Maliyyə hesabatı



Yüklə 3,18 Mb.
səhifə25/124
tarix24.12.2023
ölçüsü3,18 Mb.
#193062
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   124
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

komissiyanın sədri - təşkilatın rəhbəri, yaxud onun müavini; komissi- yanın üzvləri - baş mühasib, struktur bölmələrinin rəisləri, ictimaiyyətin nümayəndəsi.
Bununla yanaşı, bilavasitə əmlakın inventarlaşmasını aparmaq üçün aşağıdakı tərkibdə işçi komissiyası yaradılır:

  • komissiyanın sədri- inventarlaşmanı təyin edən təşkilatın rəhbərinin nümayəndəsi;

  • komissiyanın üzvləri- mütəxəssislər (iqtisadçılar, mühasibat şöbəsinin işçiləri, menecerlər, əmtəəşünaslar və s.).

İnventarlaşma komissiyanın tərkibinə təşkilatın daxili audit xidmətinin nümayəndəsini, habelə müstəqil auditor təşkilatının mütəxəssisini də daxil etmək olar.
Daimi fəaliyyətdə olan və işçi inventarlaşma komissiyasının fərdi tərkibi təşkilat rəhbərinin əmri, yaxud sərəncamı ilə təsdiq edilir.
Daimi fəaliyyətdə olan inventarlaşma komissiyasının vəzifələrinə aiddir:

  • işçi komissiyalarının təlimatlandırılması;

  • nəzarət qaydasında yoxlamaların aparması;

  • əksikgəlmələrə yol verən maddi-məsul şəxslərin izahatlarının araş- dırılması.

İşçi komissiyalar mal-material ehtiyatlarının və pul vəsaitlərinin inventarlaşmasını bilavasitə yerlərdə aparmalıdır. Təşkilatda təftiş komis- siyası olduqda və inventarlaşmanın həcmi böyük deyildirsə, onda bu işi həmin komissiyaya həvalə etmək olar. İnventarlaşma müddətində komis- siyanın üzvlərindən biri iştirak etmədikdə, onun nəticələrini etibarsız hesab etməyə əsas verir.
Əmlakın faktiki mövcudluğunun yoxlanılması maddi-məsul şəxsin bilavasitə iştirakı ilə həyata keçirilməlidir.
İnventarlaşma bir neçə mərhələdə aparılır:

  1. Hazırlıq mərhələsi. Bu mərhələdə maddi-məsul şəxs inventarlaşmanın keçiriləcəyi tarixə mədaxil və məxaric sənədlərinin aralıq reyestrlərini (son hesabatları) tərtib edir və onları inventarlaşma komissiyasına təqdim edir. Bu sənədlər inventarlaşmanın keçirildiyi tarixə mühasibat uçotunun hesabları üzrə müvafiq qalıqları müəyyənləşdirmək üçün əsas sayılır.

İnventarlaşma komissiyasının sədri reyestrə (son hesabata) əlavə edilən bütün mədaxil və məxaric sənədlərinə viza qoyur və “inventarlaşmayadək olan tarixi” göstərir. Maddi-məsul şəxsin verdiyi iltizamda qeyd olunur ki, inventarlaşma başlananadək əmlaka dair bütün mədaxil və məxaric sənədləri mühasibata, yaxud inventarlaşma komissiyasına təhvil verilmişdir. Daxil olan bütün əmlak və silinən əmlak sənədlərlə işlənmişdir.




  1. Yüklə 3,18 Mb.

    Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin