İlkin dəyərə əsaslanan maliyyə hesabatları
Hesabat tarixinə qüvvədə olan qiymətləndirmə vahidləri ilə əks et- dirilməyən balans məbləğləri onlara ümumi qiymət indeksi tətbiq olunmaqla düzəldilir.
Pul maddələrinə düzəliş edilmir, belə ki, onlar artıq qüvvədə olan pul vahidləri ilə əks etdirilmişdir. Pul maddələrinə mövcud olan pul vəsaitləri və pul vəsaitləri ilə ödəniləcək və ya alınacaq maddələr aiddir.
Razılaşma əsasında qiymət dəyişiklikləri ilə bağlı olan aktiv və öhdəliklərə hesabat tarixində ödənməyən qalığın müəyyən olunması məqsədilə, razılaşmaya əsasən düzəliş edilir. Bu maddələr yenidən təqdim olunan balans hesabatında düzəldilmiş məbləğləri ilə əks etdirilir.
Bütün digər aktivlər və öhdəliklər qeyri-monetar maddələrdir. Bəzi qeyri-monetar maddələr, satışın mümkün xalis dəyəri və ya bazar dəyəri kimi hesabat tarixində olan məbləğlər ilə uçota alınır və bu səbəbdən onlara düzəliş edilmir. Bütün digər qeyri-monetar maddələr yenidən təqdim olunur. Qeyri-monetar maddələrin əksəriyyəti ilkin dəyəri və köhnəlmə çıxılmaqla ilkin dəyəri ilə uçota alınır. Bu səbəbdən onlar alış tarixinə olan məbləğləri ilə əks etdirilir. Hər maddə üzrə ilkin dəyərin və ya köhnəlmə çıxılmaqla ilkin düzəldilmiş məbləği, onun ilkin dəyəri və ya yığılmış amortizasiyanın cəminə alış tarixindən hesabat tarixinə qədər qiymətlərin ümumi indeksində baş verən dəyişiklik məbləğinin tətbiq edilməsi ilə müəyyən edilir. Bu səbəbdən torpaq, tikinti və avadanlıqların, investisiya- ların, xammal və mal ehtiyatlarının, qudvilin, patentlərin, ticarət markala- rının və analoji aktivlərin dəyəri, onların alış tarixindən etibarən yenidən
təqdim olunur.
Torpaq, tikili və avadanlıqların ayrı-ayrı obyektlərinin alış tarixi haqqında dəqiq məlumat mövcud olmaya, onların qiymətləndirilməsi isə mümkün olmaya bilər. Belə nadir hallarda 30№-li Standartın tətbiqinin ilk mərhələsində, onların yenidən tətbiq olunması üçün əsas kimi müstəqil peşəkar qiymətləndirmənin istifadə olunması tələb oluna bilər.
Bəzi qeyri-monetar maddələr, məsələn, daha erkən tarixə yenidən qiymətləndirilən torpaq, tikili və avadanlıqlar alış və ya hesabat tarixində qüvvədə olan məbləğlərdən fərqli məbləğlərlə uçota alınır. Belə hallarda balans dəyəri yenidən qiymətləndirmə tarixindən yenidən təqdim olunur.
Qeyi-monetar maddənin yenidən təqdim olunmuş məbləği, aktivin gələcək istifadəsi hesabına (satış və ya digər xaricolma daxil edilməklə) bərpa edilən məbləğdən artıq olarsa, müvafiq Standartlara uyğun olaraq azaldılır. Bu səbəbdən belə hallarda torpaq, tikili və avadanlıqların, qud- vilin, patentlərin və ticarət markalarının yenidən təqdim edilmiş məbləğləri bərpa edilən məbləğə qədər, mal-material ehtiyatlarının yenidən təqdim olunmuş məbləğləri satışın mümkün xalis dəyərinə qədər və qısamüddətli investisiyaların yenidən təqdim olunmuş məbləğləri bazar qiymətlərinə qədər azaldılır.
İştirak payı metoduna əsasən uçota alınan investisiya obyekti he- sabatda hiperinflyasiya şəraitində olan ölkənin valyutası ilə təqdim oluna bilər. Bu investisiya obyektinin balansı və mənfəət və zərərlər haqqında hesabatı, investorun onun xalis aktivlərində və əməliyyat nəticəsində payı- nın hesablanması məqsədilə yenidən təqdim olunur. İnvestisiya obyektinin yenidən təqdim olunan maliyyə hesabatları xarici valyuta ilə əks etdiril- dikdə, onlar hesabat dövrünün sonuna olan məzənnəyə əsasən konvertasiya olunur.
İnflyasiyanın təsiri adətən borclar üzrə məsrəflərdə tanınır. Borc vəsaitləri ilə müəyyənləşdirilən kapital xərclərinə düzəliş etmək və eyni zamanda borc vəsaitlərinin həmin dövr ərzində inflyasiyanı kompensasiya edən hissəsini kapitallaşdırmaq məqsədəuyğun deyil. Borc məsrəflərinin bu hissəsi onların çəkildiyi dövrdə xərc kimi tanınır.
Müəssisə aktivləri, əlavə faizlər hesablanılmadan ödəmənin təxirə salınmasına yol verən anlaşma əsasında əldə edə bilər. Faiz məbləğinin hesablanması məqsədəuyğun olmadığı hallarda bu aktivlərin məbləği alış tarixindən deyil, ödəniş tarixindən etibarən yenidən təqdim olunur.
30№-li Standartın ilk dəfə tətbiq edildiyi dövrün başlanğıcında, mülkiyyətçilərin kapitalının komponentləri, bölüşdürülməmiş mənfəət və yenidən qiymətləndirmə üzrə ehtiyat istisna olmaqla, bu komponentlərin qoyulduğu və ya hansı digər yolla yarandığı müvafiq tarixlərdən ümumi qiymət indeksinin tətbiqi vasitəsilə yenidən təqdim olunur. Əvvəlki dövr- lərdə yaranmış yenidən qiymətləndirmə üzrə hər hansı ehtiyat çıxarılır. Yenidən təqdim olunmuş bölüşdürülməmiş mənfəət yenidən təqdim olunan balans hesabatının bütün digər məbləğləri əsasında müəyyən edilir.
İlk dövrün sonunda və sonrakı dövrlərdə kapitalın bütün kompo- nentləri dövrün başlanğıcından, əgər bu daha gec tarix olarsa, onların qo- yulduğu tarixdən ümumi qiymət indeksinin tətbiqi vasitəsilə yenidən təqdim olunur. Dövr ərzində kapitalda baş verən dəyişikliklər «Kapitalda dəyi- şikliklər haqqında hesabat üzrə» 2№-li MMUS-ə uyğun olaraq açıqlanır.
Dostları ilə paylaş: |