Mühasibat balansının maddələrinin qiymətləndirilməsi xüsusiyyətləri
Müəssisənin mühasibat balansında uzunmüddətli və qısamüddətli ak- tivlər və öhdəliklər ayrı-ayrılıqda əks etdirilməlidir.
Aşağıdakı hallarda aktivlər qısamüddətli kimi təsnifləşdirilir:
müəssisənin normal əməliyyat dövründə satılmaq və ya istifadə üçün saxlanıldıqda;
əsasən alqı-satqı məqsədləri üçün və ya qısa müddət ərzində sax- lanıldıqda və onların hesabat tarixindən 12 ay müddətində pul və ya pul ekvivalentlərinə çevrilməsi ehtimal olunduqda;
istifadəsinə məhdudiyyət qoyulmayan pul vəsaiti və ya onun ekvıvalenti formasında olduqda.
Hesabat tarixindən sonra 12 ay ərzində pul və pul ekvivalentlərinə çevrilməsi gözlənilən qiymətli kağızlar qısamüddətli aktivlər kimi təsnif- ləşdirilir. Digər hallarda onlar uzunmüddətli aktivlər kimi qeydə alınır.
Aşağıdakı hallarda öhdəliklər qısamüddətli öhdəliklər kimi təsnif- ləşdirilir:
müəssisənin normal əməliyyat dövründə onların ödənilməsi nəzərdə tutulduqda;
hesabat tarixindən etibarən 12 ay ərzində ödənilməli olduqda.
Bütün diğər hallarda öhdəliklər uzunmüddətli öhdəliklər kimi qeydə alınır.
Yeni mühasibat balansının “Aktivlər” hissəsi iki bölməni əhatə edir:
Balansın “Qısamüddətliöhdəliklər” bölməsində aşağıdakı maddələr qeydə alınır:
Qısamüddətli faiz xərcləri
Qısamüddətli qiymətləndirilmiş öhdəliklər
Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər
Qısamüddətli kreditor borcları
Aktivlərin, öhdəliklərin, gəlirlərin və xərclərin qiymətləndirilməsi həqiqi (ilk) dəyərlə yerinə yetirilir. İnformasiyaların mühasibat uçotunda yararlılığını təmin etmək üçün sözügedən obyektləri aşağıdakı qaydada qiymətləndirmək nəzərdə tutulur: