“maliYYƏ” fənnindən mühazirə mətnləri



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə155/157
tarix02.01.2022
ölçüsü1,67 Mb.
#40714
növüMühazirə
1   ...   149   150   151   152   153   154   155   156   157
Maliyyə muhazirələri yeni (1)

1.Beynəlxalq Valyuta Fondu.  
BVF - valyuta çətinlikləri və tədiyyə balansının kəsirliliyi vaxtı üzv ölkələrə qısa və orta 
müddətli kreditlər təqdim etməyə yönəldilən və bu ölkələr arasında valyuta münasibətlərini 
tənzimləmək üçün yaradılmış hökümətlərarası valyuta-kredit təşkilatıdır.  
Fond  1944-cü  ilin  iyulunda  ABŞ-ın  Bretton-Vuds  şəhərində  Birləşmiş  Millətlərin 
Beynəlxalq Valyuta-Maliyyə Konfransında 44 ölkənin qəbul etdiyi razılaşma əsasında təşkil 
edilmişdir. Bu razılaşma 1945-ci ilin 27 dekabrından qüvvəyə minmişdir. 1947-ci ilin martın 
1-dən  BVF  BMT-nin  ixtisaslaşdırılmış  orqanı  kimi  fəaliyyətə  başlamışdır.  Müasir  dövrdə 
Beynəlxalq Valyuta Fondu ən güclü və nüfuzlu beynəlxalq maliyyə təşkilatlarındandır. Fond 
çox böyük ehtiyatlara malikdir.  
Fondun  ehtiyatları  əsas  kapitaldan  və  yığımlardan  formalaşır.  Kapital  kvotalardan–üzv 
ölkələrin ayırmalarından təşkil edilir. Kvota iştirakdan irəli gələn ölçüdə olur:  
1) Nizamnamə kapitalında ayırmanın ölçüsü;  
2) İdarəetmə orqanlarında məsələlərin həlli zamanı ölkələrin malik olduğu səslərin sayı;  
3) Fondun ehtiyatlarının istifadə limiti.  
Hazırda Beynəlxalq Valyuta Fondunun 180-ə qədər üzvü var ki, bu da təqribən bütün 
dünya  ölkələri  deməkdir.  Azərbaycan  Respublikası  1992-ci  ildən  bu  nüfuzlu  beynəlxalq 
təşkilatın üzvüdür.  
Fondun ali, rəhbər orqanı – İdarəetmə Şurasıdır. Şura hər bir üzv dövlət tərəfindən beş il 
müddətinə  təyin  olunan  idarəçilər  və  müavinlərdən  təşkil  edilir  və  BVF-nun  fəaliyyətinin 
prinsipial məsələlərini həll edir. Idarəçilər Şurasının sessiyası ildə bir dəfə yığılır və burada 
Fondun fəaliyyəti haqqında illik hesabat təsdiq edilir, yeni üzvlərin qəbulu haqqında ərizələrə 
baxılır,  nizamnamə  kapitalında  dəyişiklik  edilir  və  s.  BVF-nun  qərargahı  Vaşinqtonda 
yerləşir. Bundan başqa, Fondun idarəetmə orqanı olan Direktorat cari işlərlə məşğul olur.  
BVF-nun əsas vəzifəsi maliyyə və valyuta çətinlikləri keçirən ölkələrin kreditləşdirilməsidir. 
Ona görə də Fond çoxlu sayda kredit əməliyyatları həyata keçirir. Fondun Nizamnaməsinə uyğun 
olaraq  üzv  ölkələr  öz  tədiyyə  balanslarında  müvəqqəti  kəsiri  aradan  qaldırmaq  üçün  xarici 
valyutada vəsait ala bilər. Təşkilat kredit əməliyyatlarını ancaq üzv ölkələrin rəsmi orqanları ilə 
həyata keçirir. Yəni əsasən xəzinədarlıqla, mərkəzi banklarla, valyuta sabitləşdirmə fondları ilə və 
s.  Fondun  üzvü  olan  ölkələr  avtomatik  olaraq  ondan  kvotanın  25%-i  həcmindən  çox  olmayan 
məbləğdə kredit ala bilərlər.  

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin