IV FƏSİL. MƏNFƏƏT VƏ ZƏRƏRLƏR HAQQINDA HESABAT
Bazar iqtisadiyyatında mənfəət və zərərlər haqqında hesa- batın əhəmiyyəti və məqsədli istiqaməti
Mənfəət və zərərlər haqqında hesabatın qurulması prinsipləri
Azərbaycanda və beynəlxalq praktikada mənfəət və zərərlər haqqında hesabatın qurulması sxemləri
Azərbaycanda və beynəlxalq praktikada mənfəət və zərərlər haqqında hesabatın qurulması göstəriciləri
Mənfəət və zərərlər haqqında hesabatın təşkilatların vergi orqanlarına təqdim etdiyi sənədlərlə qarşılıqlı əlaqəsi
MHBS əsasında mənfəət və zərərlər haqqında hesabatın tərtib olunması xüsusiyyətləri
Bazar iqtisadiyyatında mənfəət və zərərlər haqqında hesabatın əhəmiyyəti və məqsədli istiqaməti
Hər bir təsərrüfat ilinin sonunda təşkilat balansla yanaşı illik müha- sibat hesabatının tərkib hissəsi olan mənfəət və zərərlər haqqında hesabat tərtib etməlidir. İllik mühasibat hesabatının tam qiymətli bir hissəsi kimi mənfəət və zərərlər haqqında hesabatın əhəmiyyəti bir sıra dünya alimləri (məsələn, Şmalenbax, Simon) tərəfindən uzun illər ərzində ciddi araşdır- malara məruz qalmışdır. Simon belə hesab edir ki, hesabatın başlıca məq- sədi təsərrüfat subyektinin xalis əmlakını müəyyənləşdirməkdən ibarətdir. O, maliyyə nəticələrinin hesablanmasına ikinci dərəcəli rol ayırır. Şma- lenbax isə əksinə, maliyyə nəticələrinin hesablanmasını özünün tədqi- qatlarının mərkəzində saxlayır.
Ümumiyyətlə, balans, mənfəət və zərərlər haqqında hesabat həm Azərbaycanda, həm də beynəlxalq praktikada başlıca hesabat formaları sayılır. Mənfəət və zərərlər haqqında hesabatın maliyyə hesabatının tərkibindəki məqsədli istiqamətini və əhəmiyyətini müəyyənləşdirmək üçün adları çəkilən hesabat formalarının bir sıra mövqelər üzrə müqayisə edilməsi məqsədəuyğundur.
Təşkilatların təsərrüfat fəaliyyətinin nəticələri həm balans, həm də mənfəət və zərərlər haqqında hesabat vasitəsilə hesablanır (ikili mühasibat prinsipi). Balans müəyyən vaxt anına, məsələn, hesabat tarixinə hesabat deməkdir. Balansın özündə maliyyə nəticələri mənfəətin bölüşdürülməsi məbləği də daxil edilməklə, təsərrüfat ilinin əvvəlinə və axırına xüsusi kapitalla müqayisə etməklə müəyyənləşdirilir. Mənfəət və zərərlər haqqında hesabatda nəticələr hesabat ilinin gəlir və xərclərinin saldosu (qalığı) kimi hesablanır. Müvafiq surətdə mənfəət və zərərlər haqqında hesabat müəyyən zaman kəsiyində, məsələn, hesabat dövrü ərzində hesabat kimi başa düşülməlidir. Balans göstəriciləri əsasında hesablanılan maliyyə nəticələri mənfəət və zərərlər haqqında hesabatın yekunu ilə üst-üstə düşür. Belə ki, hesabat dövrünün ödənişlərinə və daxilolmalarına aid olunan gəlirlər və xərclər müvafiq aktivlərin, yaxud passivlərin dəyişikliyi ilə əlaqədardır. Məsələn, dəzgahın satın alınması müvafiq ödənişlərə gətirib çıxarır. Bu ödə- niş isə nəticəyə münasibətdə balansda neytral şəkildə əks etdirilir. Həmin ödənişlər amortizasiya formasında dəzgahın istismarı dövründə maliyyə nəticələrinə aid edilən xərcləri əks etdirir. Daha konkret desək, hesablanılan amortizasiya məbləğində dəzgahın balans dəyərinin azalan məbləği mənfəət və zərərlər hesabına müəyyən xərclərə aid edilir. Beləliklə, balansda, həmçinin mənfəət və zərərlər haqqında hesabatda yekunda həmişə eyni maliyyə nəticələri alınır.
Mənfəət və zərərlər haqqında hesabatda maliyyə nəticələri hesabla- nıldıqda onun xarakterini və formalaşma mənbələrini izah etmək olar. Nəticəyə təsir edən komponentləri müəyyən qruplar halında birləşdirmək mümkündür. Müvafiq surətdə mənfəət və zərər haqqında hesabat ilk növbədə hesabatın məqsədlərinə çatmağa xidmət göstərir.
Balans təşkilatın əmlakının, öhdəliklərinin və xüsusi kapitalının əks etdirilməsi deməkdir. İllik hesabatın tərkib hissəsi kimi, mənfəət və zərərlər haqqında hesabat isə xərclərin sadalanması əsasında maliyyə nəticələrinin formalaşması mənbələrini, növlərini və kəmiyyətini müəyyənləşdirməyə xidmət göstərir. Mənfəət və zərərlər haqqında hesabat təkcə mütləq kəmiy- yət kimi mənfəət və zərəri əks etdirmir, o, həmçinin gəlirlilik haqqında informasiyalara malik olmaqla, maliyyə nəticələrinin tərkib hissələrini təhlil etməyə imkan yaradır.
Balansla mənfəət və zərərlər haqqında hesabat arasında mövcud olan
«vəzifə bölgüsü» deməyə imkan verir ki, təşkilatın illik hesabatı onun əmlak, maliyyə vəziyyəti və gəlirliliyi haqqında faktiki mənzərəni açıqlayır. Beləliklə, əmlak və maliyyə vəziyyətini təsvir etmək üçün zəruri məlumatlar balansda göstərilir. Mənfəət və zərərlər haqqında hesabat isə özünün şərhləri ilə birlikdə təşkilatın gəlirliliyini əks etdirir.
Mənfəət və zərərlər haqqında hesabatın təşkilatın faktiki gəlirlərini əks etdirmək üçün bu hesabatın qurulması prinsipləri hazırlanmışdır. Qeyd etmək lazımdır ki, həmin prinsiplər mühasibat uçotunun beynəlxalq prakti- kasında hazırlanmış və Almaniyanın mühasibat uçotu sahəsində tən- zimləyici sənəd hesab olunan Ticarət Məcəlləsində öz əksini tapmışdır.
Yuxarıda qeyd olunduğu kimi, hər bir hesabat ilinin başa çatması üzrə təşkilat xərclərin və gəlirlərin müqayisəsini verməlidir. Bu tələb ticarət hüququnda aşağıdakı qaydada izah olunur: mənfəət və zərərlər haqqında hesabat mühasibat uçotu prinsiplərinə uyğun olaraq, işgüzar praktikada qəbul edilən müvafiq müddətdə tərtib edilməlidir.
Mənfəət və zərərlər haqqında hesabat tamlıq prinsipi əsasında açıq və şəffaf olmalı, bütün xərclər və gəlirlər qarşılıqlı məqbullara yol verilmədən əks etdirilməlidir.
Dostları ilə paylaş: |