Maliyyə hesabatı


Aqreqasiya olunan balansın sxemi



Yüklə 3,18 Mb.
səhifə38/124
tarix24.12.2023
ölçüsü3,18 Mb.
#193062
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   124
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Aqreqasiya olunan balansın sxemi



AKTİV

PASSİV

1. Əmlak

1. Əmlakın mənbələri

1.1. Səfərbər edilən aktivlər

1.1. Xüsusi kapital

1.2. Mobil dövriyyə aktivləri

1.2. Borc kapitalı

1.2.1. Ehtiyatlar və xərclər

1.2.1. Uzunmüddətli öhdəliklər

1.2.2. Debitor borcları

1.2.2. Qısamüddətli kreditlər və
borclar

1.2.3. Pul vəsaitləri və onun
ekvivalenti

1.2.3. Kreditor borcları

Analitik balansın yuxarıda verdiyimiz sxemindən istifadə etməklə, təşkilatın maliyyə vəziyyətinin bir sıra mühüm xarakteristikasını əldə etmək mümkündür:



    • müəssisənin əmlakının ümumi dəyəri;

    • əsas və sair dövriyyədənkənar aktivlərin dəyəri;




    • dövriyyə vəsaitlərinin dəyəri;

    • material dövriyyə vəsaitlərinin dəyəri;

    • debitor borclarının kəmiyyəti;

    • sərbəst pul vəsaitlərinin məbləği;

    • xüsusi kapitalın dəyəri;

    • borc kapitalının kəmiyyəti;

    • əsas vəsaitlərin və digər dövriyyədənkənar aktivlərin formalaşması üçün nəzərdə tutulan uzunmüddətli kreditlərin və borcların kəmiyyəti;

    • dövriyyə aktivlərinin formalaşması üçün nəzərdə tutulan qısamüd- dətli kreditlərin və borcların kəmiyyəti;

    • kreditor borclarının kəmiyyəti.

Müəssisə hər bir təqdim edilən maddənin mühasibat balansında və ya onun qeydlərində müəssisənin əməliyyatlarına müvafiq olaraq təsnifləş- dirilən yarımmaddələrə bölünməsini açıqlamalıdır. Hər bir maddə mahiy- yətinə görə yarımmaddələrə bölünür. Bu zaman əsas təsərrüfat cəmiyyəti və bütün törəmə cəmiyyətləri, asılı müəssisələr və digər əlaqəli tərəflərdən alınmalı və ödənilməli məbləğlər ayrıca açıqlanmalıdır.
Mühasibat balansı və qeydlərdəki məlumatların təfərrüatı ilə açıqlan- ması Milli Mühasibat Uçotu Standartlarının tələblərindən, eləcə də gös- tərilən maddələrin xarakterindən, funksiyalarından və onların məbləğlərinin həcmindən asılıdır.



Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin