Maliyyə hesabatı



Yüklə 3,18 Mb.
səhifə34/124
tarix24.12.2023
ölçüsü3,18 Mb.
#193062
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   124
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Giriş balansı özlüyündə təşkilatın fəaliyyətə başladığı tarixə malik olduğu aktivlərin, kapitalın və öhdəliklərin məcmusunu təcəssüm etdirir.
Ayrılma balansları əvvəllər fəaliyyət göstərən təşkilatın yenidən qurulması nəticəsində yaradıılan təşkilatın əmlakını xarakterizə edir. Bu prosedurun yekunu olaraq əvvəllər fəaliyyət göstərən təşkilatın bazasında bir neçə yeni müəssisə yaradılır.
Birləşdirmə balansları yenidənqurma yolu ilə qovuşan bir neçə təşkilatın əmlakını ümumiləşdirir.
Ləğvetmə balansları özünün öhdəliklərini ödəyə bilməyən müflis- ləşən təşkilatın əmlakından ibarətdir. Belə balanslar müəssisə ləğv edildikdə tərtib edilir.
Quruluş formasına görə balanslar belə fərqləndirilir:

    • birtərəfli (şaquli) balanslar;

    • ikitərəfli (xətti, üfüqi) balanslar.

Birtərəfli mühasibat balansları şaquli əlamət üzrə qurulur: əvvəlcə balansın aktiv maddələri və bölmələri, daha sonra balansın passiv maddələri və bölmələri göstərilir.
İkitərəfli mühasibat balansları üfüqi əlamətlər üzrə səciyyələnir. Bir xətdə balansın aktivinin maddələri və bölmələri, eyni zamanda həmin xətdə, lakin qarşıdakı tərəfdə balansın passivinin bölmələri və maddələri qeydə alınır.
Təmizlənmə dərəcəsinə görə balanslar belə fərqləndirilir:

    • brutto-balans;

    • netto-balans;

    • reformasiya olunan balanslar;




    • reformasiya olunmayan balanslar.

Əvvəllər brutto-balans dedikdə, bölüşdürülməmiş mənfəətin əks etdirildiyi balans başa düşülürdü. Bölüşdürülmüş mənfəət qeydə alınan balans isə netto-balans hesab olunurdu. Daha sonralar təsnifatın yeni əlamətləri meydana gəldi: reformasiya olunan balanslar, reformasiya olunmayan balanslar. Ötən əsrin 90-cı illərinədək Azərbaycanda refor- masiya olunmayan balanslar tətbiq olunurdu. Başqa sözlə, hesabat ilinin sonuna mənfəət göstəricisi bölüşdürülmürdü və o, növbəti hesabat dövrünün ilkin balansında göstərilmirdi. Uçotun müasir praktikası reformasiya olunan balanslara istinad edir. Konkret olaraq hesabat dövrünün sonunda aşkara çıxarılan maliyyə nəticələri ilin son gününün dövriyyəsi ilə bölüşdürül- məmiş mənfəətə birləşdirilir. Bu gün balans-brutto və balans-netto anla- yışları balansın nizamlayıcı və dəqiqləşdirici maddələri ilə əlaqələndirilir. Əsas maddələr mühasibat müşahidəsi obyektlərinin azalmayan göstə- ricilərini, nizamlayıcı maddələr isə əsas maddələrin qiymətləndirilməsinin kəmiyyətini onların qalıq dəyəri həcmində dəqiqləşdirir. Beləliklə, özündə nizamlayıcı maddələri birləşdirən mühasibat balansı balans-brutto, nizam- layıcı maddələrsiz balans isə balans-netto adlanır.

Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin