Qaramal cinsləri
Təsərrüfat təsnifatına əsasən qaramal qəbul etdikləri qidalı
maddələri onların bir qismi əsasən süd məhsuluna, bir qismi ət məhsuluna və bir
qrup heyvanlar isə həm süd və həm də ət məhsuluna çevirirlər. Bu xassə müxtəlif
cins heyvanların anatomiki və fizioloji xüsusiyyətləri ilə əlaqədar olaraq onların
orqanizmasında gedən maddələr mübadiləsi ilə əlaqədardır. Belə ki, qəbul etdikləri
yemi südə çevirmə xüsusiyyətinə malik olub, onlarda maddələr mübadiləsi
intensiv gedir. Ətlik tip heyvanlarda isə maddələr mübadiləsi nisbətən az intensiv
gedir. Bu təsnifata əsasən qaramal onlardan alınan əsas məhsulların miqdar və
keyfiyyətinə əsasən aşağıdakı qruplara bölünürlər:
1) Südlük məhsuldarlıq
istiqaməti. Bura əsasən Holland, Holmoqor, Qara-
ala, Yaroslav, qırmızı səhra, Tağıl, Ayrşir, Çerzey, Hernzey və s. cinslər daxildir.
2) Südlük – ətlik və ətlik-südlük.
Bu qrupa həmdə ikili, qarışıq
məhsuldarlığa malik cinslər də deyilir. Bu əsasən Simmental, Şvis, Kostroma,
Lebedin, Alatau, Kavkaz qonuru,
Qonur karpat, Bestujev və s. cinslər daxildir.
3) Ətlik məhsuldarlıq
istiqamətli – buraya Şorthorn, Hereford, Kazax ağbaş,
Kalmık, Aberdin Anqus, Şarole və s. cinslər daxildir.
Südlük istiqamətli qaramal cinsləri
.
Holland (friz) cinsi
– Hollandiyada xalq seleksiyası yolu ilə yaradılan ən qədim
cinsdir. Dünyada ən geniş yayılmış südlük cinsdir. Onun üç qolu mövcuddur: friz,
maas-reyneysel və qroningen (ağ baş). Bu cinsin iştirakı ilə qara-ala, Bestujev,
Xolmoqor, Tağıl, Qırmızı səhra, Yaroslav, Ağ başlı ukrayna və s. cinslər
yaxşılaşdırılmışdır. Laktasiya ərzində 4500-5000 kq süd verirlər.
Yaroslav cinsi –
Yaroslav quberniyasında yerli aborigen cins malı seçmə,
taylaşdırma yolu ilə yaradılıb. İnəklər ildə 4000-5000 kq 4,1-4,2% yağlılıqda süd
verirlər.
Xolmoqor cinsi
– bu cins XVII-XVIII əsrlərdə Arxangelsk vilayətində yerli
qaramalı uzun müddətli seçmə və taylaşdırma aparılmaqla yaradılmışdır. Bəzi
müəlliflər isə qeyd edirlər ki, Xolmoqor cinsinin yaradılmasında Holland cinsi də
iştirak etmişdir. Bu cins Şimal rayonları üçün əlverişli cinsdir. Çünki soyuğa çox
davamlı heyvanlardır. Sağmal inəklər laktasiyada 4500-5000 kq 3,7-3,8% yağlılıqda
süd verir.
Qara-ala cinsi
– bu cins 1959-cu ildə yerli malın Holland və Ostfriz cinsinin
çarpazlaşdırılmasından alınmışdır. Çox geniş yayılmış və respublikamızda da
yetişdirilir. Damazlıq təsərrüfatlarda hər bir inəkdən 3,6-3,7% yağlılıqda 3500-6000
kq süd alınır.
Dostları ilə paylaş: |