Balansın vahidliyi: vahidlik dedikdə, balansın vahid prinsiplər və qiymətlər əsasında quurulması başa düşülür. Bu o deməkdir ki, təşkilatın bütün struktur bölmələrində mühasibat uçotunun vahid hesablar planı və onların müxabirləşməsi tətbiq edilməlidir. Qeyd olunan prinsiplərə əməl olunmadıqda, biz balansı tərtib edərkən, həmcins olmayan kəmiyyətləri cəmləmək məcburiyyətində qalırıq ki, bu da balansın dəqiqliyini azalda bilər.
Balansın varisliyi:bu prinsipə görə hər bir sonrakı balans özündən əvvəlki balansdan irəli gəlməlidir. Məsələn, keçən ilin son balansı hesabat ilinin ilk balansı olmalıdır. Əslində bunlar eyni balanslardır, lakin onlar müxtəlif dövrləri əhatə edir. Daha konkret desək, hesabat dövrünün sonuna olan məlumatlar növbəti hesabat dövrünün ilk məlumatları deməkdir.
Balansın aşkarlığı:balansın aşkarlığı dedikdə, onu tərtib edənlər və oxuyan bütün şəxslər üçün anlaşıqlı olması başa düşülür.
Mühasibat balansı illik maliyyə hesabatının tərkibinə daxil olan he- sabat formasıdır. Balansın başlıca fərqləndirici xüsusiyyətinə görə onun formaları və təqdim edilmə qaydaları “Maliyyə hesabatlarının təqdimatı üzrə” kommersiya təşkilatları üçün 1№-li MMUS vasitəsilə tənzimlənir. Bu Standart Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2006-cı il 18 aprel tarixli əmri ilə təsdiq edilmişdir.
Mühasibat balansının növləri və formaları
Mühasibat uçotunun mövcud nəzəriyyəsində və praktikasında müha- sibat balanslarının çoxsaylı növlərinə təsadüf olunur. Onlar məqsədlərinə və tərkibinə görə biri digərindən fərqlənir. Bu zaman mühasibat balanslarınıntəsnifatını aşağıdakı əlamətlər təşkil edir: