Şorthorn cinsi
– XVIII əsrdə yerli tisvater aborigen malın uzun müddət
seçilməsi və taylaşdırılması və sonralar Hallovey və Holland malı ilə
çarpazlaşdırılmasından yaradılmışdır. Bu cins ABŞ, Argentina, Çili, Avstarliya,
Danimarka, Almaniya və s. ölkələrdə yetişdirilir. Şorthornun iştirakı ilə RF-da
Kurqan cinsi yaradılmışdır. Əti yüksək keyfiyyətlidir. Ət çıxarı 65 və bəzən 72%
təşkil edir. Şorthorn cinsinin iştirakı ilə onları hindistan zebusu ilə çarpazlaşdırılıb
ABŞ-da yeni ətlik cins –
Santa hertruda
cinsi yaradılmışdır.
Şarole cinsi
– XVIII sonunda Fransada yerli normand malı şorthornla
yaxşılaşdırılmışdır. İnəkləri 500-600 kq, buğaları 800-1000 kq olur. Respublikamıza
gətirilmiş və dağlıq rayonlarda yetişdirilir. Ət çıxarı 60-65 və bəzən 70% olur.
Sağım və onun aparılması
İri buynuzlu qaramalın süd məhsuldarlığı onun bütün növ məhsulları
içərisində əsas məhsul sayılır. Yüksək süd məhsuldarlığına malik inəklərin
orqanizmasında proseslər çox intensiv getdiyi üçün onlar həyatı boyu çox böyük
miqdarda qidalı maddələr istehsal edərək süd məhsulu ilə onları ifraz edirlər. Bu
qidalı maddələr isə südə heyvan qəbul etdikləri müxtəlif növ yemlərin tərkində daxil
olur və həzm prosesində bu qidalı maddələr qana sorulur və onunla yelinə
gətirilərək, burada südün tərkibinə daxil olur.
Sağımın normal aparılması və bunu həyata keçirmək üsullarının
müvəffəqiyyəti isə süd istehsalı işçilərinin bilik və bacarığından asılıdır. Belə ki,
sağım aparılarkən sağıcı onun keyfiyyətinə ciddi fikir verməlidir. Sağıcı bilməlidir
ki, sağımın bərabər qaydada aparılması, onun tezliyi və yelindəki südün tamamilə
sağılması inəyin sutkalıq sağımını artırmaqla südün də yağlılığı yüksəlir. Düzdür,
hazırda südlük qara mal ilə məşğul olan fermer və şəxsi özəl təsərrüfatların hələdə
iqtisadi qüdrəti aşağıdır. Lakin buna baxmayaraq çalışmaq lazımdır ki,
təsərrüfatlarda sağım mexaniki formada, yəni mexanikləşdirilsin, onun getmə
prosesinə diqqət daha da artırılsın. Onu da qeyd etmək lazımdır ki, sağım prosesinin
avtomatlaşma və mexanikləşdirilməsi üçün inəyin yelininin qurluşunu, südün əmələ
gəlmə prosesini və onun yelində toplanması mexanizmini və inəyin südvermə
qanunauyğunluqlarını da bilmək çox vacibdir.
Dostları ilə paylaş: