Konseptual Əsaslar ilə Mühasibat Uçotunun Beynəlxalq Standrtları və
Maliyyə Hesabatlarının Beynəlxalq Standartları arasında ziddiyyətin
mövcud olduğu hallarda, bu standartların tələbləri Konseptual Əsasların
tələbləri üzərində üstünlük təşkil edir.
Bununla yanaşı, MUBSK-nın İdarə heyəti tərəfindən Konseptual
Əsaslarda yeni standartların işlənib hazırlanması və mövcud standartların
təkmilləşdirilməsi üzrə istiqamətlərin müəyyən edilməsi konsepsiyalar
həmin standartların tətbiqi praktikasına, həbelə bununla bağlı illərlə
toplanmış təcrübələrin nəticələrinə əsaslandırdığı üçün sözügedən
standartlardan fərqli olaraq bu Konseptual Əsaslara müvafiq düzəliçlərin,
dəyiçikliklərin həyata keçirilməsinə dair prosedurlar daha uzunmüddətlidir.
Belə olan təqdirdə Konseptual Əsaslar ilə Mühasibat Uçotunun Beynəlxalq
Standartları və Maliyyə Hesabatlarının Beynəlxalq Standartları arasındakı
mövcud olan ziddiyətlərin azaldılması istiqamətində zaman keçdikcə İdarə
heyəti tərəfindən müvafiq düzəliçlərin, düzəlişlərin keçirilməsi nəzərdə
tutulur.
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununun
tələblərinə əsasən Maliyyə hesabatları üzrə Konseptual Əsasların əhatə
dairəsi mülkiyyət formasından asılı olmayaraq hesabat təqdim edən bu
Qanunla müəyyən olunmuş kommerisya təşkilatlarına şamil olunur.
Dostları ilə paylaş: