Kitab balansı Baş Kitabın hesablarının qalıqları əsasında cari uçot məlumatları vasitəsilə tərtib olunur.
Başbalanslar inventarlaşma materialları ilə təsdiq edildiyi zaman tərtib olunur.
İnventar balanslarımüxtəlif aktivlərin və öhdəliklərin siyahı məlu- matları əsasında tərtib edilir (məsələn, giriş balansı hüqüqi şəxsin sənədləri ilə təsdiqlənir).
Mülkiyyətformalarıüzrə balanslar aşağıdakı kimi fərqləndirilir:
dövlət müəssisələrinin balansları;
bələdiyyə təşkilatlarının balansları;
xüsusi mülkiyyət müəssisələrinin balansları;
qarışıq mülkiyyət formasıının balansları (səhmdar cəmiyyəti, təsərrüfat yoldaşlığı və s.);
ictimai təşkilatların balansları.
Ümumiləşdirmədərəcəsinəgörə balansları belə təsnifləşdirmək olar:
vahid balans;
icmal (konsolidə edilən) balans.
Vahidbalanslar bir təşkilatın, yaxud onun struktur bölməsnin maliyyə vəziyyətini açiqlayan informasiyaları əks etdirir.
İcmal(konsolidəedilən)balanslar ana və onun övlad müəssi- sələrinin aktivlərini və öhdəliklərini açıqlayan məlumatları ümumiləşdirir. Belə balanslar tərtib edildikdə, həmin qrupun aktivlərinin, öhdəliklərinin, gəlir və xərclərinin analoji maddələrinə münasibətdə vahid uçot siyasətinə istinad edilir.
Tərtibedilməvaxtınagörə balanslar belə fərqləndirilir:
giriş balansı;
cari balanslar (ilkin balans, aralıq balans, son balans);