12
bağlı, Neft Daşları və Palçıq Pilpiləsi dəniz yataqlarında istismar
olunan hasilat quyularının profillərinin inklinometrik məlumatları -
əyilmə (zenit) α və azimut ϕ bucaqları, bu bucaqların lülə boyu ayrı-
ayrı intervallarda əyilmə intensivlikləri ∆α, ∆ϕ, həmçinin lülənin
vertikaldan kənarlaşma məsafəsi (inhirafı)
ℓ parametrləri toplanmış,
sistemləşdirilmiş və geniş təhlil edilmişdir. Müəyyən olunmuşdur ki,
maili istiqamətlənmiş quyuların profillərinin
istismar göstəricilərinə
təsirini xarakterizə etmək üçün bu parametrlərdən istifadə etmək
mümkün və məqsədəuyğundur. Neft Daşları və Palçıq Pilpiləsi
yataqlarından işləyən 110 quyunun profilinin inklinometrik
məlumatlarına əsasən göstərilən parametrlərin paylanma əyriləri
qurulmuş, onların statistik normal paylanma qanununa uyğun olduğu
göstərilmiş, eyni zamanda α və
ℓ parametrlərinin
maksimum
qiymətləri arasında minimum dispersiyaya malik (
DS=0,45)
aşağıdakı şəkildə emprik asılılıq müəyyən edilmişdir:
α = 8.588
ℓ
0.607
e
0.022ℓ
(1)
Ştanqlı quyu nasos (ŞQN) və qazlift istismar üsullarında lülə
profilinin hasilat quyularının texniki-iqtisadi göstəricilərinə təsiri
məsələlərinə baxılmışdır. Bu məqsədlə Neft Daşları və Palçıq
Pilpiləsi yataqlarından işləyən 93 ŞQN quyusunun texniki-iqtisadi
göstəriciləri 0
0
, 10
0
, 20
0
, 30
0
, 40
0
, Neft Daşları yatağının qazlift
fondu (110 quyu) isə 0
0
, 10
0
, 20
0
, 30
0
, 40
0
və 50
0
əyilmə bucaqları
üzrə qruplaşdırılmış və qruplar üzrə xərclərin paylanmasının təsnifatı
verilmişdir. Hər iki istismar üsulu üçün üç əsas iqtisadi göstərici –
hidrotexniki qurğuların tikintisinə düşən xərclər,
xüsusi istismar
xərcləri və məcmu xüsusi xərclər müəyyən edilmş və əyilmə
bucağının maksimal qiymətinin bu parametrlərə təsiri öyrənilmişdir.
Göstərilmişdir ki, maksimal əyilmə bucağının artması ilə
hidrotexniki qurğuların tikintisinə düşən xərclər azalır, xüsusi
istismar xərcləri artır, məcmu xüsusi xərclər isə müəyyən həddə
qədər azalır, sonra isə artmağa başlayır.
Xüsusi istismar xərclərinin maili istiqamətlənmiş quyuların
lüləsinin əyriliyindən asılılıqlarının müqaisəsi göstərir ki, əyilmə
bucağının eyni qiymətində xüsusi istismar xərcləri qazlift istismar
üsulunda ŞQN üsuluna nisbətən xeyli çoxdur.
13
Məcmu xüsusi xərclərin əyilmə bucağından asılılıqlarının
müqaisəsi isə göstərir ki, xərclərin minimum qiyməti qazlift və ŞQN
istismar üsullarında müvafiq olaraq əyilmə bucağının 40
0
–43
0
və
30
0
–33
0
qiymətlərində müşahidə olunur. Bu da dənizdə quyuların
profilinin maili istiqamətlənmiş şəraitində
ŞQN istismar üsulunun
tətbiq imkanlarının məhdud olduğunu göstərir.
Texniki-iqtisadi göstəricilər əsasında neft yataqlarının
abadlaşdırılması ilə əlaqədar parametrlər təhlil edilmişdir. Maili
istiqamətlənmiş quyular yenə də 0
0
, 10
0
, 20
0
, 30
0
, 40
0
və 50
0
üzrə
qruplaşdırılmış, hər qrup üzrə qazmaya və hidrotexniki qurğuların
tikintisinə sərf olunan xüsusi xərclər müəyyən edilərək bu
parametrlərin maksimum əyilmə bucağından asılılığı öyrənilmişdir.
Qazmaya sərf olunan xüsusi xərclərlə əyilmə bucağı arasında
müəyyən edilmiş asılılıq göstərmişdir ki, əyilmə bucağının artması
ilə xüsusi xərclər də intensiv artır.
Lakin göstərilən asılılıq maili istiqamətlənmiş quyuların
profillərindən asılı olaraq dəniz yataqlarının abadlaşdırılmasının
texniki-iqtisadi göstəricilərinin dəyişməsinin ancaq müəyyən
hissəsini özündə əks etdirir.
Bir qayda olaraq, dəniz şəraitində
quyuların inşası qazma xərcləri və qazma qurğuları üçün xüsusi
özüllərin tikilməsinə sərf olunan xərclər nəticəsində formalaşır. Ona
görə də əyilmə dərəcəsindən asılı olaraq hidrotexniki qurğuların
tikintisinə sərf olunan xüsusi xərclərin (bir quyuya düşən)
dəyişməsini də tədqiq etmək lazımdır. Bu məqsədlə estakadaətrafı
meydançaların tikintisi zamanı bir quyuya düşən xərclər payı təyin
edilmişdir. Müəyyən olunmuşdur ki, əyilmə bucağının
qiyməti
artıqca hidrotexniki qurğuların tikintisinə sərf olunan xüsusi xərclər
kəskin artır.
Təmir
işlərinin
təhlili
əsasında
quyuların
profili
qiymətləndirilmişdir. Bunun üçün quyu lüləsinin vertikaldan
kənarlaşma məsafəsinin lülənin ümumi uzunluğuna nisbətini
xarakterizə edən gətirilmiş əyilmə əmsalı (
k
) kəmiyyəti tətbiq
edilmişdir. Göründüyü kimi, faktiki
olaraq bu parametr quyu
lüləsinin vertikaldan kənarlaşma bucağının sinusundan ibarət olan bir
kəmiyyətdir.
14
Neft Daşları yatağının V tektonik blokunun 110 quyusunun
inklinometrik məlumatlarına əsasən hər quyu üçün
k
-nın qiyməti
hesablanmış, xüsusi metodika ilə intervallara ayrılmış, hər intervala
düşən quyuların sayı müəyyən edilmiş, yeraltı və əsaslı
təmir
işlərinin miqdarı, istismar kəmərlərinin sınma sayı və fonddan
silinmiş quyuların sayı ilə
Dostları ilə paylaş: