Sonmərhələ. İnv-26 formalı “İnventarlaşmanın nəticələrinin uçotu cədvəli”ni təşkilatın baş mühasibi və rəhbəri imzalayır və bu haqda müvafiq əmr verilir. Verilən əmr əsasında inventarlaşmanın nəticələrinə dair mühasibat müxabirləşmələri tərtib edilir və onlar mühasibat uçotu- nun müvafiq registrlərinə işlənir.
İnventarlaşma materiallarımühasibata verilir. İnventarlaşma zamanı əmlak üzrə uçotdan kənarlaşmaları əks etdirmək üçün üzləşdirmə (müqayisə)cədvəli tərtib edilir. İnventarlaşmanın nəticələri üzləşdirmə cədvəlində öz əksini tapır. İnventarlaşma fərqləri aşağıdakı qaydada tənzimlənir:
artıq gələn əsas vəsaitlər, materiallar, pul vəsaitləri və digər əmlak mədaxil olunur və müəssisənin maliyyə nəticələrinə aid edilir. Daha sonra artıq gəlmənin səbəbləri araşdırılır;
qanunvericilik qaydasında təsdiq edilən norma daxilində sərvətlərin əskik gəlməsi və xarab olması təbii itki kimi qiymətləndirilərək, müəssisə rəh- bərinin sərəncamı ilə ya istehsal xərclərinə, ya da tədavül xərclərinə silinir. İtki norması yalnız faktiki çatışmazlıq aşkarlandıqda tətbiq edilə bilər.
Material ehtiyatlarının, pul vəsaitlərinin və digər əmlakın çatışmazlığı, habelə təbii itki normasından artıq xarab olması günahkar şəxslərin hesabına yazlır. Əgər, günahkarları müəyyənləşdirmək mümkün deyil- dirsə, yaxud həmin məbləğin günahkar şəxsdən tutulmasını məhkəmə rədd edirsə, onda əksik gəlmə və xarab olmadan itkilər müəssisənin istehsal, yaxud tədavül xərclərinə aid edilir.
Növlərin qarışıq salınması nəticəsində artıq və əskik gəlmələrin qarşılıqlı məqbuluna müstəsna hallarda yol verilir.
İnventarlaşmanın nəticələri uçot və hesabatda onun başa çatdırıldığı ayda öz əksini tapmalıdır.
İnventarlaşma başa catdıqdan sonra onun aparılmasının düzgünlüyünə əmin olmaq üçün nəzarət qaydasında yoxlama keçirilə bilər. Belə yoxla- mada inventarlaşma komissiyasının üzvlərinin və maddi-məsul şəxslərin iştirakı vacibdir.
Nəzarət qaydasında yoxlamanın nəticələri aktla rəsmiləşdirilir və nəzarət qaydasında yoxlamanın uçotu kitabında qeydə alınır.