MaiLİ İSTİqaməTLƏNMİŞ quyularin səMƏRƏLİ İSTİsmarini təMİn edən profiLLƏRİn və yeni texnoloji optimallaşdirma təDBİRLƏRİNİN



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə4/20
tarix23.12.2022
ölçüsü1,03 Mb.
#77619
1   2   3   4   5   6   7   8   9   ...   20
A-referat-az

Tədqiqat metodları: dissertasiya işində qoyulmuş məsələlər 
eksperimental və nəzəri üsullardan birgə istifadə olunmaqla həll 
edilmiş, nəticələrin dürüstlüyü isə riyazi statistikanın, qeyri-səlis 
məntiq nəzəriyyəsinin, mühəndis və komputer qrafikasının tətbiqinə 
və müasir tipli dəqiq difraktometr və mikroskopların, həmçinin 
nanoölçüyə malik cihazların istifadəsinə əsasən təsdiq olunmuşdur.
 
Müdafiəyə çıxarılan əsas müddəalar: 
♦ maili istiqamətlənmiş quyuların istismar göstəricilərinin 
yaxşılaşdırılmasını təmin edən optimal profillərin seçilməsi. 
♦ maili istiqamətlənmiş quyularda qum təzahürünün yaratdığı 
fəsadların aradan qaldırılrmasını təmin edən yeni optimallaşdırma
tədbirlərinin işlənib hazırlanması; 
♦ yerli xammal olan nanobentonit gilinin zənginləşdirilməsi, 
xammal və zənginləşdirilmiş nanobentonit suspenziyalarının 
reologiyasının və şişmə prosesinin müqaisəli tədqiqi
zənginləşdirilmiş nanobentonit əsasında layda nefti sıxışdırmaq üçün 
texnologiyanın işlənməsi; 
♦ maili istiqamətlənmiş quyuların profillərinin hasilatın 
sulaşmasına təsirinin tədqiqi və nanotexnologiya vasitəsilə 
sulaşmanın təcrid edilməsi; 
♦ neftçıxarma proseslərində faydalılıq nəzəriyyəsi əsasında 
qeyri-dəqiq ehtimallar və intervallar tətbiq etməklə qeyri-müəyyənlik 
şəraitində optimal qərarların qəbul edilməsi; 
♦ maqnit sahəsinin layda baş verən kapilyar hadisələrə və 
quyuların işinin səmərəliliyinin artmasına təsirinin tədqiqi. 
♦ fiziki sahələrin tətbiqi nəticəsində layların neftvermə 
əmsalının artırılması, quyuların hasilatının və istismar 
göstəricilərinin optimallaşdırılması;
♦ akustik dalğalar yaradan yeni texnika və texnologiyaların 
işlənməsi əsasında quyuların iş şəraitinin yaxşılaşdırılmasının təmin 
edilməsi, maqnit sahəsi, həmçinin ultrasəs dalğaları vasitəsilə lay-
quyu sisteminin birgə işinin tənzimlənməsi və təkmilləşdirilməsi. 
♦ quyuların işinin səmərəliliyinin yüksəldilməsi üzrə lazımi 
tədbirlərin həyata keçirilməsi məqsədilə optimal qərarların qəbul 
edilməsinin elmi əsaslarının işlənməsi. 





Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin