Maliyyə hesabatı


Fəsil. Qeyri-kommersiya təşkilatlarının maliyyə hesabatları Maddə 13.Qeyri-kommersiya təşkilatlarının maliyyə hesabatlarının



Yüklə 3,18 Mb.
səhifə121/124
tarix24.12.2023
ölçüsü3,18 Mb.
#193062
növüDərs
1   ...   116   117   118   119   120   121   122   123   124
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Fəsil. Qeyri-kommersiya təşkilatlarının maliyyə hesabatları Maddə 13.Qeyri-kommersiya təşkilatlarının maliyyə hesabatlarının


tərtib edilməsi

    1. Bələdiyyə orqanları, büdcə təşkilatları və büdcədənkənar dövlət fondları bu Qanuna əsasən tələb olunan maliyyə hesabatlarını Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun tərtib edirlər.

    2. Qeyri-hökumət Təşkilatları bu Qanuna əsasən tələb olunan maliyyə hesabatlarını Qeyri-hökumət Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun tərtib edirlər.

Maddə 14. Qeyri-kommersiya təşkilatları üçün hesabat dövrü, maliyyə hesabatlarının təqdim və dərc edilməsi qaydası


    1. Büdcə təşkilatları və büdcədənkənar dövlət fondlarının maliyyə hesabatlarının təqdim edilməsi, hesabat dövrləri və dərc edilməsi qaydaları mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

    2. Bələdiyyə orqanlarının maliyyə hesabatlarının təqdim edilməsi, hesabat dövrləri və dərc edilməsi qaydaları bələdiyyə tərəfindən müəyyən edilir.

    3. Büdcə təşkilatları və büdcədənkənar dövlət fondlarının bu Qanuna uyğun olaraq təqdim etdikləri maliyyə hesabatları "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının illik dövlət büdcəsi haqqında qanunları və büdcə sisteminə aid olan digər müvafiq normativ hüquqi aktlar əsasında tələb olunan maliyyə hesabatlarını əvəz etmir, onlara əlavə edilir.

    4. Qeyri-hökumət təşkilatları üçün hesabat dövrləri bu Qanunun 11-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilir.

    5. Qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını bu Qanunun 12-ci maddəsinin tələblərinə uyğun olaraq dərc etdirirlər.



  1. Fəsil. Yekun müddəalar


Maddə 15. Mühasibat məlumatlarının məxfiliyinin qorunması

    1. İlkin uçot sənədlərinin, mühasibat uçotu reyestrlərinin və digər uçot sənədlərinin məzmunu qanunvericiliyə müvafiq olaraq kommersiya sirridir.




    1. Dövlət orqanlarının qanunla müəyyən edilmiş hallarda və qaydada mühasibat uçotunda istifadə olunan bütün sənədlərlə tanış olmaq hüququ vardır.

    2. Mühasibat uçotu subyekti tərəfindən audit yoxlamasına cəlb olun- muş auditorun qanunvericiliklə müəyyən edilmiş qaydada bütün mühasibat uçotu sənədləri ilə tanış olmaq hüququ vardır.

Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin