FƏSİL. HİPERİNFLYASİYA ŞƏRAİTİNDƏ MALİYYƏ HESABATLARI
«Hiperinflyasiya şəraitində maliyyə hesabatları üzrə» 30№-li Milli Mühasibat Uçotu Standartının tətbiq olunduğu sfera
İlkin dəyərə əsaslanan maliyyə hesabatları
Hiperinflyasiya şəraitində balans maddələrinin yenidən nəzərdən keçirilməsi
Xalis monetar maddələr üzrə mənfəət və zərərlər haqqında hesabatın yenidən nəzərdən keçirilməsi
Xalis monetar maddələr üzrə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları
Maliyyə hesabatında informasiyaların açıqlanması
«Hiperinflyasiya şəraitində maliyyə hesabatları üzrə» 30№-li Milli Mühasibat Uçotu Standartının tətbiq olunduğu sfera
«Hiperinflyasiya şəraitində maliyyə hesabatları üzrə» 30№-li Milli Mühasibat Uçotu Standartı 2009-cu il yanvar ayının 13-də Respublika Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmişdir. Adı çəkilən Standart «Hiper- inflyasiya şəraitində maliyyə hesabatları» adlı 29№-li Mühasibat Uçotunun Beynəlxalq Standartı əsasında hazırlanmışdır.
Bu Standartın məqsədi hiperinflyasiya şəraitində maliyyə hesabat- larının təqdim edilməsi üçün qəbul olunacaq metodların müəyyənləş- dirilməsidir.
30№-li Standart əməliyyat valyutası hiperinflyasiya şəraitində olan iqtisadiyyatda müəssisənin maliyyə hesabatlarına, o cümlədən konsolidə edilmiş maliyyə hesabatlarına tətbiq edilməlidir. Bu standart inflyasiyanın hiperinflyasiyaya keçdiyi mütləq dərəcəni müəyyən etmir. Maliyyə hesa- batlarının bu Standarta uyğun olaraq nə vaxt yenidən təqdim edilməli oldu- ğunun müəyyən olunması subyektiv qərardır. Hiperinflyasiyanın mövcud olduğunu ölkənin iqtisadi şəraitinin xarakteristikaları göstərir. Bu xarakte- ristikalara digərləri ilə yanaşı, aşağıdakılar aiddir:
Əhali, ümumiyyətlə, vəsaitlərini qeyri-monetar aktivlərində və ya nisbətən möhkəm xarici valyutada saxlamağa üstünlük verir. Yerli valyu- tada olan pul məbləğləri alıcılıq qabiliyyətinin saxlanılması məqsədilə, dərhal investisiya olunur;
Əhali, özünün pul məbləğlərini yerli valyutada deyil, nisbətən möhkəm xarici valyutada nəzərdən keçirir. Qiymətlər də həmin valyutada göstərilə bilər;
Kreditlə alış və satış əməliyyatları kreditin verildiyi müddət ərzin- də, hətta bu müddət qısa olsa da, gözlənilən alıcılıq qabiliyyətinin düşməsini kompensasiya edəcək qiymətlər əsasında həyata keçirir;
faiz dərəcələri əməkhaqlarına və qiymət indekslərinə bağlıdır;
üçillik məcmu inflyasiya dərəcəsi 100 faizə yaxın və ya ondan artıqdır.
Hiperinflyasiya şəraitində olan eyni ölkənin valyutasında hesabat verən bütün müəssisələrin 30 №-li Standartı eyni tarixdən tətbiq etməsi məqsədəuyğun olardı. Buna baxmayaraq, həmin Standart valyutasında hesabat verdiyi ölkədə hiperinflyasiyanın mövcud olduğunu göstərdiyi hesabat dövründən başlayaraq istənilən müəssisənin maliyyə hesabatlarına tətbiq olunur.
Maliyyə hesabatları ilkin dəyər əsasında ümumi qiymət səviyyəsində dəyişikliklər və ya yenidən qiymətləndirilə bilən torpaq, tikili və avadan- lıqlar və investisiyalar istisna olmaqla, mövcud aktivlərin müəyyən qiymətlərində artırmaq nəzərə alınmadan tərtib olunur.
Bu Standart Maliyyə hesabatlarını hiperinflyasiya şəraitində olan iqtisadiyyatın valyutasında hazırlayan müəssisələrin maliyyə hesabatlarına tətbiq edilir. Standartda tələb olunan məlumatların yenidən tərtib olunmayan maliyyə hesabatlarına əlavə olaraq təqdim olunmasına icazə verilmir. Bundan əlavə, maliyyə hesabatlarının yenidən tərtib olunmadan əvvəl ayrıca təqdim olunmasına yol verilmir.
Əməliyyat valyutası hiperinflyasiya şəraitində olan iqtisadiyyatda müəssisənin maliyyə hesabatları, onların ilkin dəyər və ya cari dəyərə əsaslanmasından asılı olmayaraq, hesabat tarixində qüvvədə olan qiymət- ləndirmə vahidləri ilə əks etdirilməlidir. «Maliyyə hesabatlarının təqdimatı üzrə» 1№-li MMUS-də tələb olunan əvvəlki dövrlər üzrə müvafiq rəqəmlər və əvvəlki dövrlər ilə əlaqədar hər hansı məlumat, həmçinin hesabat
tarixində qüvvədə olan qiymətləndirmə vahidləri ilə təqdim olunmalıdır. Muqayisəli məbləğlərin başqa təqdimat valyutasında əks etdirilməsi məqsədilə «Xarici valyuta məzənnələrində dəyişikliklərin uçotu üzrə» 22№- li MMUS tətbiq olunur.
Xalis monetar maddələr üzrə mənfəət və ya zərər mənfəət və zərərlərə daxil edilməli və ayrıca açıqlanmalıdır.
Maliyyə hesabatlarının 30№-li Standarta uyğun olaraq yenidən təq- dim olunması müəyyən prosedurların tətbiq olunmasını, o cümlədən subyektiv qərarların qəbul edilməsini tələb edir. Onların dövrlər üzrə ardıcıl tətbiqi yenidən təqdim olunan maliyyə hesabatlarına daxil edilən son məbləğlərin dəqiqliyindən daha vacibdir.
Müxtəlif qəbildən olan hadisələrin (məsələn, iqtisadi, sosial, siyasi və s.) təsiri altında vaxt ötdükcə, qiymətlər dəyişikliyə məruz qala bilər. İnflyasiyanın təsiri altında pul vəsaitlərinin alıcılıq qabiliyyəti bütövlükdə tərəddüd edir. Qiymətlərin tərəddüdü yalnız aktivlərin bəzi növlərinə və pul vəsaitlərinin alıcılıq qabiliyyətinin ümumi səviyyəsinə təsir göstərə bilər.
Misal. Təşkilat depozit hesabına 1500 min man. məbləğində illik 12% dərəcəsilə pul vəsaiti yerləşdirmişdir. Təşkilat ilin axırında həmin pul vəsaitindən ofset çap formasını hazırlamaq üçün mini-kompleksini və yüksək çap üzrə poliqrafiya kompleksini əldə etməyi nəzərdə tutur. Pul vəsaitinin qoyulduğu tarixə ofset çap formasında hazırlamaq üçün nəşriyyat mini-kompleks vahidinin dəyəri 600 min man. təşkil etmişdir. Yüksək çap üzrə poliqrafiya kompleksinin dəyəri isə 1000 min manat olmuşdur. Nə- zərdən keçirilən dövr ərzində qiymət indeksi dəyişikliyə uğramamışdır. Ofset çap formasını hazırlamaq üçün nəşriyyat mini kompleksinin pəra- kəndə qiyməti 400 min manatadək azalmış, yüksək çap üzrə poliqrafiya kompleksinin dəyəri isə 1500 min manata qədər artmışdır. İlin axırına depozitdə olan məbləğ 1680 min man. (1500 min man. x 12,0 %) təşkil etmişdir. Buradan görünür ki, konkret olaraq, planlaşdırılan satınalma üçün vəsait kifayət deyildir (1500 min man. + 400 min man.) = 1900 min man.
30№-li MMUS-ə uyğun olaraq, təşkilatın maliyyə nəticələrini və maliyyə vəziyyətini əks etdirən informasiyalar ölkə iqtisadiyyatının hiperin- flyasiyası şəraitində istifadəçilər üçün faydasızdır. Belə ki, inflyasiyanın yüksək sürətinin təsiri altında pul vəsaitləri əvvəlki dövrlə müqayisədə özünün alıcılıq qabiliyyətini itirir. Buna görə də təşkilatın maliyyə nəticə-
lərini və maliyyə vəziyyətini əks etdirən informasiyalarda düzəliş aparmaq və göstəriciləri müqayisəli görünüşə gətirmək lazımdır.
Misal. Əvvəlki dövr ərzində təşkilat 1000 min man. məbləğində xalis mənfəət əldə etmişdir. Hesabat dövrü ərzində xalis mənfəətin məbləği 1500 min manata bərabər olmuşdur. Riyazi nöqteyi-nəzərdən xalis mənfəətin məbləği 500 min man. (1500 min man. -1000 min man.) çoxalmışdır. Nə- zərdən keçirdiyimiz dövrlər ərzində inflyasiyanın sürəti 70% təşkil etmişdir. Müvafiq surətdə pul vəsaitlərinin alıcılıq qabiliyyəti aşağı düşmüşdür. Göstəriciləri müqayisəyə gətirmək üçün əvvəlki ilin xalis mənfəətində cari ilin inflyasiya sürəti ilə əlaqədar düzəliş aparmaq lazımdır. Düzəliş məbləği 700 min man. (1000 min man. x 70%) təşkil edir. Yenidən hesablamanı nəzərə alsaq, xalis mənfəət məbləği 200 min man. (1700 min man.- 1500 min man.) azalmışdır.
İnflyasiya sürəti hiperinflyasiya mərhələsinə keçdikdə onun mütləq əhəmiyyəti Standartda müəyyənləşdirilməmişdir. 30№-li MMUS-ə uyğun surətdə maliyyə hesabatlarında düzəliş edilməsi haqqında verilən qərar subyektiv məna daşıyır.
Hiperinflyasiyanın mövcudluğu aşağıdakı qaydada xarakterizə
olunur:
Əhali, qaydaya görə özünün pul yığımını qeyri-pul formasında,
yaxud nisbətən stabil xarici valyuta ilə qoruyur;
Əhali, qaydaya görə özünün pul yığımını ölkənin milli valyutası ilə deyil, stabil xarici valyuta ilə qoruyur. Milli valyuta ilə məbləğ, onun alıcılıq qabiliyyətini identifikasiya etmək üçün daha stabil xarici valyuta ilə qiymətləndirilir;
Satış, kreditlə alışa bərabər surətdə kreditin verildiyi müddətdə onun alıcılıq qabiliyyətinin ehtimal olunan itkisi qiymətilə əvəzlənir (hətta kreditin müddəti qısa olduğu hallarda da);
əməkhaqqı, qiymətlər və faiz dərəcələri qiymət indeksləri nəzərə alınmaqla düzəlişə məruz qalır;
üç il ərzində inflyasiyanın ümumi artımı 120%-ə yaxınlaşır, yaxud onu üstələyir.
Maliyyə hesabatında hiperinflyasiya mərhələsində olan ölkənin valyutası əsasında düzəliş aparmaq mühakimələrin formalaşması prosesində müəyyən fəaliyyət göstərilməsini və subyektiv fikirlər irəli sürülməsini
tələb edir. Belə bir amil vacibdir ki, bütün təşkilatlar göstəricilərdə düzəliş apardıqda vahid yanaşma tətbiq etsinlər:
maliyyə hesabatı hesabat tarixinə qüvvədə olan uçot valyutası ilə tərtib edilməlidir;
30№-li MMUS-in tətbiqi dövrünün başlanğıcı ölkədə hiperinflya- siyanın müəyyənləşdirildiyi dövrlə üst-üstə düşməlidir;
hiperinflyasiya şəraitində olan ölkənin valyutası ilə hesabat tərtib edən təşkilatların bilavasitə eyni tarixdən etibarən MMUS-i tətbiq etmələri məqsədəuyğun olardı.
Təşkilatlar maliyyə hesabatlarını faktiki dəyər əsasında tərtib edə bilər. Bu halda qiymətlərin ümumi səviyyəsinin, yaxud müxtəlif aktivlərin dəyişikliyə uğraması nəzərə alınmır (bəzi istisnalar olmaqla). Məsələn, əsas vəsaitlər, qeyri-maddi aktivlər, yaxud investisiyalar. Təşkilatlar, həmçinin aktivlərin bərpa dəyərini və onların dəyərindəki dəyişiklikləri nəzərə almaqla özlərinin maliyyə hesabatlarını tərtib edə bilərlər. İqtisadiyyatı hi- perinflyasiya şəraitində olan ölkənin valyutası əsasında maliyyə hesabatla- rının yenidən nəzərdən keçirilməsi qaydası, onun hansı əsasda hazırlan- masından asılıdır.
Maliyyə hesabatında düzəliş ümumi qiymət indeksinin tətbiqi ilə həyata keçirilməlidir. Bu indekslər daha çox qəbul ediləndir. Belə ki, həmin indekslər ümumi alıcılıq qabiliyyətində baş verən dəyişiklikləri əks etdirir, eyni zamanda malların, iş və xidmətlərin əksəriyyəti üçün qiymətlərin tərəddüd etməsinin geniş səpgisini əhatə edir. Qeyd olunan indekslər üçün qaydaya görə dövlət səviyyəsində müntəzəm hesablamalar, ümumi yanaşma, vahid göstəricilər əsasında hesablamalar, davamlı tətbiq olunma imkanları və s. xarakterikdir.
Əgər, göstəricilərinin düzəlişə ehtiyacı olan müxtəlif dövrlər üçün ümumi qiymət indeksi yoxdursa, digər indeksdən, yaxud başqa üsullardan istifadə edilməsi zəruridir (məsələn, hesabatın tərtib olunduğu valyuta ilə mübadilə məzənnəsi arasında dəyişikliyə əsaslanan qiymətlərin tətbiqi). Həmçinin müstəqil peşəkar qiymətləndirən mütəxəssislərin cəlb olunması imkanları da nəzərdən qaçırılmamalıdır.
Maliyyə hesabatlarında, o cümlədən balansda, mənfəət və zərərlər haqqında hesabatda, eləcə də pul vəsaitlərinin hərəkəti haqqında hesabatda bütün maddələr hesabat tarixinə qüvvədə olan ölçü vahidləri ilə verilməlidir.
Dostları ilə paylaş: |