İqtisadi artım haqqında nəzəri modellər. Marksın iqtisadi artım nəzəriyyəsi “M’= M/C+V x 100%” C+V= Sabit kapital + Dəyişən kapital İzafi dəyərin çevrilmiş formasıda mənfəət formasıdır. Mənfəət forması = “P’ =P/M+B x 100%” Marksın artım nəzəriyyəsində son nətico ondan ibarətdirki sürəti və məxrəci V yə böləndə düstur belə sadələşdirilir ki, “C/V” nəticəsi alınır. Bu o deməkdir ki, kapital tətbiq olunarkən hər növbəti mərhələdə, onun hansı hisssəsi sabit kapital kimi tətbiq olunur, hansı hissəsi dəyişən kapital kimi tətbiq olunur. Və təbiidir ki, getdikcə sərf olunan kapitalın məhsul istehsalının artırılması ilk növbədə onu göstərir ki, məhz sahibkarların xeyrinədir. Onların gəlirləri daha sürətlə artır nəinki muzdlu işçilərin, ikincisi kapitalın tətbiqində C nin rolu V nin roluna nisbətən daha sürətlə artır. Halbuki izafi dəyəri gətirən V-dir, yəni dəyişən kapitaldır. Yəni muzdlu işçilərin əməyidir. Marksa görə avadanlıqlar, xammal və materiallar özü özlüyündə heçnə əlavə sərvət gətirə bilməzlər. Təsəvvür edinki bir zavod tikmişik avadanlıqlarla filan təchiz etmişik amma onları işlətməyə bir işçi yoxdur. Belə halda heç bir artım ola bilməz. Lakin hər növbəti mərhələdə bu vəsaitləri cəlb edərkən C ilə yəni sabit kapital ilə dəyişən kapital nisbətləri gərək C nin xeyrinə dəyişsinki, bu sərf olunan vəsaitlərin daha çox artım verməsinə gətirib çıxarır. Ona görə ki, C ilə V nin nisbəti kapitalın üzvi quruluşu adını vermişdi Marks. Kapitalın üzvi quruluşu artdıqca, istehsal texnologiyasından daha çx istifadə olunması baş verir. Sərf olunmuş kapital vahidinə görə, dünən 100 dollardan 60nı avadanlıq xammal material almaq üçün sərf edirdi, 40nıda işçi qüvvəsinə. Bu gün təkmilləşdirdi avadanlıqları,xammalı,materiaı 70/30 şəklini aldı. Bu daha çox məhsul istehsal etməyə imkan verir,lakin daha az işçi qüvvəsindən istifadı olunmasına gətirib çıxarır. Bu da tsiklik texnoloji işsizliyin yaradılmasına gətirib çıxarır. Gərək həmin adamlar yeni iş yeri açılsın ki, onlar getsin orada iş tapa bilsinlər. Və hər haldabu nisbıt get gedə azalıb 0-a doğru gedirsə, yüksək səviyyədə təkmilləşdirilmiş avadanlıqların boş dayanması ifrat vəziyyəti yaranacaq. Ona görədə artım nəzəriyyələrinin özünədə ehtiyatla yanaşmaq lazımdır. Və marjinalist nəzəriyyəyə görə kapitalın artması elə kapital elementlərinin hamısının artması vasitəsilə artım verir. Amma artım probleminin həll edilməsi baxımından bunun xüsusi əhəmiyyəti yoxdur. Amma Marksın artım nəzəriyyəsinin isə xüsusi əhəmiyyəti ondan ibarətdir ki, getdikcə kapital iqtisadiyyatın həcmi göstəriciləri artdıqca muzdlu işçilərin istismar dərəcəsidə artır. Yəni onlar daha çox intensivliklə işləməli olurlar. Biri var avtomaşın, konyenlərdə işliyəsən, biridə varki bir dəzgaha qulluq edirsən gəlir. Bu zaman əmək intensivliyi bir birindən kəskin sürətdə fərqlənir. Konveyrin sürəti artdıqca işçi ona tab gətirirsə , bu o deməkdirki, məsələn avtomabili əl ilə yığırsan, 15-20 nəfər onun müxtəlif hissələrini yığır və çox gec bir dənə maşın çıxır. Biridə var ki, konveyrdə hər kəs ixtisası üzrə intensiv işçilər beyin işi təkrarlıyır-təkrarlıyır və konveyr sürətlə hərəkət edir daha çox maşın istehsal olur.
Əlbəttə bu kapitalist, sahibkar tərəfindən sərf olunan vəsaitlərin daha səmərəli sərf olunması deməkdir. Lakin bir tərəfdən bu o deməkdir ki, istismar dərəcəsi artır. İstismar dərəcəsinin artması kapitalistləri, sahibkarları bir o qədərdə düşündürmür.Onlar əməyin təhlükəsiz qaydalarını tətbiq edirlər əlbəttə amma iş gedən vaxt işçilərin daima intensive işləməsi hesabına artım əldə edilməsini üstünlük verirlər. Çünki gəlirlərin sürətlə artması üçün başqa bir üsul yoxdur. Fond verimini yəni məhsuldarlığını artırmadan heçnəyə nail olmaq mümkün deyil.