Mühasibat balansının maddələrinin qiymətləndirilməsi xüsusiyyətləri
Müəssisənin mühasibat balansında uzunmüddətli və qısamüddətli ak- tivlər və öhdəliklər ayrı-ayrılıqda əks etdirilməlidir.
Aşağıdakı hallarda aktivlər qısamüddətli kimi təsnifləşdirilir:
müəssisənin normal əməliyyat dövründə satılmaq və ya istifadə üçün saxlanıldıqda;
əsasən alqı-satqı məqsədləri üçün və ya qısa müddət ərzində sax- lanıldıqda və onların hesabat tarixindən 12 ay müddətində pul və ya pul ekvivalentlərinə çevrilməsi ehtimal olunduqda;
istifadəsinə məhdudiyyət qoyulmayan pul vəsaiti və ya onun ekvıvalenti formasında olduqda.
Hesabat tarixindən sonra 12 ay ərzində pul və pul ekvivalentlərinə çevrilməsi gözlənilən qiymətli kağızlar qısamüddətli aktivlər kimi təsnif- ləşdirilir. Digər hallarda onlar uzunmüddətli aktivlər kimi qeydə alınır.
Aşağıdakı hallarda öhdəliklər qısamüddətli öhdəliklər kimi təsnif- ləşdirilir:
müəssisənin normal əməliyyat dövründə onların ödənilməsi nəzərdə tutulduqda;
hesabat tarixindən etibarən 12 ay ərzində ödənilməli olduqda.
Bütün diğər hallarda öhdəliklər uzunmüddətli öhdəliklər kimi qeydə alınır.
Yeni mühasibat balansının “Aktivlər” hissəsi iki bölməni əhatə edir:
uzunmüddətli aktivlər;
qısamüddətli aktivlər.
Balansın “Passiv” hissəsi isə üç bölmədən ibarətdir:
kapital;
uzunmüddətli öhdəliklər;
qısamüddətli öhdəliklər.
Balansın “Uzunmüddətliaktivlər” bölməsində aşağıdakı maddələr qeydə alınır:
Qeyri-maddi aktivlər;
Torpaq, tikili və avadanlıqlar;
Daşınmaz əmlaka investisiyalar;
Bioloji aktivlər;
Təbii sərvətlər;
İştirak payı metodu ilə uçota alınmış investisiyalar;
Təxirə salınmış vergi aktivləri;
Uzunmüddətli debitor borcları;
Sair uzunmüddətli maliyyə aktivləri;
Sair uzunmüddətli aktivlər.
Balansın “Qısamüdddətliaktivlər” bölməsində aşağıdakı maddələr qeydə alınır:
Ehtiyatlar;
Qısamüddətli debitor borcları;
Pul vəsaitləri və onların ekvivalentləri;
Sair qısamüddətli maliyyə aktivləri;
Sair qısamüddətli aktivlər.
Balansın “Kapital” bölməsində aşağıdakı maddələr qeydə alınır:
Ödənilmiş nominal (nizamnamə) kapitalı
Emissiya gəliri
Geri alınmış kapital (səhmlər)
Kapital ehtiyatları
Bölüşdürülməmiş mənfəət (ödənilməmiş) zərər
Balansın “Uzunmüddətliöhdəliklər” bölməsində aşağıdakı maddələr qeydə alınır:
Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər
Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər
Təxirə salınmış vergi öhdəlikləri
Uzunmüddətli kreditor borcları
Sair uzunmüddətli öhdəliklər
Balansın “Qısamüddətliöhdəliklər” bölməsində aşağıdakı maddələr qeydə alınır:
Qısamüddətli faiz xərcləri
Qısamüddətli qiymətləndirilmiş öhdəliklər
Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər
Qısamüddətli kreditor borcları
Aktivlərin, öhdəliklərin, gəlirlərin və xərclərin qiymətləndirilməsi həqiqi (ilk) dəyərlə yerinə yetirilir. İnformasiyaların mühasibat uçotunda yararlılığını təmin etmək üçün sözügedən obyektləri aşağıdakı qaydada qiymətləndirmək nəzərdə tutulur: