İlkinbalanslar hesabat ilinin əvvəlində tərtib edilir.
Cari balanslar cari hesabat dövrünə, başqa sözlə, təşkilatın maliyyə hesabatı tərtib edəcəyi dövrə görə tərtib edilir. Cari balanslar uçot dövrünün prinsiplərinə uyğun olaraq hazırlanılır. İlkin və son balanslar maliyyə ilinin əvvəlində və axırında işlənilir. Aralıq balanslar hesabat dövrünün əvvəli və axırı arasındakı dövrü əhatə edir. Azərbaycanda aralıq balanslar hər ay, habelə rüb və yarım ilə görə tərtib oluna bilər.
İllikbalanslar müəssisə tərəfindən maliyyə ilinin sonunda hazırlanır.
Sanirbalanslara tələbat o zaman yaranır ki, müəssisə artıq müf- lisləşmə həddinə gəlib çatmışdır. Bu zaman müəssisə belə bir dilemma qarşısında qalır: ya müflisləşmə haqqında qərar verməklə müəssisəni ləğv etməli, ya da ödənişlərin vaxtını uzatmaq üçün kreditorları inandırmağa səy göstərməli. Sanir balansların tərtib olunması üçün hökmən müstəqil audi- torlar cəlb olunmalıdır.
Təqdim etmənindövriliyinəgörəbalanslar aşağıdakı kimi fərq- ləndirilir:
Girişbalansları bilavasitə təşkilatın hüquqi status alması, başqa sözlə, onun dövlət qeydiyyatı ilə əlaqədardır.
Dövri balanslar hər bir hesabat dövrü (ay, rüb, yarımil, doqquz ay) üzrə tərtib edilir.
Sonbalanslar hesabat dövrü başa çatdıqdan sonra təqdim olunur. Belə balanslar eyni zamanda növbəti hesabat ilinin giriş balansı hesab edilir. Buradan görünür ki, mühasibat uçotunun ən əsas prinsiplərindən biri – müəssisənin fəaliyyət göstərməsinin fasiləsizliyi prinsipi özünü göstərir.
Yenidəntəşkilprosedurlarınınnövləriüzrə balanslar konkret təşkilatın həyat tsiklinə istinad edir. Bu tsikl özündə qovuşmanı, birləşməni, ayrılmanı, bölüşdürməni və yenidən qurulmanı birləşdirir. Qeyd olunan prinsipdən asılı olaraq, mühasibat balansının aşağıdakı növləri fərqləndirilir: