vəziyyəti quyunun məhsuldarlığının əsas göstəricisi olan 
hasilata və onu müəyyən edən digər parametrlərə öz təsirini göstərir.
Profilin vertikaldan kənarlaşması ilə bağlı istismar prosesində 
mürəkkəbləşmələrin yaranma ehtimalı xeyli dərəcədə yüksəlir. Ona 
görə də quyu layihələndirilərkən qazma ilə yanaşı, onun profilinin 
qazmadan sonrakı uzunmüddətli istismar prosesində səmərəli olması 
nəzərə alınmalıdır. Beləliklə, maili istiqamətlənmiş quyunun layihəsi 
çərçivəsində elə profil seçmək lazımdır ki, o, həm qazma, həm də 
istismar noqteyi-nəzərindən optimal olsun. 
Bunlarla yanaşı, hasilat quyularının, o cümlədən maili 
istiqamətlənmiş quyuların hər hansı istismar üsulunda yeni texnika 
və texnologiyalar tətbiq etməklə işinin səmərəliliyinin artırılması 
mühüm əhəmiyyət kəsb edir. Xüsusilə işlənmənin son mərhələsində 
Azərbaycan yataqları üçün səciyyəvi olan qeyri-bircins layların 
neftveriminin artırılması, yüksək sulaşma prosesinin tənzimlənməsi, 
ən mürəkkəb problem olan qum təzahürünün qarşısının alınması kimi 
məsələlərin həlli böyük maraq doğurur. 
Ölkəmizin neft sənayesində akademik A.X. Mirzəcanzadə 
tərəfindən əsası qoyulan nanotexnologiyaların işlənməsi və tətbiqi 
neftçıxarma proseslərində bir çox mövcud problemlərin həllinə 
yönəlmişdir. Bu istiqamətdə işlərin elmi və praktiki cəhətdən 



əsaslandırılması yolu ilə davam etdirilməsi, texnoloji əməliyyatlarda 
istifadə etmək üçün yeni maye nanosistemlərin işlənməsi və bu 
əsasda nanotexnologiyaların yaradılması yeni elmi istiqamət kimi 
aktual və perspektivlidir.
 

Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin