29) Ağır formalı hamiləlik hestozları zamanı hipertenziv sindromun müalicəsində idarəolunan hipotoniya tətbiq etdikdə aşağıdakı əlamətlərdən hansı xarakterik deyildir?
A) Kiçik qan dövranında hipertenziyanı azaldır
B) Periferik damar müqaviməti aşağı düşür
C) Qan cərəyanının yenidən bölüşdürülməsi baş verir
D) Qanın ürəyə venoz qayıtmasını azaldır
E) Miokardın işi və oksigenə tələbatı artmış olur
Ədəbiyyat: Долина О.А. Анестезиология и реаниматология. Учебник. М.: ГЭОТАР-Медиа, 2006, 576 с.
30) Doğuş zamanı bədən çəkisinə nisbətdə qadının itirdiyi nə qədər qanın miqdarı fizioloji maksimal qan itirmə sayılır?
A) 10 %
B) 1 %
C) 3 %
D) 5 %
E) 0,5 %
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: «Медицина». 2002.
31) Hansı antibakterial preparat hamilələrdə döl üçün daha çox təhlükəsiz hesab olunur?
A) Ampisillin
B) Gentamitsin
C) Levomisetin
D) Tetrasiklin
E) Vankomitsin
Ədəbiyyat: Е. И.Чазов, Ю. Н. Беленков. «Рациональная фармакотерапия заболеваний органов дыхания» 2004 г.
Dostları ilə paylaş: |