Maliyyə hesabatı


Maddə 11. Kommersiya təşkilatlarının maliyyə hesabatları üçün hesabat dövrü



Yüklə 3,18 Mb.
səhifə120/124
tarix24.12.2023
ölçüsü3,18 Mb.
#193062
növüDərs
1   ...   116   117   118   119   120   121   122   123   124
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Maddə 11. Kommersiya təşkilatlarının maliyyə hesabatları üçün hesabat dövrü


    1. Kommersiya təşkilatlarının illik maliyyə hesabatları üçün aşağıdakı hesabat dövrləri müəyyən edilir:

      1. İl ərzində oktyabr ayının 1-dək yeni yaradılan mühasibat uço- tunun subyektləri üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən dekabr ayının 31-i də daxil olmaqla;

      2. Oktyabr ayının 1-dən sonra yeni yaradılmış mühasibat uçotunun subyektləri üçün isə birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən növbəti ilin dekabr ayının 31-i də daxil olmaqla;

      3. Digər mühasibat uçotunun subyektləri üçün hesabat dövrü yanvar ayının 1-dən dekabr ayının 31-i də daxil olmaqla.

Maddə 12. Kommersiya təşkilatlarının maliyyə hesabatlarının təq- dim və dərc edilməsi qaydası





    1. Kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dövlət orqanlarına qanunvericilik aktları ilə, digər şəxslərə isə nizamnamələri ilə müəyyən olunmuş hallarda, qaydada və müddətlərdə təqdim edirlər.

    2. Təbii inhisar fəaliyyəti subyektləri və dövlət (hökumət) zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaitləri ayrılan kommer- siya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını mühasibat uçotu sahəsində dövlət tənzimlən- məsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına onun müraciəti əsasında təqdim edirlər. Bu müvafiq icra hakimiyyəti orqanı həmin maliyyə hesabatları və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını qanunvericiliklə müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə bu hesabatların alınmasında maraqlı olan hər hansı şəxsə təqdim edir.

    3. İctimai əhəmiyyətli qurumlardan və birləşdirilmiş (konsolidə edil- miş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından həmçinin aşağıdakılar tələb olunur:

      1. qurumun İnternet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatının və birləş- dirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının, qanunvericiliklə müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə, həmin internet səhifə- sində dərc olunması;

      2. qurumun illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının qanunvericiliklə müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə mətbu orqanda dərc olunması;

      3. qurumun illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının nüsxəsinin qanunvericiliklə müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə hər hansı şəxsə, onun müraciəti əsasında pulsuz təqdim olunması.

    4. Mühasibat uçotu subyektinin nizamnaməsi ilə müəyyən olunmuş idarəetmə orqanı bu subyektin maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının hazırlanmasına, təqdim və dərc olunmasına cavabdehdir.




  1. Yüklə 3,18 Mb.

    Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin