Maldarlıq Qaramal və onun bioloji xüsusiyyətləri Camış və onun bioloji xüsusiyyətləri Zebu və onun bioloji xüsusiyyətləri



Yüklə 296,85 Kb.
Pdf görüntüsü
səhifə14/14
tarix20.11.2023
ölçüsü296,85 Kb.
#165146
1   ...   6   7   8   9   10   11   12   13   14
1. Qaramal v onun bioloji x susiyy tl ri Cam v onun bioloji

 
 
Zebu aşağıdakı bioloji xüsusiyyətlərə malikdir: 
1) 
Qaramal cinslərindən fərqli olaraq zebu bir şəraitdən başqa şəraitə 
düşdükdə öz qiymətli xüsusiyyətlərini zəiflətmir və əksinə yeni şəraitlə əlaqədar 
olaraq bir qədər təkmilləşdirir və bunla bərabər zebu düşdüyü yeni şəraitin təsirilə, 
yeni, faydalı xüsusiyyətlər qazanır. 
2) 
Zebu 
yüksək 
balavermə qabiliyyətinə malikdir. Onlarda ilk 
mayalanmadan döllənmə faizi qaramala nisbətən yüksək olur. Zebularda doğum 
yüngül və tez keçir. 
3) 
Zebu qaramaldan xırda bala verməsi ilə fərqlənir. Yeni doğulmuş buzovun 
çəkisi 16-18 kq olur. 
4) 
Doğumdan sonra zebu və hibridlərdə xəstəlik və ağırlaşma baş vermir. 
5) 
Zebularda servis dövrü - doğumarası müddəti əhəmiyyətli dərəcədə 
azdır. 
6) 
Normal yemləmə və bəsləmə şəraitində onların törədicilik 


qabiliyyəti qaramaldan üstündür. İsti iqlim şəraitində zebu sərbəst çoxalıb, artma 
xüsusiyyətinə malikdir. 
7) 
Zebu istiliyə dözümlüdür. Klemm və Robinzon qeyd edirlər ki, zebu 5o°-
dən sonra tərləməyə başlayır. Ondan aşağı temperatur da onun üçün normal hesab 
edilir. 
8) 
Zebunun qanında leykositlər faqasitar, bakteriosid və lizosim fəallığı
xeyli yüksəkdir. Odur ki, onlar burselyoz xəstəliyinə daha davamlıdırlar. Bu
xəstəliyə qaramalda 9,3-6,1% rast gəlindiyi halda zebularda 0,5-1,0%-dən çox 
olmur. 
9) Zebu 
və 
hibridləri gənə və mozalana qarşı dözümlüdürlər. 
10) Zebu teylerioz xəstəliyinə təsadüf halda tutulur. Zebu priplazmoz, 
babenoz-anaplazmoz xəstəliyini də çox yüngül keçirirlər. 
11) Zebu dabaq xəstəliyinə qarşı da davamlıdırlar, onu yüngül keçirirlər. 
Onlar vərəmə çox az tutulurlar. 
12) Çox qaba və kobudlaşmış yemdən yaxşı istifadə edirlər. 
13) Tədqiqatçılar qeyd edirlər ki, zebunun ət məhsulu və ətin qidalılıq dəyəri 
qaramaldan yüksəkdir. 
Camış və zebudan kifayət qədər ət və süd məhsulu əldə edilir. Camışların ət 
məhsulu qaramal ətindən rəngi və morfoloji tərkibinə görə fərqlənir. Beləki, 
qaramalın ətinin rəngi açıq-cəhrayı olduğu halda camış ətinin rəngi tünd qonur 
rəngdə olur. Bundan başqa qaramal ətinin tərkibində birləşdirici toxuma az və 
zərif halda olsada, camış ətində bir qədər çox və qabalaşmış-yoğun lif 
şəklindədir. Camış ətinin tərkibində dəmir elementi çoxdur və bir sıra 
xəstəliklərdə işlənməsi məsləhətdir. Camışların ət çıxarı qaramaldan az, ətində 
piyin ərimə temperaturu azca yüksəkdir. Camış ətində piyin rəngi də ağımtıl 
rəngdədir. Odur ki, ətin tərkibində karotinin miqdarı inək ətinə nisbətən azdır. 
Camışlar qaramala nisbətən 1 kq çəki artımına az yem sərf edir. Cavan camış əti 
daha qidalı, şirəli və zərifdir. Odur ki, ət üçün cavan camış ətindən istifadə 
edilməsi daha məsləhətdir. 
Camış südü inək südünə nisbətən daha yağlıdır. Onların südü yağ faizinə görə 
zebu malının südünə çox yaxındır. Zebu və camış südündə 5-6%-ə qədər yağlılıq 
olur. Lakin camış südündə karotinin miqdarı sıfır dərəcədir. Laktasiya ərzində bir 
baş camışdan orta hesabla 1500-2200 kq süd, zebudan isə 1500-3500 kq süd əldə 
edilir. Zebunun qaramaldan fərqləndirən fırın olmasıdır. Zebu və camışların 
saxlanma və bəslənməsində çox da ciddi fərq olmur. 
 

Yüklə 296,85 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin