Nəticələrin bölgüsü prinsipi. Mənfəət və zərərlər haqqında hesabat nəticələrin bölgüsü prinsipi əsasında qurulur. Xərclər və gəlirlər elə bölüşdürülməlidir ki, maliyyə nəticələrinin əsas və sair tərkib hissələri fərq- ləndirilə bilinsin. Belə bir bölgü təşkilatın hesabatının kənar istifadəçilərinə alınmış nəticələri təsadüfi amillərdən təmizləməyə imkan verir.
Nəticələrin bölgüsü iki meyar əsasında həyata keçirilir: müntəzəmlik meyarı ümumi maliyyə nəticələrini əsas və sair fəaliyyətin nəticələrinə bölür; digər tərəfdən təsərrüfat fəaliyyətinin növlərinə münasibət meyarı isə
əsas fəaliyyətin maliyyə nəticələrini istehsal (kommersiya) və maliyyə fəaliyyətinin nəticələrinə bölür.
Azərbaycanda və beynəlxalq praktikada mənfəət və zərərlər haqqında hesabatın qurulması sxemləri
Azərbaycan və dünya praktikasında mənfəət və zərərlər haqqında hesabat tərtib edildikdə iki metoddan istifadə edilir:
hesablama metodu;
müstəqim xərclər metodu
Azərbaycanda mərkəzləşdirilmiş planlı iqtisadiyyat dövründə hər iki metoddan istifadə olunurdu, belə ki, əmək ödənişi üzrə hesablaşmalara münasibətdə hesablama metodu tətbiq edilirdi. Eyni zamanda məhsul satışından gəlirlər müəyyənləşdirildikdə kassa metoduna üstünlük verilirdi. İqtisadiyyatın yenidən qurulması və birgə müəssisələrin təşəkkül tapmasının başlanması ilə əlaqədar bilavasitə kassa metodunun tətbiqi daha sərt tənqidlərə məruz qaldı. Bu metodu ən çox Qərb mütəxəssisləri və biznes üzrə partnyorlar tənqid edirdilər. 90-cı illərin axırlarında satışdan gəlirlərin müəyyənləşdirildiyi zaman hesablama metodunun tətbiqinə birgə müəs- sisələrdə icazə verildi. 1992-ci ildən isə bu qayda bütün müəssisələrə şamil olundu.
Mühasibat Uçotunun Milli Standartlarına görə hesablama metodunun tətbiqi hazırda üstünlük təşkil edir. Eyni zamanda kassa metodundan istifadə olunması da istisna olunmur.
Qeyd etmək lazımdır ki, təşkilat eyni zamanda mənfəət və zərərin ta- nınmasında hər iki metoddan eyni vaxtda istifadə etmək hüququna malikdir. Bunun üçün müəssisənin uçot siyasətində müəyyən açıqlamalar verilməsi məqsədəuyğundur.
Mənfəət və zərərlər haqqında hesabatın forması Respublika Maliyyə Nazirliyi tərəfindən 2006-cı il 18 fevral tarixində təsdiq edilmişdir.
Beynəlxalq praktikada, məsələn, Almaniyada mənfəət və zərərlər haqqında hesabatı həm hesab formasında, həm də qalıq cədvəli formasında tərtib etmək olar. Mənfəət və zərərlər hesabında xərclər və gəlirlər biri- digərilə üzləşdirilir. Hesabın kreditində gəlirlər, debetində isə xərclər qeydə
alınır. Əgər gəlirlər xərcləri üstələyirsə, hesabın kredit qalığı mənfəəti göstərir. Əks halda zərər hesabın debet qalığını göstərir. Mənfəət və zərərlər hesabının nümunəsi aşağıdakı cədvəldə verilmişdir (cədvəl 4.1).
Cədvəl 4.1
Dostları ilə paylaş: |