Balansın daxili qarşılıqlı əlaqəsi aşağıdakılardan ibarətdir:
balansın aktivinin bütün bölmələrinin məbləği passivin bütün böl- mələrinin məbləğinə hökmən bərabər olmalıdır. Belə bir bərəbərlik balansın özünün mahiyyətindən irəli gəlir;
xüsusi kapitalın ölçüsü dövriyyədənkənar aktivlərin kəmiyyətini üstələyir;
təşkilatın normal fəaliyyəti şəraitində dövriyyədənkənar aktivlərin kəmiyyəti borc vəsaitlərinin məbləğindən çox olmalıdır;
balansın quruluşu onun çox yüksək dərəcədə analitikliyini nümayiş etdirir. Belə bir analitiklik aktiv və passiv üzrə müxtəlif maddələr arasında qarşılıqlı əlaqəni müəyyənləşdirməyə şərait yaradır.
Göründüyü kimi, mühasibat balansının məzmununun ümumi xülasəsi onun istifadəçilərinə informasiyalar, hər şeydən əvvəl, mülkiyyətinin maliyyə sabitliyi barədə informasiyaları təqdim edir.
Mühasibat balansı aşağıdakı tələblərə cavab verməlidir:
Balansın düzgünlüyü (etibarlılığı):hesabat dövrü ərzində təşkilatın təsərrüfat fəaliyyətinin bütün faktlarını əks etdirən bütün sənədlər üzrə aparılan yazılışlar əsasında tərtib olunan balans düzgün sayılır. Balans məlu- matlarının əsaslandırılması, mühasibat hesablarında yazılışların, mühasibat hesablamalarının və inventarlaşmanın dəqiqliyi balansın düzgünlüyünün başlıca şərtləridir;
Balansgöstəricilərininsənədlərləəsaslandırılması: balansın düzgünlüyü sənədlərin tamlığı və keyfiyyəti ilə müəyyənləşdirilir. Əgər hesabat dövrünün təsərrüfat fəaliyyətinin faktları vaxtında sənədlərlə rəsmiləşdirilməmişdirsə, onda balans təşkilatın işinin həqiqi yekunlarını əks etdirə bilməz. Məsələn, materialların istehsala buraxılışının sənədlərlə gec, yaxud tam olmadan rəsmiləşdirilməsi məhsulların maya dəyəri və mənfəət məbləği haqqında məlumatların təhrif olunmasına gətirib çıxarır. Buna görə də təşkilatların rəhbərləri işçilərindən tələb etməlidirlər ki, onlar təsərrüfat fəaliyyətinin bütün faktları haqqında məlumatları öz vaxtında rəsmiyyətə salsınlar və mühasibata təqdim etsinlər;