Maliyyə sisteminin inkişafına maliyyə siyasətinin mahiyyəti


Dövlətin maliyyə siyasətinin əsas istiqamətləri



Yüklə 29,51 Kb.
səhifə3/3
tarix02.01.2022
ölçüsü29,51 Kb.
#42342
1   2   3
Maliyyə

Dövlətin maliyyə siyasətinin əsas istiqamətləri

Maliyyə siyasətinin əsas istiqamətləri aşağıdakılardır: fiskal siyasəti (büdcə-vergi) pul-kredit siyasəti, gömrük siyasəti, qiymət siyasəti, valyuta siyasəti, beynəlxalq maliyyə siyasəti.

Fiskal siyasət – hökümətin makroiqtisadi məqsədlərə nail olunması üçün dövləti vergilər və xərclər üzrə məqsədyönlü fəaliyyətidir. Fiskal siyasət maliyyə siyasətinin ən mühüm tərkib hissəsi və ya istiqamətlərindən biridir. Büdcə-vergi siyasəti büdcə gəlirlərinin və xərclərinin formalaşmasının kəmiyyət parametrlərinin və əsas vəzifələrinin müəyyənləşdi-rilməsi, dövlət borcunun idarə edilməsi üzrə dövlətin məqsədyönlü fəaliyyəti kimi iqtisadi siyasətin əsas alətlərindən biridir.

Emissiyanın idarə edilməsi vasitəsilə pul dövriyyəsinin sabitliyinin təmin edilməsini, inflyasiyanın və milli valyutanın kursunun tənzimlənməsini, bank fəaliyyətinin və digər maliyyə qurumlarının işinin təşkilini, maliyyə bazarının idarə edilməsini pul-kredit (monetar) siyasəti əhatə edir.

Ölkənin iqtisadi təhlükəsizliyinin və suverenliyinin qotunması məqsədilə gömrük sərhədlərinin müdafiəsi, qaçaqmalçılıq hallarının qarşısının alınması, idxal-ixrac əməliyyatlarının tənzimlənməsi, habelə büdcə gəlirlərinin formalaşdırılması prosesləri isə gömrük siyasəti ilə tənzimlənir.Strateji məhsulların qiymətlərinin tənzimlənməsi məqsədilə həyata keçirilən tədbirlər sistemi qiymət siyasətilə həyata keçirilir.

Valyuta siyasəti – milli valyutanın digər valyutalara nisbətən məzənnəsinin qorunması, xarici dövlətlərlə aparılan valyuta əməliyyatlarının tənzimlənməsini əhatə edir. Dünya təsərrüfatı əlaqələri sistemində iqtisadiyyatın daxili və xarici tarazlığını təmin etmək, beynəlxalq ödənişləri müəyyən bir sistem daxilində yerinə yetirmək və tədiyyə balansını tənzimləmək məqsədilə hökümətin həyata keçirdiyi valyuta siyasəti valyuta-maliyyə və kredit münasibətlərinin idarə olunmasını əhatə edir.

Bazar iqtisadiyyatı və maliyyə siyasəti. Ölkənin sosial-iqtisadi inkisaf konsepsiyasına və ortamüddətli maliyyə proqramına uygun olaraq, iqtisadiyyatın inkisafını və nəzərdə tutulan maliyyə siyasətinin həyata keçirilməsini təmin etmək üçün asağıdakı tədbirlərin reallasdırılması nəzərdə tutulur.

Gəlirlər üzrə:

- Ümumi Daxili Məhsulda büdcə gəlirlərinin xüsusi çəkisinin artımına nail olmaq;

- qeyri-neft sektorunda iqtisadi inkisafa nail olmaqla, büdcə gəlirlərinin yıgım əmsalının artımını təmin etmək;

- yerli istehsalın inkisafını stimullasdırmaq məqsədilə idxal rüsumlarının dərəcələrinin optimallasdırılması istiqamətində isləri davam etdirmək;

- potensial gəlirlərin (ilk növbədə vasitəli vergilərin) büdcəyə daxilolma əmsalının əhəmiyyətli dərəcədə yüksəldilməsini təmin etmək;

- vergi borclarının azaldılması istiqamətində isləri davam etdirmək;

-vergitutma bazasının genisləndirilməsi, vergidən yayınma hallarının qarsısının alınması və vergi nəzarətinin gücləndirilməsi məqsədilə vergi qanunvericiliyini təkmilləsdirmək;

- dövlət mülkiyyətinin özəlləsdirilməsinin sürətləndirilməsi hesabına özəlləsdirmədən daxilolmaların artımına nail olmaq;

- təyinatı üzrə əlavə dəyər vergisindən azadolmaların qanunla müəyyən edilməsinə nail olmaq;

- sadələsmis vergiyə cəlb olunan xidmət (is) sahələrini genisləndirmək;

- minik avtomobillərinə, istirahət və idman üçün nəzərdə tutulan üzən vasitələrə aksiz vergisini tətbiq etmək;

- aksizli mallar istehsal edən müəssisələrdə aksiz postlarının fəaliyyətini gücləndirmək;

- vergitutma bazasının genisləndirilməsi və vergidən yayınma hallarının qarsısının alınması məqsədilə bəzi fəaliyyət növlərinə yalnız sadələsdirilmis vergini tətbiq etmək;

- vergi ödəyicilərinin vergi yükünü azaltmaq və vergiqoyma məsələləri üzrə normativ hüquqi sənədləri sadələsdirilmək.

Xərclər üzrə:

- perspektiv proqnozlasmanı genisləndirməklə, büdcə xərclərinin proqramlar əsasında tərtibin. Mərhələlərlə nail olmaq;

- adambasına maliyyələsdirilmə prinsipi əsasında proqnozlasdırmaya baslamaq;

- xərclərin investisiya və sosial yönümlüyünə üstünlük vermək;

- “Azərbaycan Respublikası regionlarının sosial iqtisadi inkisafı Dövlət Proqramında (2004-2008-ci illər)” və ölkə iqtisadiyyatının, ayrı-ayrı dövlət orqanlarının fəaliyyətini stimullasdıran, sahibkarlıgın inkisafını təmin edən və digər dövlət proqramlarında dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulmus tədbirlərin maliyyələsdirilməsini təmin etmək;

- qeyri-neft sektorunun inkisafını ön plana çəkməklə, bu sahələrə bütün mənbələr keçirmək.

Ədəbiyyat siyahısı

1)Elşən Bağırzadə. Maliyyə siyasəti Bakı 2015



2)D.A.Bağırov M.Ə.Həsənli Maliyyə Bakı 2010
Yüklə 29,51 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin