Maliyyə hesabatı


Tərtib olunmanın vahid tarixi



Yüklə 3,18 Mb.
səhifə78/124
tarix24.12.2023
ölçüsü3,18 Mb.
#193062
növüDərs
1   ...   74   75   76   77   78   79   80   81   ...   124
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Tərtib olunmanın vahid tarixi: Konsolidə edilmiş hesabat ana şir- kətinin balansının tərtib olunduğu tarixə əks etdirilməlidir. Övlad müəssi- sənin hesabatlarının göstəriciləri də konsolidə edilmiş hesabatın tarixinə yenidən hesablanmalıdır.
Alman qanunvericiliyində konsolidə edilmiş balanslar tərtib olun- duqda, sadalanan prinsiplərdən başqa, aşağıdakılar da nəzərdə tutulur:

  • saldolaşdırmanın qadağan edilməsi;

  • balansın strukturunun sabitliyi;

  • əvvəlki illərə görə göstəricilərinin verilməsi;

  • balans maddələrinin yenidən qruplaşdırılmasına yol verilməməsi;

  • fəaliyyətin bir neçə sferası mövcud olduqda balansın strukturunun genişləndirilməsi;

  • zəruri hallarda əlavə qrupların ayrılması;

  • qəbul edilmiş maddələrdə məzmunu açıqlanmayan yeni maddələrin balansa daxil edilməsi;

  • əsas kapitalın dinamikasının əks etdirilməsi;

  • bir ildən yuxarı ödənilmə müddəti olan borc öhdəliklərinin məb- ləğlərinin göstərilməsi;

  • bir ilə qədər ödənilmə müddəti olan borc öhdəliklərinin məbləğlərinin göstərilməsi;




  • alınmış avansların məbləğinin ayrıca əks etdirilməsi;

  • qoyulmuş kapital üzrə ödənilməyən haqq məbləğlərinin qeydə alınması;

  • ehtiyat fondunun tərkibini əks etdirən xüsusi maddələrin daxil edilməsi;

  • “Xüsusi kapitalı üstələyən zərər” maddəsinin ayrıca verilməsi.

Konsolidə edilmiş maliyyə hesabatlarınin qurulmasına əsaslanan sadalanan prinsiplərin bir qismi MMUS-da öz əksini tapmışdır. Eyni zamanda konsolidə edilmiş maliyyə hesabatları etibarlılıq, tamlıq, ardıcıllıq, müqayisəlilik, hesabat dövrü və maliyyə hesabatının rəsmiyyətə salınması kimi tələblərə cavab verməlidir.


    1. Birləşdirilmiş (konsolidə edilmiş) mühasibat balansının, mənfəət və zərərlər haqqında hesabatın strukturu


Birləşdirilmiş (konsolidə edilmiş) mühasibat balansının bir sıra gös- təriciləri ana təşkilatın və övlad müəssisənin hesabat göstəricilərinin sətir- bəsətir cəmlənməsi yolu ilə əldə olunur.


Bu zaman konsolidə edilmiş balansa daxil edilmir:
 Ana təşkilatın övlad cəmiyyətlərin nizmnamə kapitalına qoyduğu maliyyə qoyuluşları və müvafiq surətdə övlad cəmiyyətlərin nizamnamə kapitalının ana təşkilata mənsub olan hissəsi;
 Ana təşkilatla övlad cəmiyyətlər arasında, həmçinin qrupa daxil olan övlad cəmiyyətləri arasındakı əməliyyatlardan alınan mənfəət və zərər;
 Ana təşkilatla övlad cəmiyyətlər arasında, həmçinin qrupa daxil olan övlad cəmiyyətləri arasında debitor və kreditor borclarını əks etdirən göstəricilər;
 Övlad cəmiyyətlər tərəfindən ana təşkilata, habelə ana təşkilat tərəfindən özünün tabelçiliyində olan övlad cəmiyyətlərə ödənilən dividendlər: konsolidə edilmiş maliyyə hesabatında yalnız həmin qrupa daxil olmayan təşkilatlara və şəxslərə ödənilən dividendlər əks etdirilir;
 Ana təşkilat səhmdar cəmiyyətin səsvermə hüququ olan səhmlərin 50 faizdən azına malik olduqda, qrupun fəaliyyətinə aidiyyəti olmayan aktivlərin və passivlərin bir hissəsi.
Əgər ana təşkilatın və övlad cəmiyyətlərin maliyyə hesabatları bir- ləşdirilən zaman baş təşkilatın övlad təşkilata maliyyə qoyuluşlarının balans qiyməti övlad cəmiyyətlərin səhmlərinin nominal dəyərindən fərqlənərsə,

onda aradakı fərq konsolidə edilmiş balansda “Övlad cəmiyyətlərin işgüzar imici” adlı ayrıca maddə şəklində qeydə alınmalıdır. Əgər övlad cəmiyyətlərin səhmlərinin nominal dəyəri ana təşkilatlın övlad cəmiyyətə maliyyə qoyuluşlarının nominal dəyərindən aşağı olarsa, onda “övlad cə- miyyətlərin işgüzar imici” maddəsi konsolidə edilmiş hesabatın “qeyri- maddi aktivlər” qrupunda əks etdirilməlidir. Əgər övlad cəmiyyətlərin səhmlərinin nominal dəyəri ana təşkilatın övlad müəssisələrə maliyyə qoyu- luşunun balans dəyərini üstələyirsə, onda “övlad cəmiyyətlərin işgüzar imici” adlı maddə konsolidə edilmiş balansın 3-cü “Kapital” və 4-cü “Uzunmüddətli öhdəliklər” adlı bölmələrinin arasında göstərilir.


Konsolidə edilmiş mühasibat balansında azlıqların payı övlad cəmiy- yətin hesabat tarixinə kapitalının kəmiyyətindən asılı olaraq müəy- yənləşdirilir. Hesabat tarixinə övlad cəmiyyətin kapitalının kəmiyyəti kimi mühasibat balansının “Cəmi kapital” adlı bölməsinin yekunu əsas götürülür.
Bütün hallarda “Kapital” adlı bölmənin yekunundan “Sosial sferanın fondları” və “Məqsədli maliyyələşmələr və daxilolmalar” çıxılmalıdır.
Konsolidə edilmiş mühasibat balansında azlıqların pay göstəricisi “Azlıqların payı” adlı sətirdə uçota alınmalıdır.
Ana təşkilatın və övlad cəmiyyətin mühasibat hesabları birləşdiril- dikdə mənfəət və zərərlər haqqında konsolidə edilmiş hesabata aşağıdakılar daxil edilmir:

  • Ana təşkilatla övlad cəmiyyətlər, eyni zamanda qrupa daxil olan övlad cəmiyyətlər arasında məhsul (mallar, iş və xidmətlər) satışından gəlirlər, həmçinin eyni ana təşkilatın övlad cəmiyyətləri arasında həmin satışla bağlı xərclər;

  • Övlad cəmiyyətlərin ana təşkilata, habelə qrupa daxil olan digər cəmiy- yətlərə, eyni zamanda ana təşkilatın özünün övlad cəmiyyətlərinə ödədiyi dividendlər: konsolidə edilmiş hesabatlarda yalnız həmin qrupa daxil olmayan təşkilat və şəxslərə ödəniləsi dividendlər öz əksini tapır;

  • Ana təşkilatla övlad cəmiyyətlər, habelə həmin qrupa daxil olan övlad cəmiyyətlər arasında meydana gələn gəlirlər və xərclər;

  • Övlad cəmiyyətlərin ana təşkilatın fəaliyyətinə aid edilməyən gəlir və xərcləri hissəsində maliyyə nəticələri.

Mənfəət və zərərlər haqqında konsolidə edilmiş maliyyə hesabatında azlıqların payı ana təşkilata mənsub olmadan övlad cəmiyyətin fəaliy-

yətinin maliyyə nəticəsinin kəmiyyətini xarakterizə edir. Mənfəət və zərərlər haqqında konsolidə edilmiş maliyyə hesabatını tərtib etmək üçün azlıqların payı hesabat dövrü ərzində övlad cəmiyyətin bölüşdürülməmiş mənfəətinin və ödənilməmiş zərərinin kəmiyyətindən asılı olaraq müəyyənləşdirilir.


Mənfəət və zərərlər haqqında konsolidə edilmiş maliyyə hesabatında azlıqların payı göstəricisi ayrıca maddə şəklində qeydə alınmalıdır:

  • Onların siyahısı (tam adı), dövlət qeydiyyat yeri, yaxud təsərrüfat fəaliy- yətinin aparıldığı yer, ana təşkilatın övlad və asılı cəmiyyətlərdə iştirak payı, səsvermə hüququ olan səhmlərin (nizamnamə kapitalı) ana təş- kilata mənsub olan hissəsi;

  • Qrupun maliyyə vəziyyətinə təsir göstərən dəyər qiyməti və onun fəaliyyətinin maliyyə göstəriciləri. Asılı cəmiyyətlər üzrə qeyd olunan- lardan başqa, onların nizamnamə kapitalının kəmiyyəti də əks etdi- rilməlidir.

Övlad cəmiyyətə malik olan və təsərrüfatçılıq hüququna əsaslanan unitar müəssisələrdə zəruri hallarda konsolidə edilmiş maliyyə hesabatları tərtib edə bilərlər.
Könüllük prinsipi əsasında fəaliyyət göstərən təşkilatların hüquqi şəxslərinin birliyi (ittifaqlar, assosiasiyalar) özlərinin təsis sənədlərinə müvafiq sürətdə konsolidə edilmiş maliyyə hesabatlarını tərtib etmək hüququna malikdirlər.
Konsolidə edilmiş mühasibat balansına və konsolidə edilmiş mənfəət və zərərlər haqqında hesabata əlavələrdə aşağıdakı informasiyalar əks etdirilə bilər:

  • Konsolidə edilmiş mühasibat balansının seçilmiş formalarında aparılan dəyişiklik;

  • Mənfəət və zərərlər haqqında konsolidə edilmiş maliyyə hesabatı formasında aparılan dəyişiklik və bu dəyişiklikləri doğuran səbəblər;

  • Aktivlərin və öhdəliklərin, gəlirlərin və xərclərin yenidən hesablanması nəticəsində əmələ gələn fərqlər;

  • Ana təşkilatda mövcud olan yalnız asılı cəmiyyətlərin sayı və i.a.




    1. Yüklə 3,18 Mb.

      Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin