MaiLİ İSTİqaməTLƏNMİŞ quyularin səMƏRƏLİ İSTİsmarini təMİn edən profiLLƏRİn və yeni texnoloji optimallaşdirma təDBİRLƏRİNİN


Dissertasiya işinin yerinə yetirildiyi təşkilat



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə8/20
tarix23.12.2022
ölçüsü1,03 Mb.
#77619
1   ...   4   5   6   7   8   9   10   11   ...   20
A-referat-az

Dissertasiya işinin yerinə yetirildiyi təşkilat:  Dissertasiya
işi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində 
“Neftin, qazın geotexnoloji problemləri və kimya” Elmi-Tədqiqat 
İnstitutunda yerinə yetirilmişdir. 


10 
İşin quruluşu və həcmi: Dissertasiya işi giriş, 7 fəsil, nəticə 
və təkliflər, 274 adda ədəbiyyat siyahası, həmçinin əlavələrdən 
ibarətdir. İşin həcmi 325 səhifədə çap olunmuş, onun mətninə 108 
şəkil, 59 cədvəl daxildir və iş dörd yüz otuz üç min yüz altımış altı 
işarədən ibarətdir. 
Müəllif qeyd etməyi özünə borc bilir ki, dissertasiya işinin bir 
çox müddəaları və elmi istiqamətləri mərhum akademik A.X. 
Mirzəcanzadə tərəfindən (ruhu şad olsun) irəli sürülmüş, bu 
məsələlərin həllinin icrası da bilavasitə onun rəhbərliyi altında həyata 
keçirilmişdir.
Müəllif dissertasiya işinin yerinə yetirilməsi prosesində 
problem məsələlərin qoyuluşunda, alınan nəticələrin müzakirəsində 
göstərdikləri diqqətə, verdikləri dəyərli tövsiyələrə görə akademik 
F.A. Əliyevə, AMEA-nın müxbir üzvləri R.Ə. Əliyevə və R.S. 
Qurbanova öz dərin təşəkkürünü bildirir. 
Müəllif həmçinin dissertasiya işinin ərsəyə gəlməsində 
göstərdiyi dəstəyə, istehsalatda tətbiqi zamanı verdiyi dəyərli tövsiyə 
və məsləhətlərə görə t.e.n. Y.M. Əliyevə, eyni zamanda çalışdığı 
“Neftin, qazın geotexnoloji problemləri və kimya” ETİ-nin və 
ADNSU-nun “Neft Mühəndisliyi” kafedrasının kollektivinə 
minnətdarlığını bildirir. 
İŞİN MƏZMUNU 
 
Giriş hissəsində dissertasiya işinin mövzusunun aktuallığı 
əsaslandırılmış, işin məqsədi, müdafiəyə təqdim olunan əsas elmi 
məsələlər müəyyən olunmuş, dissertasiyanın elmi yenilikləri, 
tədqiqatların məqsəd və vəzifələri şərh edilmişdir. 
Birinci fəsildə maili istiqamətlənmiş quyular vasitəsilə neft 
yataqlarının işlənməsi və layların neftveriminin artırılması, həmçinin 
quyuların istismar göstəricilərinin yaxşılaşdırılması məqsədilə həyata 
keçirilən yeni texnologiyaların tətbiqinin geniş təhlili verilmişdir. 
Dissertasiya işinin məzmununa uyğun olaraq göstərilən sahələr üzrə 
mövcud işlənmələr haqqında məlumatlar qruplaşdırılmış, 
sistemləşdirilmiş, tətbiq edilən texnologiyaların təkmilləşdirilməsinin 
metodoloji prinsipləri və əsas istiqamətləri müəyyənləşdirilmişdir.


11 
Çətin coğrafi şəraitdə, Azərbaycanın dəniz yataqlarına xas olan
ayrı-ayrı istismar üsullarında maili istiqamətlənmiş quyuların işi ilə 
bağlı mürəkkəbləşmələr yaradan amillər təhlil edilərək, onların
tənzimlənməsi yolları göstərilmişdir.
Neft yataqlarının işlənməsində və hasilat quyularının 
istismarında uğurlu nəticələr əldə etmək üçün tətbiq edilən 
texnologiyaların geniş təsnifatı verilmiş, onların hərtərəfli təhlili 
əsasında texnoloji proseslərin yüksək səviyyədə yeniləşdirilməsinə 
və təkmilləşdirilməsinə nail olunması məsələsi əsas məqsəd 
kimi qarşıya qoyulmuşdur. 
Bunlarla yanaşı, müasir dövrün texnologiyası adlandırılan 
nanotexnologiyaların işlənməsi və neft sənayesinin müxtəlif 
sahələrində tətbiq edilməsinə xüsusi diqqət yetirilmişdir. Yeni 
tərkibdə nanomaye sistemlərin işlənməsi və müxtəlif texnoloji 
əməliyyatlar zamanı onlardan istifadə olunmasının mümkünlüyü 
nəzərdən keçirilmiş, hal-hazırda bu məsələlərin aktual olduğu 
diqqətə çatdırılmışdır. 
Göstərilmişdir ki, fiziki sahələrin, xüsusilə də maqnit sahəsinin 
və akustik dalğaların tətbiqinin texnika və texnologiyası ilə əlaqədar
kifayət qədər elmi-tədqiqat işləri aparılmasına baxmayaraq 
problemin aktuallığı hələ də öz elmi-praktiki əhəmiyyətini 
itirməmişdir. Bu sahələrdə yeni texniki və texnoloji həllərin tapılması 
və 
istifadə 
olunması 
neftçıxarma 
proseslərinin 
intensivləşdirilməsində əsas amil kimi qiymətləndirilmişdir. 
Digər texnologiyaların işlənməsi, o cümlədən neftçıxarma 
proseslərində ən çox mürəkkəbləşmələrə səbəb olan quyuların 
məhsulunun sulaşması və onun törətdiyi fəsadlar, qum təzahürünün 
yaratdığı problemlər geniş təhlil edilmiş, bu məsələlərin həlli ilə 
bağlı quyulara daxil olan lay sularının qarşısının alınması və yeni 
təcrid üsullarının işlənməsi, həmçinin qum tıxaclarının aradan 
qaldırılmsı üzrə həyata keçirilən yeni texnoloji tədbirlərin 
perspektivli olduğu əsaslandırılmış, onların praktiki cəhətdən
səmərəliliyi qeyd edilmişdir. 

Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin