Mənfəət və zərərlər haqqında hesabatın qurulması prinsipləri
Mənfəət və zərərlər haqqında hesabatın qurulmasının aşağıda göstə- rilən beşprinsipi mövcuddur:
xərclərin və gəlirlərin maddələrinin qarşılıqlı məqbuluna yol verilməməsi (maliyyənəticələrininbruttometoduiləhesablanmasıprinsipi);
ilkin xərclərin və gəlirlərin növlər üzrə bölüşdürülməsi (bölgüprinsipi);
istehsal, idarəetmə və təchizat sahəsində xərclərin meydana çıx- masının əks etdirilməsi (başverdiyisahələrüzrəmənfəətvəzərərlərhaqqındahesabatınqurulmasıprinsipi);
hesabat dövrünə münasibətdən asılı olaraq xərclərin və gəlirlərin hesabat dövründə meydana gəlməsinin əks etdirilməsi (dövrilikprinsipi);
əsas və sair fəaliyyətdən maliyyə nəticələrinin ayrılıqda göstərilməsi (nəticələrinayrılıqda göstərilməsiprinsipi).
Bu prinsiplərdən bəzilərini nəzərdən keçirək.
Maliyyənəticələrininbruttometoduiləhesablanmasıprinsipi. Brutto metodundan istifadə edildikdə bütün xərclər və gəlirlər tam həcmdə və qarşılıqlı məqbulsuz əks etdirilir. Netto metodu isə əksinə, həmcins xərc- ləri və gəlirləri müxtəlif işarələrlə cəmləməyə yol verir. Maliyyə nəticələrinin yalnız brutto metodu ilə hesablanması Ticarət Məcəlləsinin təşkilatın gəlirliliyinə dair tələblərini təmin edə bilir.
Bölgü prinsipi. Xərclərin və gəlirlərin ilkin və təkrar qaydada böl- güsü onların xarakterindən irəli gəlir. Bu prinsipdən aydın olur ki, hesabat dövrünün bütün ilkin və təkrar xərcləri və gəlirləri müəyyən qaydada struktura malik olmalıdır. İlkin gəlirlərə satışdan alınan vəsait, faizlərdən götürülən gəlirlər, habelə maliyyə qoyuluşundan gəlirlər aiddir. Sair gəlirlər özlüyündə təkrar gəlirləri qeydə alır. Belə gəlirlər hesablama təbiətinə malikdir və dəyərə düzəliş edilməsi qismində təzahür edir (məsələn, əsas vəsaitlərin qiymət artımı). İlkin xərclər dedikdə, üçüncü tərəfdən alınan xammalın, malların və xidmətlərin dəyəri başa düşülür. Bunlar təşkilatın təsərrüfat prosesində ilk dəfə çıxış edir. Kənardan alınan mallar və xid- mətlərlə əlaqədar xərclər nə zaman ki, digər mallara çevrilir (xüsusi məhsullar), yalnız bundan sonra maliyyə nəticələrinə aid edilir. Daha sonra maliyyə nəticələrinə aid edilməklə (məsələn, özünün hazırladığı avadanlığın qurulmasına görə amortizasiya) təkrar xərclər kimi uçota alınır. Bu prinsip tətbiq edilmək üçün məcburi sayılmır. İlkin xərclər, metodlarda həm ümumi, həm də müstəqim xərclər kimi nəzərdə tutulur. İlkin və təkrar xərc- lər yalnız mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.