327) Klassik doğuşdan sonrakı endometritin kliniki mənzərəsi hansılardır?
A) Özbaşına və ya operativ doğuşun 1-5 sutkasında əmələ gəlir
B) Titrətmə
C) Ürəkdöyünmə
D) Bütün sadalananlar
E) Febril qızdırma
Ədəbiyyat: Акушерство. Под ред. Г.М. Савельевой. М.: Медицина, 2000
328) Hamiləliyin II- trimestrində tokolitiklərin istifadəsi hansı hallarda əks göstərişdir?
A) Ciftin vaxtından əvvəl ayrılması
B) Dölün antenatal ölümü
C) II-tipli şəkərli diabet
D) Tireotoksikoz
E) Bütün sadalananlar
Ədəbiyyat: Ростов на Дону, 2005.
329) Gec hestozun ağır formasında hamiləliyin pozulmasına göstərişlər hansılardır?
A) Qanda bilirubinin 40-80 mkmol/l-ə qədər yüksəlməsi
B) 1-2 sutka ərzində hestozun müalicəsinin effektinin olmaması
C) Bütün sadalananlar
D) Oliquriya
E) Fetoplasentar çatmamazlıq
Ədəbiyyat: Г.М. Савельева; Л.Г. Сичинaва « Акушерство и гинекология » 2002 г.
Dostları ilə paylaş: |