66
Nəqliyyat, yol təsərrüfatı və rabitə maddi istehsalın bir sahəsi olub yük və insanların
daşınması, habelə rabitə xidmətinin göstərilməsini nəzərdə tutur. Təyinatına görə nəqliyyat
ümumi istifadədə olan və ümumi istifadədə olmayan nəqliyyata ayrılır. Ümumi istifadədə
olan nəqliyyat iqtisadi əlaqələrin əsasını təşkil edir və iqtisadiyyatın qan-damar sistemidir.
Bu sahənin inkişafı xeyli dərəcədə büdcə maliyyələşdirilməsindən asılıdır. 2018-ci ilin
dövlət
büdcəsinin xərclərində bu sahəyə 166,791 mln manat ayrılması nəzərdə tutulur. (0,7%)
Mənzil-kommunal təsərrüfatı iqtisadiyyatın mühüm sahələrindən biridir. Mənzil
təsərrüfatı özünə yaşayış binalarını, istehsal-təchizat və mənzil fonduna xidmət edən
nəqliyyat təsərrüfatlarını daxil edir.
Kommunal təsərrüfatı-şəhər, qəsəbə və kənd əhalisinə xilmət göstərən müəssisələrin
məcmuudur.
Mənzil –kommunal təsərrüfatı xidmətə görə əhalidən haqq şəklində alınan maliyyə
məbləğindən əlavə, büdcədən də maliyyələşdirilir. 2018-ci ildə dövlət büdcəsindən 457,399
mln.manat xərclənməsi nəzərdə tutulur. (2,1%)
Bаzаr iqtisаdiyyаtınа kеçidlə əlаqədаr оlаrаq, dövlətimiz sоsiаl sfеrаnın inkişаfınа
dаhа çох diqqət yеtirir. Bildiyimiz kimi, dövlətin sоsiаl siyаsəti Аzərbаycаn Rеspublikаsının
Kоnstitutsiyаsı və digər qаnunvеricilik аktlаrı ilə tənzimlənir və vətəndаşlаrın sоsiаl
müdаfiəsinin rеаllаşdırılmаsının mаliyyə təminаtınа yönəldilir. Dövlət büdcəsi vаsitəsilə
vəsаitlərin bir hissəsinin yеnidən bölüşdürülməsi nəticəsində sоsiаl sfеrаnın, еlmin və
mədəniyyətin inkişafınа dаhа çох vəsаit yönəldilir. Dövlət büdcəsi vasitəsilə ilə vəsaitlərin
bir hissəsinin yenidən bölüşdürülməsi nəticəsində sosial sferanın, elmin və mədəniyyətin
dəstəklənməsinə ÜDM-dən ayrılan vəsaitlərin payı istehsal sferasına nisbətən daha sürətlə
artır.
Bu nəinki Azərbaycanda, habelə iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə də belədir.
Elmi-tədqiqat, təhsil, mədəniyyət və incəsənətin sürətli inkişafı sosialmədəni tələbatların
ödənilməsinən ehtiyacı olan müasir cəmiyyətin xarakterindən irəli gəlir. Elmi-tədqiqat,
təhsil, mədəniyyət və incəsənətin inkişаfыnа olan tələb yalnız bazar yolu ilə ödənə bilməz
Bundan sonrа da dövlət büdcədən vəsait ayırmaq, onun tarazlığını təmin etmək yolu ilə
sosial-mədəni tədbirlərin himayəsində öz rolunu artırmalıdır. Müasir cəmiyyətdə əhalinin
həyat təminatında qeyri-istehsal sahələri böyük rol oynayır. Təhsil, səhiyyə, mədəniyyət,
incəsənt, sosial təminat və digər sahələrin də daxil olduğu sosial infrastruktur ölkənin
təsərrüfat kompleksində mühüm yer tutur.
Hər bir ölkədə sosial infrastrukturanın inkişafı maddi istehsalı inkişaf səviyyəsindən,
burada yaradılan milli gəlirin həcmindən, onun istehsal və qeyriistehsal sahələri arasında
bölgüsündən asılıdır. İnfrastruktur məhsuldar qüvvələrə hərtərəfli təsir edir. İctimai əmək
bölgüsü prosesinin gücləndiyi bir şəraitdə maddi istehsal sahələrinin sosial infrastruktuz
fəaliyyəti, demək olar ki, mümkün deyil. Sosial infrastruktura müəssisə və təşkilatların
təqdim etdiyi maddi və mənəvi sərvətlər əhalinin şəxsi tələbatını ödəməklə yanaşı, işçi
qüvvəsinin təkrar istehsalı və istehsalın intensivləşdirilməsinin mühüm amilləridir. İstehsalın
və ictimai əmək bölgüsünün miqyasının genişlənməsi, ETT-nin sürətlənməsi, istehsal
münasibətlərinin inkişafı, istehlakın strukturunun dəyişməsi və əhalinin sosial tələbatının
67
artımı ilə müşayiət olunan həyat tərzinin dəyişməsi nəticəsində infrastrukturun mahiyyəti də
dəyişir. İnfrastruktur sahələrinə sərf edilən canlı əmək ölkənin milli gəlirinin həcmini artırır.
Müasir şəraitdə sosal yönümlü хərclərin mаliyyələşdirilməsi aşağıdakı mənbələr
hеsаbınа həyаtа kеçirilir: Büdcə vəsaiti; büdcədənkənar fondların vəsaiti, müəssisələrin və
əhalinin vəsaiti.
İctimayi istehlak fondları büdcənin, büdcədənkənar fondların və müssisələrin sosial
infrastrukturuna yönəldilən vəsaitdir. Onların əsas təyinatı cəmiyyətin sosial inkişafı və
əhalinin sosial müdafiəsi ilə bağlıdır. İctimai istehlak fondlarının vəsaitləri əhaliyə
pensiyaların, müavinətlərin verilməsinə, təhsilin, səhiyyənin, sosial təminat xidmətlərinin
hayata keçrilməsinə xidmət edir.
Yerli sosial müdafiə proqramları bələdiyyələr tərəfindən müəyyən edilən vətəndaşlar
kateqoriyasını dövlət sosial təminatından əlavə sosial təminatlara təmin edir. Yerli sosial
müdafiə və sosial inkişaf proqramlarının məqsədi dövlətin həyata keçirdiyi sosial inkişaf
məsələlərini həll etməkdir. Həmin proqramlar təhsil, maliyyə, mədəniyyət, yaşayış və qeyri-
yaşayış binalarının saxlanması və istifadə edilməsi, mənzil tikintisi, su təchizatının və
kanalizasiya təsərrüfatının təşkili,
informasiya xidmətinin təşkili, KİV fəaliyyəti üçün
şəraitin
yaradılması və yerli infrastrukturun digər sahələrini əhatə edir.
Dostları ilə paylaş: