1092) Müvazinətin pozulması, nistaqm, başqicəllənmə, ürəkbulanma, qusma, bəzən də eşitmənin pozulması hansı ataksiyada müşahidə olunur?
A) Fridreyk irsi ataksiyası
B) Vestibulyar ataksiya
C) Alın ataksiyası
D) Beyincik ataksiyası
E) Sensor ataksiya
Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1093) Parkinson əlaməti mərkəzi sinir sisteminin hansı infeksion xəstəliyində təsadüf edilir?
A) Dağınıq skleroz
B) Poliomielitdə, qalıq dövrdə
C) Mielitdə, kəskin dövrdə
D) Meningitdə
E) Epidemik ensefalitin xronik dövründə
Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1094) Tibb işçilərinin ehtiyatsızlığı nəticəsində müşahidə olunan psixi pozğunluq nədir?
A) İradi-hərəki pozulma
B) Diqqətin pozulması
C) Yatrogen xəstəlik
D) Maniakal sindrom
E) Yaddaşın pozulması
Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1095) Halüssinator paranoid sindromunda geniş işlədilən dərman preparatı hansıdır?
A) Melipramin 1,25% - 2,0 ml
B) Frenalon 0,5% - 1,0 ml
C) Koffein 10% - 2,0 ml
D) Haloperidol 0,5% - 10 ml
E) Sulfazin 1% - 2,0 ml
Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya”, “QAPP-Poliqraff”. Bakı, 2004
Dostları ilə paylaş: |