8
♦ Neft quyularında aparılan əməliyyatlarda istifadə etmək üçün
emulsiyaların hazırlanmasının yeni texnologiyasının işlənməsi;
♦ Qum-maye əlaqələri zamanı istismar quyularında
baş verən
proseslərə nanohissəciklərin təsirinin tədqiqi;
♦ İstifadə edilən mayelərin
reoloji parametrlərinin
tənzimlənməsi vasitəsilə quyudibi zonasına təsir üsullarının
səmərəliliyinin artırılması;
♦ Quyularda texnoloji əməliyyatlar aparıldıqdan sonra
məhsuldarlığın azalması səbəblərinin araşdırılması və hasilatın bərpa
olunması üçün müvafiq tədbirlərin hazırlanması;
♦ Yeni tərkibli araqatı tətbiq etməklə qeyri-bircins layların
neftveriminin artırılması metodunun işlənməsi;
♦ Quyudibi zonaya aktivləşdirilmiş
mikroemulsiya vasitəsilə
təsir texnologiyasinin işlənməsi;
♦ Turşu və qələvili sistemlərin tətbiqi ilə quyudibi zonanın
keçiriciliyinin tənzimlənməsi.
Qazlift
istismar
üsulunda
quyuların
iş
rejiminin
optimallaşdırılması metodikasının istehsalatda tətbiqinə görə müəllif
SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin gümüş medalına və
Dənizdə Neftqaz Çıxarma İB-nin pul mükafatına layiq görülmüşdür.
Həmçinin digər müəlliflərlə birgə aldığı “Həmcins olmayan
kollektorlara malik layların neftveriminin artırılması üsulu” adlı
patent Standartlaşdırma, metrologiya və patent üzrə dövlət komitəsi
tərəfindən keçirilən 3-cü respublika müsabiqəsində 3-cü yerə və pul
mükafatına layiq görülmüşdür.
Dostları ilə paylaş: