oksitosin hormonu ifraz olunur ki, bu qana sorularaq qanla alveollara,
axarlara və süd çəninə gətirilərək onların sıxılması nəticəsində süd əmcəklərə axır.
Sonra oksitosin 4-6 dəqiqə fəaliyyətdə olub, get-gedə onun fəaliyyəti zəifləyir və
sönür. Odur ki, calışmaq lazımdır ki, inək 4-6 dəqiqə müddətində sağılsın.
Sağım prosesinə də bir sıra emasional amillər təsir göstərir (səs-küy, zəng səsi
və s.). sağım prosesinə həmçinin inəyin irsi xüsusiyyəti, fərdiyyəti, sutkalıq sağının
sayı və s. amillər təsir edir.
Sağım üsulları – Qaramalın sağılması üçün iki əsas üsuldan istifadə edilir:
əllə və maşınla. Əllə sağım az miqdarda sağmal heyvanlar olan təsərrüfatlarda
əsasən həyata keçirilir. Əllə sağım zəhmət tələb edən üsuldur. Bu zaman əmcəklərin
kökündən başlayaraq barmaqların köməyi ilə əmcək uca doğru sıxılır və nəticədə
sıxılma istiqamətinə doğru südün sıxılaraq axımı baş verir. Əllə sağım aparılarkən
sağım cəld, sürətli və əmcəklər eyni bərabərdə sıxılmalıdır. Sağımdan əvvəl inəyin
yelini isti su ilə yuyularaq quru dəsmalla silinib, qurulanır. Sonra sağıma hazırlıq
üçün yelin və əmcəklərin masajı aparılır. Masaj yelinin dərisini qıcıqlandırır, bu
qıcıq baş beyinə ötürülür. Baş beyin və daxil sekresiya vəzlərinin köməyi ilə süd
vəzlərində refleksii nizamlayır və süd ifrazını gücləndirir.
Sağımdan sonra yelin yükgülcə massaj edilir və sağım sona çatır. Belə
olduqda yelindəki süd tamamilə ifraz olunur. Həmçinin son damla süddə 10%-dən
çox yağlılıq olur. Əllə sağımın çatışmayan cəhəti onun bütün əmcəklərdə bərabər
sağılmasına nail olunmamaq; açıq qaba sağılan südün çox zibillənməsi; fiziki
əməyin çox sərfidir.
Maşınla sağım – əllə sağımda olan çatışmazlıqlar bu üsulda aradan qaldırılır.
Ən iri südçülük təsərrüfatlarında maşınla sağım həyata keçirilir. Maşınla sağım
prosesi də 4-7 dəqiqə çəkir. Əllə sağıma nisbətən süd bakterioloji cəhətdən təmiz
olur.
Sağım müxtəlif maşınların köməyi ilə «karusel», «yoloçka», «tandem» və s.
quluşlu maşınlarda həyata keçirilir.